Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

həcm inin  artm asına  vo  bu  m üxtəlif  növlü  m əlumatın  insan  fəa- 

liyyətinin  m üxtəlif sahələrində  tətbiqinə və istifadə edilməsinə  tələ- 

batı  xeyli  dərəcədə  artırm ışdır.  Bununla  əlaqədar  olaraq  oxucula- 

rın,  d ah a geniş m ənada insanlarm  m araq dairəsi, ixtisas və peşələri 

ınüxtəlif  növlü  və  tipli  soraq-m əlum at  nəşrlərinin  də  inkişafm ı  və 

istifadə  olunm asm ı  zərurətə  çevirmişdir.  Bu  şərait  70-ci  illərdə 

m üxtəlif  növlü  soraq-m əlum at  nəşrləri  sistemində  m ühüm   yer  tu - 

ta n   üm um i  və  sahəvi  xarakterli  ensiklopediyaların,  mövzu  soraq- 

k ıtab ların m ,  izahlı,  term inoloji,  frazeoloji  lüğətlərin,  təqvim lərin 

və s.  inkişafm ı və nəşr edilib yayılmasım tələb edirdi.

Soraq-m əlum at nəşrləri m üxtəlif quruluşlu,  çox sayda m əlum at 

k itablarım   əhatə  edir.  O nların  ham ısı  ümumi  bir  məqsədə  -   oxu- 

cuların  işgüzar  biliklərə  olan,  y aranan  və  daim   artan  tələbatlarm ı, 

sorğularım   ödəməyə xidm ət  edir.  M övzular,  term inlər və  s.  bilgilə- 

rın  sistemli  şəkildə  düzümü  və  təqdim i  istənilən  inform asiyam n 

qısa m üddətdə əldə olunm asm a im kan verir.  Digər tərəfdən  soraq- 

m əlum at  k ita b la n n m   müxtəlifliyi  və  çoxluğu  nəşrlər  sistemini  ya- 

radır.  Bu  sistem də  daim   inkişaf  edən  sahəvi  məzmunlu  soraq- 

m əlum at nəşrləri m ühüm  yer tutur.

X X   əsrin  70-80-ci  illərində  ölkəmizdə  çapdan  buraxılan  sahə, 

m övzu  xarak terli  soraq-m əlum at  noşrləri  fikrimizin  təsdiqi  üçün 

əsasdır.  Belə  ki,  hər  il  14-15  a d d a  sahəvi  məzmunlu  və  mövzulu 

soraq -m əlu m at nəşrləri buraxılırdı.

B uraxılan  nəşrlərin  müqayisəli  təhlili  göstərir  ki,  1960-70-ci  il- 

lərə  nisbətən  1970-80-ci  illərdə nəşr  olunan  sahəvi xarakterli  soraq 

kitabları  m əzm un,  həcm,  quruluş  baxım m dan  çox  yaxşı  hazırlan- 

mış,  gözol  texniki tərtib atla nəşr edilmişdir.  Apardığımız təhlil  gös- 

tərdi  ki,  nəşrlərin,  xüsusi  ilə  texniki  m əzm unlu  soraq  kitablarının 

əksəriyyəti  sahənin  alim-mütəxəssisləri  tərəfindən  nəşrə  hazırlan- 

mış,  on lar  çoxlu  cizgilər,  diaqram lar,  riyazi  düsturlar,  illüstrasiya- 

larla təchiz edilm işdir.  M əsələn, S.B.Hüseynov və Ə.Ə.M əmmədov 

tərəfindən  hazırlanm ış  «Çilingərin  soraq  kitabçası»  1963-cü  ildə 

A zərnəşrdə  ç a p   edilmişdir.  143  səhifə  həcmində  olan  soraq-məlu- 

m at  nəşri  ən  m araqlı  və  əhəmiyyətli  bir  mövzuya  həsr  edilmişdir. 

D igər  tərəfdən  bu  soraq-m əlum at  nəşri  istehsalat  xarakterli  nəşr- 

dir.  Yəni  istehsalatda  çalışan  çilingərlərin  soraq-m əlum at  tələbat- 

larını  ödəm ək  m əqsədilə nəşr edilmişdir.  Deməli,  «Çilingərin  soraq 

kitabçası»  soraq-m əlum at  nəşrlərinin  qrupuna,  yəni  istehsalat  ti- 

pinə aiddir.  Bu ən vacib və əhəmiyyətli kitab tipi hesab edilir.

M əlum dur ki,  çilıngərlik  ümumi  m etal  em alında  ən  geniş  yayı- 

lan sahələrdən  biridir.  Çilingərlık  əm əliyyatlarına zavodda.  fabrık- 

də,  təmir  və  yığma  sexlərində  və  dıgər  m exaniki  em alatxanalarda 

hər  vaxt  rast  gəlmək  olur.  Müəlliflərin  qeyd  etdikləri  kimi,  «ölkə- 

mizdə  çilingərlər  əsasən  texniki  peşə  m əktəblərində  hazırlanırlar. 

Peşə  m əktəblərini  q u rta rıb   istehsalata  gələn  gənc  çilingərlər  soraq 

materialına çox ehtiyac hiss edirlər.

O xuculara  təqdim   edilən  bu  kitabça  m əhz  gənc  çilingərlərə 

kömək məqsədilə yazılmışdır» [138, 2].

O xucuların  zəruri  ehtiyaclarmı  təm in  etm ək  məqsədilə  yazıl- 

mış  və  1963-cü  ildə  Azərnəşr  tərəfındən  çap  edilmiş  bu  soraq  ki- 

tabçasım n  çox  m araqlı  quruluşu  vardır.  Belə  ki,  kitabın  aşağıdakı 

bölmələri  m aterialların  əlverişli  şəkildə  sistemləşdirilməsinə  imkan 

vermişdir:  «Riyaziyyatdan  bəzi  m əlum at»  adlanan  bölmədə:  «Sa- 

hələri  hesablam aq  üçün  düsturlar»;  «Səth  və  həcmi  hesablam aq 

üçün  düsturlar»;  «M etrik  ölçü  sistemi»;  «Bəzi  ingilis  ölçülərinin 

metrik  ölçü sistemi  ilə ifadə olunması»  adlı  yanm bölm ələr,  «Mate- 

riallar  və  onların  xassələri»  bölməsində  -   «M aterialların  bərkliyi- 

rıin  təyin  edilməsi»;  «Poladlar»  (a)  konstruksiya  poladları,  (b)  alət 

poladları;  «M etal-keram ik  bərk  xəlitələr»;  «M m eral-keram ik  xəli- 

tələr»;  «Ç uqunlar  və  tunclar»;  «Babitlər  və  lehimlər»  -  yarımböl- 

məlor;  «M üsaidə  və  oturm alar»  bölməsində:  «Ümumi  məlumat»; 

«Üzləıin  təmizliyi»  yarımbölmələri;  «Ölçü  alətləri»  bölməsində  -  

«Uzunluq ölçü alətlərinin əsas növləri»  (a)  universal  alətlər;  b) vallar 

üçün  kalibrlər;  c)  deşiklər  üçün  kalibrlər)  yarımbölməsi;  «Bucaqları 

və  konusluğu  ölçmək  üçün  alətlər»  bölməsində  -   (a)  universal 

alətlər;  b)  kalibrlər);  «Yivləri ölçmək  üçün  alətlər»  bölməsində 

(a) 

universal  alətlər;  yiv  kalibrləri);  «N işanlam a»  bölməsində 



«Ni- 

şanlam a  alətləri  və  tərtibatları»;  (a)  nişanlam a  alətləri;  b)  nişanla- 

m ada  köməkçi  tərtibatlar);  «N işanlam ada  hazırlıq  oməliyyatları»; 

«Çevrənin  bərabər  hissələrə  bölünməsi»  yarımbölmələri;  «Çapma, 

pərçimləmə  və  qadaqlam a»;  «Yeyələmə»;  «Deşmə»;  «Deşmə,  ray- 

berləmə,  zengerləmə»;  «Yiv  açma»;  «Ümumi  məlumat»  bölmələri- 

nin  hər biri bir neçə yarımbölmədə m aterialları əks edir [138,  143].

Göründüyü  kimi,  kitabın  bölmələri  və  bölmələrin  hər  bir  ya- 

rımbölməsi  çilingərlərin  mühüm  sorğularına  hərtərəfli  və  tam   şə- 

kildə  cavab  verməyə  istiqam ətlənm işdir.  Bu  cür  m əzm una,  gözəl 

quruluşa  m alik  olan  soraq-m əlum at  nəşri,  əlbəttə,  sahənin  oxucu- 

ları  tərəfindən rəğbətlə qarşılanm ış və geniş istifadə edilmişdir.




Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə