Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 48 Əməyin ödənilməsinin vaxtamuzd sistemləri və rəhbər işçilərin



Yüklə 4,25 Mb.
səhifə27/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
insan resursları

Sual 48 Əməyin ödənilməsinin vaxtamuzd sistemləri və rəhbər işçilərin,
mütəxəssislərin, qulluqçuların əmək haqqının təşkili.

Sual 49 İnsan kapitalı əmək amilinin yeni iqtisadi forması kimi
Sənayecə inkişaf etmiş ölkələrdə işçi qüvvəsinə, əmək resurslarına artıq strateji baxımdan yanaşılır, işçi indi hər hansı firma və şirkət üçün cari dövrdə əmək sərf edən, əmək normalarını icra edən bir adam deyildir. Əmək resurslarına (istər onun təkrar istehsalı və istərsə də əməyindən istifadəsi zamanı yeni qaydada sosial, iqtisadi qiymət vermə zəruriyyəti meydana çıxmışdır. Həmin səbəbdən bu resursa kapitallaşmış resurs, indi və gələcəkdə gəlir gətirən bir mənbə kimi, firma və şirkətlərin uzun müddətli aktivi, onun vacib ünsürü kimi yanaşılır və qiymət verilir.
Ona görə də sənayecə inkişaf etmiş ölkələrdə, xüsusilə Yaponiyada iş qüvvəsi nəinki investisiya obyektinə çevrilmişdir, həm də insan kapitalına investisiya qoyuluşu sürətlənmişdir ki, bu da iş qüvvəsinin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Lakin iş qüvvəsinin firmaların aktiv kapitalına çevrilməsi əməklə kapital arasındakı real zidiyyətləri avtomatik olaraq aradan qaldırmır. Əhalinin təhsil potensialı Əhalinin təhsil potensialı onun və işçi qüvvəsinin keyfiyyətinə təsir edən mühüm amillərdən biridir. Təhsil potensialı dedikdə, əhali və işçi qüvvəsinin uzun illər boyu topladığı təhsilin adam – il kəmiyyəti, insanda əks olunan biliyin məcmuu başa düşülür. Bundan asılı olaraq əhali ali, orta ixtisas, orta, natamam təhsil qruplarına bölünür. Təhsil mürəkkəb əməklə bağlı olduğuna görə əməyin reduksiyası baxımından milli gəlirin, yeni dəyərin yaradılması, sosial məsələlərlə bağlıdır
Amerikada elmi-texniki tərəqqinin məcmuu işçi qüvvəsinin peşə-ixtisas tərkibinə, əməyin məzmununa təsirinin öyrənilməsi 30 ildən çoxdur ki, davam edir. Belə diskussiyalar uzun illər boyu keçmiş
Sovet iqtisadçıları, fəlsəfəçiləri arasında da olmuşdur. Qəribə də olsa bu problemə yanaşmada Amerika və sovet amillərinin nöqteyi nəzərləri arasında oxşarlıq çoxdur. Bu da təbiidir, çünki məhsuldar qüvvələr həmişə ictimai-sosial aspekt daşımır, həm də elə problemlər var ki, onlar ictimai sistemlərdən kənar qanunauyğunluqlara malik olur. Amerika alimləri, mütəxəssisləri öz tədqiqatlarında informasiyanın “emalı sənayesinin”, informasiya iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq ənənəvi peşələr üzrə məşğulluğun azaldılması, onların təbirincə desək informasiya işçilərinin (peşə kimi) sayının artması məsələlərinə xüsusi yer ayırırlar. Bu məsələdə Amerika alimləri arasında da fikir birliyi yoxdur.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə