Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 18 Təşkilatın və onun əməkdaşlarının inkişafı



Yüklə 4,25 Mb.
səhifə12/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
insan resursları

Sual 18 Təşkilatın və onun əməkdaşlarının inkişafı.
Təşkilatın heyətinin ixtisas, bilik, bacarıq və yeniliklərə yiyələnmək qabiliyyəti müasir tələblərə cavab vermədikdə. Bu təşkilatın fəaliyyətinin nəticəsinə çox pis təsir göstərir. Ona görə də inkişaf etmiş ölkələr bu məsələyə çox böyük diqqət yetirir. Bu sahəyə böyük məbləğdə vəsait xərcləyirlər. Təhsilə investisiya qoyuluşunu artırmaqla çoxlu miqdarda gəlir əldə edirlər. Peşə təhsilinin əhəmiyyəti son illər daha da artmışdır.
Tanınmış “Matorola”. “Djeneral Motors” müəssisələri öz əməkdaşlarının peşə inkişafı və əlavə təhsili üçün hər il milyardlarla dollar vəsait xərcləyirlər. Bu məqsədlə hətta universitet və ya institutlar da yaradılır. İxtisasın artırılması üzrə daimi fəaliyyət göstərən korporativ proqram üzrə işləyən universitetlər içərisində “Simens” xüsusi yer tutur. Digər kampaniyalardan fərqli olaraq universitet “Simens” yüksək gəlirlə işləyir. Belə ki, 1999-cu ilin 10 ayı ərzində “Simens” öz kampaniyası üçün 11 milyon dollardan çox gəlir vermişdir. “Simens” konserni XX əsrin 70-ci illərində yaradılmışdır. İl ərzində bu müəssisə 65 milyard dollarlıq məhsul istehsal edir.
Bu konsernin universiteti onun 400.000 işçisinin ixtisasını yüksəldir. Onun işçiləri dünyanın 190 ölkəsində işləyir. 47 1995-ci ildə ABŞ-da xüsusi kompaniyalar peşə təhsilinə 53 milyard dollar, 1998-ci ildə isə 100 milyard dollar vəsait ayırmışdır.
Sual 19 Peşənin inkişafı və peşə təhsili.
Peşənin inkişafı dedikdə, əməkdaşın yeni istehsalat funksiyasının, yeni vəzifənin yerinə yetirilməsinə və yeni məsələnin həllinə hazırlanması prosesi başa düşülür. Təşkilat peşənin inkişafı üçün xüsusi metodlar və idarəetmə sistemi yaradır: peşə təhsilinin idarə edilməsi, rəhbər işçilər üçün ehtiyatın hazırlanması, kariyeranın inkişafı, iri transmilli korporasiyalarda peşənin inkişafı şöbəsi fəaliyyət göstərir. Bu işlərə rəhbərlik vitse – prezident və ya direktor həyata keçirir.
Aparıcı müəssisələr, təşkilatlar peşənin inkişafına əmək haqqı fondunun 2 – 10 %-ə qədər vəsait sərf edirlər. “Djeneral Motors” kimi kompaniyalar peşə inkişafına bir milyard dollardan çox vəsait sərf edirlər. Peşənin inkişafı ilə əlaqədar kapital qoyuluşu təşkilatın maliyyə nəticəsinə birbaşa təsirdən əlavə təşkilatda əlverişli mühitin yaranmasına, işçilərin müəssisəyə bağlılığına müsbət təsir göstərir. Peşənin inkişafı işçinin ümumi, intellektual inkişafını təmin edir, onun dünyagörüşünü artırır, özünə inamını möhkəmləndirir. Müəssisədaxili peşələrin inkişafından bütövlükdə cəmiyyət faydalanır.
Cəmiyyət yüksək ixtisaslı işçilərə malik olduqda əlavə əmək sərfi olmadan yüksək ictimai əmək məhsuldarlığı təmin olunur. Peşənin inkişafının əsas vasitələrindən biri peşə təhsilidir. Peşə təhsilində əməkdaş peşə yeniliklərini və biliyi bilavasitə öyrənir. Formal olaraq peşənin inkişafı peşə təhsilindən genişdir. Belə ki, peşənin 48 inkişafı peşə təhsilini özündə birləşdirir. Bir sıra hallarda belə hesab edirlər ki, peşə təhsili bu günün vəzifələrinin həllinə istiqamətləndirilir, peşənin inkişafı isə təşkilatın gələcək tələbatına xidmət edir.
Müasir dövrdə təşkilatda peşə təhsili kompleks, fasiləsiz bir prosesi əhatə edir. Bu da bir neçə mərhələdən ibarətdir:

  1. tələbatın müəyyən edilməsi;

  2. təhsilin büdcəsinin formalaşdırılması;

  3. təhsilin məqsədinin müəyyənləşdirilməsi;

  4. proqramın məzmununun müəyyən edilməsi;

  5. təhsil metodunun seçilməsi;

  6. təhsil almaq;

  7. peşə yenilikləri və bilik;

  8. təhsilin səmərəliliyinin qiymətləndirilməsi. Peşə təhsilinin idarə edilməsi prosesi tələbatın müəyyənləşdirilməsindən başlayır.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə