Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə240/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   237   238   239   240   241   242   243   244   245

743

dəy dilər. Onlar deyirdilər, Hacı qızları məktəbə başıörtülü qəbul 

etdi,  getdikcə  yavaş-yavaş  örtüklərini  açdırdı.  Başa  salmağa  ça-

lış  dım  ki,  örtünüb-örtünməməyin  fəzilətini  Allahdan  başqa  bir 

kimsə bilməz. Elə başı örtülü, çadralı xanımların yıxdığı evlər var 

ki... Müasirlik “başını aç, namusunu at” demir ki… Mənəviyyat 

təmizliyi,  ədalət,  səxavət,  vicdan,  iman,  bunlar  insan  üçün  xəlq 

edilmiş ali keyfiyyətlərdir. Bu keyfiyyətləri daşıyan insanın istər 

başı açıq olsun, istərsə də örtülü, heç nə dəyişməyir. 

– Sabahkı tədbirə onları da çağırmısanmı? 

– Bəli, çağırmışam.

  Sona  xanım  qonaqların  siyahısını  bir  də  yoxladı.  Mötəbər 

qonaqların dəvətnamələri iki gün öncə çatdırılmışdı. Qızlar üçün 

xüsusi hədiyyələr hazırlatmışdı. 

Dəhlizdə  qızların  əl  işlərindən  ibarət  incəsənət  nümunələri, 

şirniyyat çeşidləri nümayiş olunurdu. Bunlar məktəbdəki qızların 

elm, təhsil almaqdan əlavə, həm də bacarıqlarını əks etdirirdi. 

Üç gün öncə, may ayının doqquzu, on biri və on ikisində mək-

təbdə buraxılış imtahanları keçirilmişdi. Nəticələr o qədər yüksək 

olmuşdu  ki,  Hacı  Zeynalabdin  sevincindən  məktəbin  Hamilər 

Şurasının sədri kimi Sona xanıma, onun müavini Əlimərdan bəy 

Topçubaşova, Həsən bəy Zərdabiyə, müəllimlərdən M.Sulkeviçə, 

R.Terequlovaya, Z.Akimbetyeva və M.Məmmədbəyova təşək kü-

rünü bildirmişdi.

Bu imtahana Bakı Quberniya Qazısı Məhəmməd Kərim Mir 

Cəfərzadə, axundlar Mirzə Əbu Turab, Hacı Molla Ruhulla, Yusif 

Talıbzadə

175


 dəvət olunmuşdular. 

Müəllimə  Səkinə Axundova,  Şəfiqə  Şeyxzadənin  məktəbdə 

verdiyi ilahiyyat dərsinin nəticələrini dünənki imtahanda ali dini 

təhsil  rəhbərləri  tərəfindən  yüksək  qiymətləndirmişdilər.  Hamı 

təəccüblə etiraf edirdi ki, demək, elm və təhsillə birgə dini biliklərə 

də yiyələnmək olarmış. 

Bir neçə gün idi, bütün çayxanalarda, restoranlarda küçə və 

175


 Yusif Ziya Talıbzadə (1877-1923) – azərbaycanlı pedaqoq, siyasətçi, hərbçi 

(general-mayor)




744

bazarlarda əsas söhbət mövzusu qızlar məktəbinin nəticələri idi. 

Hamı danışırdı ki, sən demə, Hacı bu məktəbdə qızlara Quran da 

öyrətdirirmiş. Bizə də deyirdilər, orada oxuyanlar dinsiz olacaq. 

Hətta danışırdılar ki, Quran hafizliyini bu məktəbdəki qızlar 

oğlanlardan tez başa vurub və daha yaxşı mənimsəyib. 

Bakıda  son  bir  ilin  içərisində  qızlar  məktəbinə  münasibət 

kökündən dəyişmişdi. Altı-yeddi ay qabaqdan bir çox valideynlər 

öz qızlarını məktəbə yazdırmaq üçün müraciət edirdilər. 

Hacı, Həsən bəylə söhbətində etiraf edirdi:

– Sənin mənə söylədiyin: “Bütün mütərəqqi yenilikləri baş-

lan ğıcda insanlar inkar edir. İkinci mərhələdə onlar bu yenilikləri 

yavaş-yavaş və ehtiyatla öz həyatlarına tətbiq edirlər. Bu mərhələdə 

yeniliklə köhnəliyin mübarizəsi gedir və təbii ki, mütərəqqi olan 

qalib gəlir. Üçüncü mərhələdə insanlar yeniliyin üstün cəhətlərini 

tam  dərk  edərək,  keçmişə  birdəfəlik  vida  edirlər.  Bu  mərhələdə 

gecikən insanlar hamıdan qabağa keçərək yeniliyi daha ifrat şə-

kildə həyatlarına tətbiq etməyə çalışırlar,” – fikri tam doğru çıxdı. 

Məktəbimizə  daxil  olmaq  istəyənlərin  növbəti  il  üçün  etdiyi 

müraciətlərin sayı bunu hərtərəfli sübut etdi. 

Həsən bəy bu məktəbdə təhsil alan hər bir qızı övladı kimi 

sevirdi. O, sevincini Hacı ilə bölüşərək deyirdi: 

– Hacı, hər bir təhsilli qız beş-altı ildən sonra bir-iki adama 

təhsil  versə,  yaxud  öz  biliyini  paylaşsa,  gör  bizim  məmləkətdə 

nə qədər savadlı, ziyalı insan artacaq, xüsusən də, təhsilli xanım-

larımızın sayı, Azərbaycan üçün bundan böyük uğur ola bilərmi? 

Zaman  gələr,  neft  də,  sərvət  də  tükənər.  Amma  elm,  təhsil  və 

savad paylaşdıqca artıb çoxalar. Bu məktəbi bitirən hər bir məzun 

getdikcə bizim milli sərvətimizə çevriləcək. Bu sərvət sizin, bizim, 

bütün millətin tükənməyən sərvətidir. 

Həmin gün “Kaspi” qəzetində Hacının Sultan Krım Gireyə

176


 

yazdığı  məktub  çap  olunmuşdu.  Məktub  Bakıda,  Rusi ya  mü səl-

176

  Sultan  Krım  Girey  (1838-1920)  –  Tavr  quberniyasının  ingilis  əsilli 

zadəganlarından  törəmiş  Krım  nəslindəndir.  Uzun  illər  gizli  müşavir 

kimi çalışıb. Bir müddət isə Qafqazda vətəndaş məsələləri üzrə Şurada 

baş komandan olub.




745

manları arasında böyük rəğbətlə qarşılandı. Hacı qız məktəbinin 

yaradılması  ilə  bağlı  öz  münasibətini  belə  ifadə  edir di:  “Mən 

həmişə düşünmüşəm, indi də o fikirdəyəm, bizim məm ləkətimizi 

nadanlıq və cəhalətdən yalnız ismətli, təhsilli və savadlı analar xilas 

edə bilər. Müsəlmanların təhsilli olması ilə dindar ol ması arasında 

heç bir ziddiyyət yoxdur. Müsəlman olmaqla təhsilli olmaq heç bir 

ziddiyyət təşkil eləmir, əksinə, Qurani-Kərimdə də müsəlmanlara 

təhsil təqdir olunur”.

Hacı, Həsən bəylə və Əlimərdan bəylə razılaşaraq, bəhs olu-

nan müraciətdə “Bakı qız məktəbinin islamlaşdırılması” ifadəsini 

işlətmişdi. Şəhər əhlinin düşüncə və davranış normalarını nəzərə 

alaraq, həm də özünün milli, dini normalara bağlılığından, ənənə-

lə rə sadiqliyindən çıxış edərək, Hacı, doğrudan da, bu məktəbin 

müəyyən qədər islamlaşdırılmasını istəyirdi. 

 Buraxılış mərasimi çox təntənəli təşkil olunmuşdu. Əlli şa-

girddən ibarət İmperatriçə Aleksandra Fyodorovna adına Bakı Rus-

Müsəlman Qız Məktəbinin on beş nəfəri bu il məzun olurdu. Açılış 

nitqindən sonra söz məktəbin təsisçisinə verildi. Hacı Zeynalabdin 

hər şeydən öncə millətin ilk təhsilli xanımları ilə qürur duyduğunu 

söylədi: “Əgər cənnət anaların ayağı altındadırsa, mən gələcəyin 

anaları olan bu qızlarımla niyə fəxr etməyim?! Bu gün əminliklə 

deyirəm ki, bu qızlar bir müddət sonra Azərbaycanın ən təhsilli, 

dünyagörüşlü övladlarını yetişdirərək, onların tərbiyəsində böyük 

rol oynayacaqlar. Baxın “Həyat” qəzetində “Vətən” şeiri çap olu-

nan  məzunumuz  Sona  Axundovaya,  bütün  fənlərdən  indiyəcən 

yalnız bir dörd və əla qiymətlər alan Nabat Nərimanovaya, Səidə 

Şeyxzadəyə,  Məryəm  Bayraməlibəyovaya  və  digər  qızlarımıza. 

Qızlarımız  öz  uğurları  ilə  heç  bir  oğlandan  geri  qalmır.  Bir  az 

keçər, bu qızların hər biri bir müəssisənin rəhbəri, möhkəm zəmini 

olan  ailənin  xanımı  olar,  xalqın,  millətin  yeni  tarixinin  binasını 

qoyarlar. Mən sizinlə qürur duyuram, mənim əziz övladlarım!” 

Bəzi  müəllim  və  qonaqlardan  sonra  şagird  Sona Axundova 

da çıxış etdi. O, qara gözlü, qıvrım saçlı, hündürboylu, çox dilli-

dilavər qız idi.

Məktəbli qız ilk növbədə özlərinə mənəvi ata saydıqları Hacı 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə