Azərbaycanda yaşanan iqtisadi inkişaf buraya
miqrasiya axınının güclənməsinə gətirib çıxar
mışdır.
Müxtəlif mənbələrə görə bu gün dünyada
200-dən çox mədəni qrupa mənsub olan 800 mln.
yuxarı insan siyasi həyatda məhdudiyyətlərlə,
milli, dini və dil əlamətinə görə ayrı-seçkiliklə
üzləşir. Eyni zamanda siyasi və ya iqtisadi
bərabərsizliyin aradan qaldırılması avtomatik
olaraq hələ mədəni bərabərsizliyin ləğvi demək
deyildir -və bu gərginlik potensialı olaraq qal
maqdadır. Dünya təcrübəsi də göstərir ki, azlıq
ların əli hətta sosial, iqtisadi ehtiyatlara çatsa da,
onların mədəni hüquqları müdafiəsiz qalır. Bu da
yeni təhlükələrin, təhdidlərin təşəkkül tapmasına
səbəb olur. Məhz bu baxımdan mədəniyyətlərin
qarşılıqlı əlaqəsi həm qarşılıqlı zənginliyin, həm
də beynəlxalq təhlükəsizliyin təmin edilməsi fak
toru ola bilər.
Elmin, mədəniyyətin, təhsilin, kommunika
siyaların sürətli inkişafı, miqrasiya, urbaniza
siya kimi proseslərin geniş aldığı qloballaşma
dövründə, ölkələr və xalqlar arasında qarşılıqlı
əlaqələrin, qarşılıqlı təsirin artması ilə yanaşı biz
hələ də tez-tez dözümsüzlük, dini, etnik ekstre
mizm hallan ilə rastlaşırıq. Çox təəssüf ki, irqi,
dini, milli ayrı-seçkilik, ksenofobiya kimi halla
rın mövcudluğu da mədəniyyətlər arasında qar
şılıqlı əlaqələrə öz mənfi təsirini göstərir. Ona
görə də cəmiyyətin inkişafı və təşkilində dinc
гбч
Sevda Ağamirzə qızı Əhədova
münasibətlərin mexanizmi kimi tolerantlığın rolu
getdikcə artmaqdadır.
Belə şəraitdə tolerantlıq problemi bütün
dünyada ən aktual və geniş müzakirə olunan
problemlərdən birinə çevrilmişdir.
Tolerantlıq bəzən "dözümlülük" məfhumu
ilə eyniləşdirilsə də, onlar arasında müəyyən
fərqlərin olduğunu qeyd etmək lazımdır. Hazırda
tolerantlıq başqalarının fikrinə, baxışlarına,
hərəkətlərinə passiv itaətkarlıq kimi deyil, fəal
mənəvi mövqe, etnoslar, sosial qruplar arasında
qarşılıqlı anlaşma, digər mədəni, etnik, dini, sosial
birliyə mənsub insanlarla pozitiv qarşılıqlı əlaqə
naminə dözümlülüyə hazır olmaq kimi başa dü
şülür. Tolerantlıq - bəşəriyyətin vahidliyini, hər
kəsin hamıdan, hamının hər kəsdən qarşılıqlı ası
lılığının intuitiv qavranılması, digərinin hüquq
larına (o cümlədən, başqa cür olmaq hüququna)
hörməti özündə ehtiva edir.
YUNESKO-nun 1995-ci ildə 16 noyabr tarix
li "Tolerantlıq prinsipləri" adlı Bəyannamədə
qeyd olunur ki, tolerantlıq dünyamızın zəngin
mədəni çoxçalarlığımn, özünümüdafiə forma
larının və insan fərdiyyətinin təzahür üsulları
nın müxtəlifliyinin qəbul edilməsi, düzgün başa
düşülməsi və onlara hörmət edilməsi deməkdir.
Cəmiyyətin tolerantlığı onun bilik səviyyəsi açıq
lığı, ünsiyyət və fikir azadlığının dərəcəsi, malik
olduğu mənəvi-etnik dəyərlərlə ölçülür.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər