Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 30 Kadrlara tələbatın planlaşdırılması



Yüklə 4,25 Mb.
səhifə19/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
insan resursları

Sual 30 Kadrlara tələbatın planlaşdırılması.
Kadrlara tələbatın ödənilməsinin planlaşdırılması kadr planlaşdırılmasının ən mühüm ünsürlərindən biridir. Bu plan müəyyən dövr ərzində heyətin tərkibinin kəmiyyət və keyfiyyət cəhətdən müəyyənləşdirilməsini təmin edir. Heyətə tələbatın hesablanılmasının aşağıdakı mərhələləri vardır:

  1. Kadrlara tələbatın ödənilməsinə təsir edən təşkilatın müxtəlif növ planların geniş təhlili (istehsal planı, satış planı, kapital qoyuluşu planı, texniki-təşkilatı tədbirlər planı və s.);

  2. Heyətin statistikasının təhlili. Bura işgüzar qiymətləndirmə, irəli çəkilmə üzrə informasiyalar daxildir.

  3. Planlaşdırılan dövrdə heyətin kəmiyyət və keyfiyyət üzrə faktiki vəziyyətin müəyyən edilməsi;

  4. Planlaşdırılan dövr üzrə heyətə kəmiyyət və keyfiyyət tələbatın hesablanması; 5. Planlaşdırmanın əvvəlki 2 mərhələsində alınmış məlumatları müqayisə etmək.

Keyfiyyət tələbatını bunlar xarakterizə edir: kateqoriyalara, peşələrə, ixtisaslara, heyətin ixtisas səviyyəsinə tələblər təşkilatın və onun bölmələrinin təşkilatı quruluşundan asılı olur. İşlərin peşə-ixtisaslara bölünməsi iş prosesinin istehsal – texnoloji sənədlərində göstərilir. Heyətə tələbatın kəmiyyətcə planlaşdırılması zamanı onun sayı hesablanır və alınmış ümumi say müəyyən plan dövründə tələbatın ödənilməsinin faktiki səviyyəsi ilə müqayisə edilir.

Sual 31 Heyətin qiymətləndirilməsi prinsipləri və metodları.
Kadr üzrə xidmət heyətinin əsas vəzifəsi daha istedadlı və bacarıqlı kadrları seçməkdir. Bu kadrlar təşkilatın gözlədiyi yüksək istehsalat nəticələrini əldə etməyi bacarmalıdırlar.
Bu cəhətdən heyətin qiymətləndirilməsi əsas məsələlərdən biridir. Qiymətləndirmə zamanı bu prinsiplər gözlənilməlidir:

  1. Obyektivlik;

  2. Etibarlılıq;

  3. Fəaliyyətə münasibətin dəqiqliyi;

  4. Proqnozun mümkünlüyü;

  5. Komplekslilik; 6. Qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi kollektivin işini pozmamalıdır.

Namizədlərin işə qəbulunda aşağıdakı pillələr vardır: söhbət etmək, ərizə vərəqəsini doldurmaq, müsahibə, testdən keçmək, tövsiyənin yoxlanması, tibbi müayinə, qərarın qəbul edilməsi. Əməkdaşın fəaliyyətini qiymətləndirdikdə aşağıdakı üsullardan istifadə edilir:
1. Heyətin qiymətləndirilməsi Mərkəzi 2. Peşəyə yiyələnməni müəyyən edən yararlılıq testi. Bu testin köməkliyi ilə işçinin psixofizioloji keyfiyyətləri, qabiliyyəti qiymətləndirilir.

  1. Qabiliyyət üzrə ümumi test. Bunun vasitəsilə əməkdaşın ümumi inkişaf səviyyəsi, diqqəti, yaddaşı və digər psixi keyfiyyətləri müəyyən edilir.

  2. Bioqrafiya testi. Burada ailə vəziyyəti, təhsili, fiziki inkişafı, əsas marağı və tələbatı, ünsiyyəti öyrənilir.

  3. Şəxsi test. Bəzi şəxsi keyfiyyətlərin qiymətləndirilməsi üçün psixodiaqnoz testlərindən istifadə edilir.

  4. Müsahibə. Bunun vasitəsilə namizədin təcrübəsi, bilik səviyyəsi, peşə üzrə lazım olan məlumatların öyrənilməsi təmin olunur.

  5. Tövsiyyə. Tövsiyyənin haradan və kim tərəfindən verilməsi vacib şərtdir.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə