Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 32 Namizədlərin işə qəbul edilməsində müsabiqənin və attestasiyanın keçirilməsi



Yüklə 4,25 Mb.
səhifə20/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
insan resursları

Sual 32 Namizədlərin işə qəbul edilməsində müsabiqənin və attestasiyanın keçirilməsi.
Müsabiqə dedikdə, boş vəzifəni tutmaq üçün 2 və daha çox namizədlər arasında keçirilən yarış nəzərdə tutulur. Müsabiqə aşağıdakılara təminat verir:

  1. Vəzifənin aktuallığını artırmaq

  2. Namizədlərin sayının çox olması

  3. İşə qəbulun obyektiv aparılması

  4. Heyətin idarə edilməsi, sferasının demokratikləşməsi

  5. Kadr işlərində yeni texnologiyanın tətbiqi

  6. Heyətin idarə edilməsində informasiyaların toplanmasının intensivləşdirilməsi

  7. Komandanın formalaşması

Müsabiqənin keçirilməsinin əsas ünsürləri:

  1. Konkursa namizədliyini verənlərin sayı

  2. Konkurs komissiyası

  3. Namizədlərin üstün cəhətlərinin qiymətləndirilməsi və qərarın qəbul edilməsi 4. Konkursun keçirilməsi mexanizmi Mexanizmin keçirilməsi üsulları:

  1. Seçkili. Rəhbər işçinin boş vəzifəni müsabiqə yolu ilə tutmasında ən sadə və ənənəvi üsuldur. Namizəd sınaqdan keçirilir və səs vermənin nəticəsi əsas götürülür. Səslərin ⅔ –ni toplayan namizəd seçilmiş hesab edilir.

  2. Seçmə. Bu zaman namizəd haqqında qərarı komissiya verir. Həmçinin, namizədlə söhbət aparılır və testlər dən istifadə edilir.

Kadr müsabiqəsi 3 mərhələni əhatə edir:

  1. Hazırlıq

  2. Müsabiqənin keçirilməsi

  3. Nəticənin yekunlaşdırılması

Rəhbər işçilərin attestasiyası zamanı aşağıdakılara diqqət yetirilməlidir:

  1. əmr və göstərişlərin verilməsi, əsasnamə və təlimatın tərtib edilməsi

  2. ünsiyyət qurma bacarığı. Kollektivin qarşısında çıxış etməyi bacarmaq, işgüzar yığıncaqlar keçirmək, başqasını dinləməyi bacarmaq, danışıqlar və işgüzar söhbətlər aparmaq və s.

  3. idarəetməni ələ almaq və saxlamaq texnikası, rəqiblərlə mübarizə aparmaq texnikası və strategiyası, kadrların motivasiyasının təmin olunması

  4. istehsalın təşkili. Namizədləri qiymətləndirmək və işə qəbul etmək, texnologiyanın təhlili, əmək haqqı sisteminin seçilməsi, əməyin stimullaşdırılması, əmək və istehsal fəaliyyətinin təşkili və təhlili

  5. kommersiya fəaliyyəti. Kredit və bank işləri, mal-material təchizatı, qiymət və vergi siyasəti, mülkiyyətin uçotu və mühafizəsi, reklam texnikası və s.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə