Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

  
 
 
 
 
 
 
 

 
Giriş sözü.  

 
Bədii hissə.  

 
Ədəbi oyunlar və viktorinalar. 
Giriş  sözü  5-6  dəqiqədən  artıq  vaxt  aparmamalıdır.  Onu 
yuxarı sinif şagirdlərinə həvalə etmək lazımdır.  
Bədii  hissədə  şagirdlər  fəal  iştirak  edir,  onlar  şerlər, 
deklomasiyalar deyil, səhnələşdirilmiş təmsil tamaşa göstərir, 
musiqi nömrələri təqdim edirlər. 
Ədəbi oyunların səhərciklərə cəlb olunmasının didaktik və 
tərbiyəvi  rolu  xüsusilə  əhəmiyyətlidir.  Belə  oyunlar  tədbiri 
canlandırır,  oxucuları  düşündürür  və  kitab  mütaliə  etməyə 
məcbur  edir.  Şagirdlər  ədəbi  oyunlarda  iştirak  etmək  üçün  
daha çox  atalar sözü, tapmaca, bayatı, qoşma və s. öyrənirlər. 
Bədii  əsərin  müəllifinin  şəkli,  bədii  əsərdən  bir  parça,  hər 
hansı  əsərin  qəhrəmanlarının  sadalanması  və  s.  suallar 
üzərində ədəbi oyunlar keçirmək olar.  
Müxtəlif  mövzulara  aid  böyük  tədbirlərin  keçirilməsi 
zamanı  orta  yaşlı  şagirdlər  üçün  ədəbi  oyunlar  keçirilir. 
Kitablar  aləminə  səyahət,  doğma  ölkəmizə  səyahət,  bədii 
əsərlərdə ideal insan surəti və s. mövzularda ədəbi oyunların 
keçirilməsi üçün qabaqcadan  geniş hazırlıq aparılır.   
Dərnəklər  və  maraq  klubları:  Dərnək  üzvləri  olan 
məktəblilər kitabxanaçıya kömək məqsədilə gördükləri bu və 
ya  digər müstəqil işləri xüsusən sevirlər. Onlar səhərciklərdə
ədəbi oyun və söhbətlərdə fəal içtirak edirlər. Kitabxanalarda 
kiçik  məktəb  yaşlı  oxucu  fəalları  ilə  müntəzəm  dərnəklər 
təşkil  edilir.  Məktəb  kitabxanalarında  geniş  yayılmış  belə 
dərnəklər  “Kitabxananın  dostları”,  yaxud  “Kitab  dostları” 
dərnəkləri  adlanır.  Məktəb  kitabxanalarında  “ədəbi  dərnək”, 
“nağıl teatrı dərnəyi” də fəaliyyət göstərir.  Şagirdlər həvəslə 
dərnəklərə üzv yazılır və burada çoxlu dostlar tapırlar.   I-IV 
sinif şagirdləri tez-tez özləri şer, hekayə, nağıl yazırlar. Onlar 


  
 
 
 
 
 
 
 
kiminləsə məsləhətləşmək, fikirlərini bölüşmək istəyirlər. Bu 
baxımdan  dənəklərdə  şagirdlər  öz  əsərlərini  oxumaq  imkanı 
tapırlar, burada öz yoldaşlarının və dərnək rəhbərlərinin fikir 
təkliflərini  eşidirlər.  Dərənəklərin  təşkilində  həm  də  məqsəd 
odur  ki,  şagirdlərin  ədəbi  hissləri  və  ədəbi  yaradıcılığa  (şer, 
hekayə,  nağıl  yazmağa)  marağı  artsın.  “Ədəbi  dərnəkdə” 
yalnız ədəbi  yaradıcılıq yer tutmur, həmçinin rəsm, çəkmək, 
model yonma, təbiətdə həyatın müşahidə edilməsi və s. işlərə 
də  yer verilir. 
“Nağıl teatrı dərnəyi” kiçik məktəblilər üçün daha maraqlı 
olur.  Bu  cür  dərnəklərin  məşğələlərində  oxucular  kukla 
hazırlayırlar,  kitabxanaçı  ilə  birlikdə  sevdikləri  nağıl  üzrə 
ssenari  tərtib  edir,  tamaşa  hazırlayırlar.  Dərnək  üzvləri  yeni 
kitablar haqqında maraqlı məlumatlar eşidirlər, kitabları necə 
mütaliə  etmək,  onlarla  necə  rəftar  etmək,  sevimli  nağıl 
qəhrəmanlarını  necə  təlqin  etməyi  öyrənirlər.  Dərnək 
məşğələlərinin  əsas  elementləri  ifadəli  oxu,  nağıl  etmə  və 
deklamasiya söyləməkdir.  
“Kitabxana  dostları  dərnəyi”  şagirdlər  qarşısında  mütaliə 
mədəniyyəti  vərdişlərinə  yiyələnmək  məqsədi  qoyur,  onlara  
oxunan  əsərin  dərin  və  tam  dərk  edilməsini,  öz  yoldaşları 
arasında  kitab  təbliğini  öyrədir.  Belə  dərnəklərin  II  sinifdən 
başlanılması daha uyğundur. Dərnəyin iş planında kitabxana 
söhbətləri aşağıdakı mövzularda aparılmalıdır:  

 
kitabla necə rəftar etmək;  

 
Mətnlə əlaqədar şəkilləri necə gözdən keçirmək;  

 
kitabın elementləri ilə tanışlıq;  

 
siyahı və kartotekalardan necə istifadə olunur;  

 
kitabı rəfdən necə tapmaq olar.  
Mütaliə  mədəniyyətinə  dair  söhbətlərlə  yanaşı  dərnək 
məşğələlərində  ucadan  oxunun  da  təşkili  böyük  əhəmiyyət 


  
 
 
 
 
 
 
 
kəsb edir. Oxudan sonra müzakirə və söhbət keçirilir, kitabın 
dərk  edilməsi,  dərindən  başa  düşmək,  bədii  əsərin  dəyərini 
anlamaq  kimi  keyfiyyətlər  oxucuya  aşılanır.  Dərnək 
məşğələlərində  nağıletmələrin  də  böyük  rolu  vardır.  Bu  cür 
məşğələlər  oxucuların  nitqini,  canlı  və  obrazlı  edir,  onların 
ədəbi savadını yüksəldir. Bəzən məşğələlərdə ədəbi oyunlara 
da yer verilir.  
Məktəb kitabxanalarında  orta yaşlı oxucu fəallarının işi də 
əhəmiyyətli  hesab  olunur.  Bu  yaşda  şagirdlərə  keçilən 
elmlərə 
marağı 
formalaşdırmaq 
üçün 
“Texniklər”, 
“Astranomlar”, “Ölkəşünaslar” “İncəsənət həvəskarları” və s. 
dərnəklər  yaradıla  bilər.  Bu  dərnəklər  orta  yaşlı  oxucuların 
emosiya,  qabiliyyət  və  maraqlarını  öyrənərək,  onları  hər 
hansı bir fəaliyyətin, mövzunun, məsələnin mənafeyi naminə 
birləşdirir.    Bu  cür  dərnəklər  şagirdlərin  elmi  bilikləri  daha 
dərindən 
mənimsəməsinə 
kömək 
edir. 
Belə 
ki, 
“Ölkəşünaslar”  dərnəyinin  üzvləri  öz  şəhər  və  ölkələri 
haqqında  kitabların  fəal  təbliğatçıları  və  bilənləri  olurlar. 
Tarixçilərlə görüşlər təşkil etmək, ölkəşünaslıq muzeylərində 
olmaq onların sevimli məşğuliyyətinə çevrilir.  
Dərnəyin  iş  prinsipləri  aşağıdakı  kimidir:  Dərnək  üzvləri 
çox  olmamalıdır.  Rəhbər  dərnəyin  hər  bir  üzvünü  izləməli, 
onun inkişafını görməli və imkanını qiymətləndirməlidir. Ona 
görə  dərnəyin  tərkibi  15-20  nəfərdən  çox  olmamalıdır. 
Dərnəyin işlərini mühafizə edib saxlamaq lazımdır ki, hər bir 
şagirdin  mütaliə  və  yaradıcı  fəaliyyətlərinin  inkişafını 
müəyyənləşdirə  bilsin.  Dərnəyin  məşğələsi  uzun  vaxt 
aparmamalıdır.   
Klub kütləvi tədbirlərin optimal modellərindən biridir. Bu 
işdə  kitabxanaçı  “aşağıdan”  (istifadəçilərdən)  dəstək  alır  və 
oxucular klubun işinin planlaşdırılmasında, kütləvi tədbirlərin 
hazırlanmasında  ən  aktiv  rol  oynayırlar.  Klublar  onun 
xüsusiyyətlərini  nəzərə  almaqla  iştirakçıların  yaş  həddinə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə