Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 29 Kadrlara tələbatın müəyyən edilməsi və ödənilməsi mənbələri



Yüklə 4,25 Mb.
səhifə18/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
insan resursları

Sual 29 Kadrlara tələbatın müəyyən edilməsi və ödənilməsi mənbələri.
Kadrlara tələbat daxili və xarici mənbələr hesabına həyata keçirilir. Daxili mənbələr dedikdə, təşkilatda işləyən işçilər nəzərdə tutulur. Xarici mənbə dedikdə, təşkilatın kadrlara olan tələbatını ödəyən peşə və sosial infrastruktur obyektlər nəzərdə tutulur.
Heyətə tələbatın ödənilməsi və əlavə tələbatın ödənilməsi 2 yolla həyata keçirilir: a) aktiv;
b) passiv;
Heyətə tələbatın ödənilməsinin aktiv yolları aşağıdakılardır:

  1. Təhsil müəssisələrilə, bu zaman təşkilat təhsil müəssisələri ilə və ya orada təhsil olan tələbələrlə iki tərəfli razılıq müqaviləsi bağlayır;

  2. Təşkilat yerli və regional Məşğulluq Mərkəzinə (əmək birjasına) boş yerlər haqqında məlumat verir; 3. Təşkilat heyət üzrə məsləhətçilərin xidmətindən və heyətin toplanması üzrə köməklik göstərən firmaların köməyindən istifadə edir;

  1. Təşkilat yeni əməkdaşı öz işçilərinin köməkliyi ilə aşkar edir;

  2. Təşkilat digər müəssisə ilə kadr ehtiyatı yaratmaq üçün müqavilə bağlayır; Kadrlara tələbatın ödənilməsinin passiv formaları bunlardır:

  1. Təşkilat özünün boş yerləri haqqında kütləvi informasiya vasitələrində reklam yerləşdirir;

  2. Təşkilat işə qəbul üzrə namizədi yerli xarakterli reklam kompaniyasından sonra gözləyir.

Heyətin seçilməsi maliyyə planında nəzərdə tutulur. Kadr agentliyindən istifadə olunduqda xərc seçilmiş əməkdaşın 2 həftəlik əmək haqqı miqdarında olur. Həmin işçi mütəxəssis olduqda tələb olunan xərc həmin əməkdaşın bir aylıq əmək haqqı miqdarında olur
Lazım olan tələbatın ödənilməsi aşağıdakılara əsasən həyata keçirilir:

  1. İşlə əlaqədar yazılı müraciət edənlər;

  2. Elanlar;

  3. Müxtəlif agentliklər;

  4. Ali məktəblərdə aparılan bölgü;

  5. Kompaniyanın daxilində seçim;

  6. İş axtaranlardan təsadüfən müəssisəyə gələnlər; 7. İş axtaranların siyahısı üzrə məlumat kitabı.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə