Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 50 Heyətin strukturu və yarım sistemləri



Yüklə 4,25 Mb.
səhifə28/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
insan resursları

Sual 50 Heyətin strukturu və yarım sistemləri
Heyətin idarə edilməsində onun quruluşu və tərkibinin formalaşması qanunauyğunluqlarının və ona təsir edən amillərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Firma və şirkətlərdə bir qayda olaraq aşağıdakı struktur növləri vardır:

  1. Təşkilatı struktur;

  2. Funksional struktur;

  3. Rol struktur;

  4. Sosial struktur;

  5. Ştat struktur;

  6. Bölmələrin strukturu;

  7. İdarə aparatının strukturu;

  8. Bölmələrin istehsal və funksional strukturu.

İqtisadçı A.P.Eqorşin heyətin struktur anlayışına daha geniş aspektdə yanaşır, onu firmaların təşkilatı strukturu ilə birlikdə izah edir. Əlbəttə, bu struktur növləri öz məzmununa görə bir-birindən fərqlənirlər. İstər təşkilatın, istərsə də heyətin strukturunun müəyyən edilməsində müvafiq amillərin təsirini və müəyyən prinsipləri nəzərə almaq lazımdır. Təşkilatı strukturun qurulması prinsipləri bunlardır:

  1. Çeviklik prinsipi;

  2. İşçi və bölmələrin, şöbələrin funksiyasının səmərəli mərkəzləşməsi prinsipi;

  3. Funksiyanın ixtisaslaşması prinsipi;

  4. Hüquq və məsuliyyətin vəhdətliyi prinsipi;

  5. İdarəetmədə olunmalılıq prinsipi;

  6. Xətti və funksional rəhbərliyin səlahiyyətlərinin fərqləndirilməsi, ayrılması prinsipi;

  7. İdarəetmə strukturlarının qurulmasında və idarəetmə səviyyəsinin müəyyən edilməsində qənaətçilik prinsipi. İşçi heyətinin idarə edilməsinin bir çox yarım sistemləri vardır:

1-ci yarım sistemə kadrların işə düzəlməsi, işdən getməsi, yerdəyişməsi, kadrların idarəetmə sisteminin informasiya təminatı, peşə meyli, məşğuliyyətin təmin edilməsi aid edilir.
2-ci yarım sistemə texniki, iqtisadi təlim, kadrların yenidən hazırlanması və ixtisasının artırılması, kadr ehtiyatları ilə aparılan iş, işgüzar gələcək, mənsəbin (kariyeranın) planlaşdırılması və ona nəzarət, yeni işçilərin əməyə sistemli uyğunlaşması kimi məsələlər aiddir.
3-cü yarım sistemə heyətin idarə edilməsi strategiyasının hazırlanması, kadrlar potensialının təhlili, heyətə olan tələbatın planlaşdırılması və proqnozlaşdırılması, əmək bazarının təhlil edilməsi, kadrların qiymətləndirilməsi və s. daxildir.
4-cü. Hüquqi xidmət yarım sistemi – buraya daxildir: heyətin idarə edilməsi və əmək münasibətləri üzrə hüquqi sənədlər sistemi.
5-ci. İdarəetmənin təşkilatı strukturu yarım sistemi: təşkilatı strukturun təhlili, bu strukturun layihələndirilməsi, ştat cədvəlinin hazırlanması, yeni strukturun qurulması.
6-cı. Əmək şəraiti yarım sistemi: psixofizioloji, erqonomik tələblərə, texniki, estetika, texniki təhlükəsizlik tələb və qaydalarına əməl edilməsi.
7-ci. Əmək münasibətləri yarım sisteminə qrup və şəxsi qarşılıqlı münasibətlərin, rəhbərlik-tabeçilik münasibətlərinin təhlili, əmək-istehsal münaqişə və stresslərin idarə edilməsi, sosial-psixoloji diaqnostika, etik normalara əməl etmə və s. daxildir.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə