Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə62/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

təsir göstərir.  Etnik dəyərlərin dominarıtlığı digər 
mədəniyyətləri dərk etmədən və tanımadan imti­
naya gətirib çıxarır. Belə cəmiyyətlər öz milli ma­
raqlarına aludə olur ki, bu da milliyyətçilik, şovi­
nizm kimi mənfi təzahürlər ortaya çıxarır. Bunun 
əksinə  olaraq,  cəmiyyətdə  digər mədəniyyətlərə, 
onların  dəyərlərinə,  inkişaf  yollarına  meyllərin 
üstünlük  təşkil etməsi  bu  tip  cəmiyyətin  öz milli 
mədəniyyətindən  aralı  düşməsinə  (dekulturiza- 
siyasına),  kütləvi  "kvazimədəniyyət"in  yayılma­
sına şərait yaradır.
Ona görə də hər bir cəmiyyətin ahəngdar inki- • 
şafı sosial, etnik və ümumbəşəri dəyərlərin balan­
sı, qarşılıqlı təsir və qarşılıqlı çulğaşması şəraitində 
mümkündür.  Bunun  üçün  bir  sıra  vacib  şərtlərə 
əməl  edilməsi  zəruridir:  Mədəniyyətlərarası  ün­
siyyət  və  qarşılıqlı  əlaqə  mədəni  fərqlərin  dərk 
edilməsi  ilə  bağlıdır.  İnsanlar  təkcə  mədəni 
fərqlərin  mövcudluğunu  qəbul  etməklə  kifa­
yətlənməməli,  bu  dəyərlərin  mahiyyətini  də­
rindən  dərk  etməli,  başqa  mədəniyyətlərin  özü­
nəməxsusluğunu  qəbul  etməli  və  öz  davranışın­
da nəzərə almalıdır.
Mədəniyyətlərarası  ünsiyyətdə  keçmişə  de­
yil,  gələcəyə  baxılmalıdır.  Əlbəttə,  öz  xalqının, 
başqa xalqın  tarixini,  ənənələrini,  mədəniyyətini, 
ədəbiyyatını  bilmək  zəruridir.  Lakin  əsas  diqqət 
keçmiş sələflərə deyil,  gələcək nəsillərə yönəldil­
məlidir.
Sevda Ağamirzə qızı Əhədova
Z56
M ü a s ir dü nyada  m ədəniyyətlərarası m ün asibətlə r
Mədəniyyətlərarası  ünsiyyətdə  iki  mədəniy­
yətin  nümayəndələrinin  maraqlarının  qorunma­
sına xüsusi yanaşma tələb olunur.
Əgər başqa  insanların  mədəniyyətində  qəbul 
edilmiş  dəyərlər sisteminə  xələl  gətirilirsə,  onun 
milli  hisslərinə  toxunulur,  milli  ləyaqəti  alçaldı­
lırsa, onda mədəniyyətlərarası ünsiyyət və rabitə 
hökmən uğursuzluqla nəticələnir.
Hər  bir  xalqın  dəyərlər  sistemi  haqqında  öz 
təsəvvürləri  vardır  və  heç  kim  onları  başqala­
rına  zorla  qəbul  etdirməməlidir.  Dövlətlərarası 
münasibətlərdə  dəyərlər  sisteminin  bərabərliyi 
dövlətlərin  və xalqların  dinc yanaşı yaşamasının 
və  onlar  arasında  bərabərhüquqlu  dialoqun  ən 
zəruri şərtidir.
Dünya birliyində mədəniyyətlərin müxtəli fliyi 
obyektiv  mövcuddur  və  bu  müxtəliflik  dünya­
nın  çoxçalarlığının  sistem  təşkiledici  amilidir. 
Buna  görə də mövcud çoxçalarlılığa  hörmət qlo­
bal sülhün təmin edilməsinin ən mühüm mədəni 
əsasıdır.  Bu  gün  hərbi,  iqtisadi  qüdrətə  əsas­
lanaraq  qlobal  mədəni  müxtəlifliyi  bir  modellə 
əvəz etmək cəhdləri beynəlxalq sülhün əsaslarını 
dağıtmaq demək olardı. Hər bir ölkənin, millətin 
xüsusiyyətlərini,  dəyərlər  sistemini,  mənəvi-etik 
standartlarını,  yaşayış  tərzini  qarşılıqlı  şəkildə 
dərk  edərək  qəbul  etmədən,  onlar  arasında  har­
moniya  yaratmadan  sabit  dünya  düzəninə  nail 
olmaq  mümkün  deyildir.  Dinamik  və  dəyişkən 
dünyamızda  müxtəlif  mədəniyyətlərin  qarşılıq-


lı  təsiri,  qarşılıqlı  zənginləşməsi  onların  hər biri­
nin  unikallığını  qorunub  saxlanılması  şəraitində 
təmin edilməlidir.  Mədəni mühafizəkarlıq, başqa 
mədəniyyətlə  təması  zamanı  öz unikallığını  itir­
mək  təhlükəsi,  digər  mədəniyyətlərə  imperialist 
münasibət, sülhə, əmin-amanlığa əsas təhlükədir. 
Əsil  və  sabit  sülh  yalnız  mədəni  müxtəlifliyin 
mövcud olduğu zəmində mümkündür.
Bəşəriyyətin  getdikcə  artmaqda  olan  müxtə­
lifliyi,  müxtəlif mədəniyyətlər arasında  qarşılıqlı 
əlaqələrin  intensivliyi  demokratiya  faktorunun 
xüsusi  dəyər  kəsb  etməsini  şərtləndirir.  Məhz 
demokratiya  bəşəriyyətin  gələcək,  münaqişəsiz 
inkişaf  yolunun  əsas  təməli  olmaqla,  konsensus 
və  tolerantlıq  mühitinin  formalaşmasına  imkan 
yaradır.
Dialoq  sivilizasiya  və  mədəniyyətlərin  açıq­
lığını  tələb  edir,  açıq  cəmiyyət  idealı  isə  sosial 
həyatın  demokratik  təşkili  şəraitində  təşəkkül 
tapmış və möhkəmlənmişdir.
Müasir dünya prosesinin əsas meylləri ondan 
ibarətdir  ki,  ənənəvi  cəmiyyətlərin  transformasi­
yası  və  onların  qabaqcıl  ölkələr  səviyyəsinə  çat­
ması,  həm  istehsal-texnoloji,  həm  də  sosial-siya­
si  sahədə  mövcud  olan  nailiyyətlərin  mənimsə­
nilməsi yolu ilə. mümkündür.  Sonuncular arasın­
da  həyat  fəaliyyətinin  demokratik nizamlanması 
formaları xüsusi əhəmiyyət kəsb edir.
Qlobal 
problemlərin 
həllinə 
fövqəlmilli 
səylərdən, 
mədəniyyətlərin, 
ölkələrin 
dialo­
gs?
Sevda Ağamirzə qızı Əhadova
qundan  kənarda  nail  olmaq  mümkün  deyil­
dir.  Bu  da  öz  növbəsində  sivilizasiyalararası, 
mədəniyyətlərarası,  dövlətlərarası  münasibətlərin 
demokratikləşməsini tələb edir.
Tarixi təcrübə sübut edir ki, sivilizasiyon inki­
şafın,  ictimai  quruculuğun  və  tənzimləmənin  ən 
yaxşı üstün forması demokratiyadır. Demokratiya 
və  liberalizm  ideyalarının  bütün  dünyada  geniş 
yayılması  həm  də  onu  sübut  edir  ki,  bəşəriyyət 
yalnız  onun  mövcudluğu  şəraitində  ümumi 
dil  tapmağa,  dialoqa  girməyə  qadirdir.  Məhz 
bərabərhüquqlu  subyektlərin  (fərdlərin,  qrupla­
rın, dövlətlərin, konfessiyalarm/mədəniyyətləHn, 
sivilizasiyaların)  əsas  ünsiyyət  forması  və  üsulu 
olan  dialoq demokratik prinsiplərə söykənməklə 
qarşılıqlı  anlaşmaya  nail  olmağa  və  qlobal 
məsələlərin həllində konsensus əldə etməyə imkan 
verir. Əlbəttə, dialoq iştirakçılarının bərabərliyi o 
demək  deyildir  ki,  qeyri-demokratik  ölkələr,  av­
toritar  və  totalitar  rejimlər  demokratik  ölkələrlə 
bərabər perspektivlərə və imkanlara malik olma­
lıdırlar. Sadəcə olaraq dialoq, xalqlar arasında si­
yasi, mədəni əlaqələrə, həm də ölkələrin daxili si­
yasi həyatına müsbət təsir göstərmək, xalqları de­
mokratik  dəyişikliklərə  həvəsləndirmək,  müsbət 
təcrübədən yararlanmaq imkanı yaradır.
Tarixi təcrübə həm də onu göstərir ki, sabitsiz- 
liyin, sosial gərginliyin, kataklizmlərin gücləndiyi 
məqamlarda  demokratiya  repressiv  rejimlərin 
yaranması  üçün  münbit  şərait  yarada  bilər.  De-
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə