Sual 1 Insan resurslarının idarə edilməsi fənninin məzmunu, nəzəri və metodoloji əsasları


Sual 38 Kadrların yerləşdirilməsi mərhələsinin mahiyyəti



Yüklə 4,25 Mb.
səhifə24/37
tarix06.01.2023
ölçüsü4,25 Mb.
#98271
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
insan resursları

Sual 38 Kadrların yerləşdirilməsi mərhələsinin mahiyyəti.
Kadrların yerləşdirilməsi dedikdə, işçilərin hazırlığını, iş təcrübəsini, işgüzarlığını və şəxsi keyfiyyətini nəzərə almaqla struktur bölmələr və vəzifələr üzrə yerləşdirilməsi başa düşülür. Kadrlar yerləşdirilərkən normativ sənədlərlə işçilərə qarşı olan müvafiq tələblərlə yanaşı həmin təşkilatın mənafeyi, işçinin peşə və ixtisasından istifadə imkanı, onun şəxsi və işgüzar keyfiyyətinin, icra ediləcək fəaliyyətinin xarakterinə nə dərəcədə uyğun gəlməsi kimi əsas cəhətlər nəzərə alınır.
Bu və digər cəhətlər xüsusilə kadrların seçilməsi prosesində, mərhələsində nəzərə alınmalıdır.
Həmin mərhələdə aşağıdakılar nəzərə alınmalıdır:

  1. İşçinin müvafiq vəzifəni icra etmək üçün yararlı olmasını müəyyənləşdirmək.

  2. Mümkün olan namizədlər haqqında məlumat toplamaq.

  3. Namizədin şəxsi keyfiyyətini, keyfiyyət amillərini qiymətləndirmək.

  4. Məcmuu keyfiyyətlə namizədin yerinə yetirəcək vəzifə funksiyalarının müqayisəsi.

  5. Müxtəlif namizədlərin məlumatların müqayisəsi və nəzərdə tutulan vəzifə üçün ən layiqlisinin seçilməsi.

  6. Namizədin vəzifəyə təyin edilməsi.

Yuxarıda göstərilənlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, şəxsiyyətin keyfiyyətini öyrəndikdə aşağıdakı konkret cəhətlər nəzərə alınır: a) qabiliyyəti: təşkilatçılıq, texniki, evrestik yaradıcılıq;

  1. yaradıcılığı: psixofizioloji komponentləri, təfəkkürü, diqqəti və yaddaşı və s;

  2. xarakteri: təşəbbüskarlığı, təşkilatçılığı, məqsədyönlüyü, ideyalılığı və s.

  3. sosial təbiətli xassəsi: mənəvi keyfiyyəti, əməyə, adamlara və özünə münasibəti;

  4. peşə-ixtisas hazırlığı: xüsusi biliyi, praktiki iş təcrübəsi.

Kadr problemi onlarla aparılan iş sistemi müəyyən dərəcədə universal xarakter daşıyır. Çünki bu kadrların yerləşdirilməsi və onların formalaşması problemini vahid bir qaydada həll etməyə imkan verir. Bununla yanaşı hər bir sahənin təmin olunması, onlarla iş metodları, onlara qarşı konkret tələblər də nəzərə alınır. Kadrlarla iş zamanı onlar sistemli və kompleks halında öyrənilir və qiymətləndirir. Sistemlilik və komplekslilik tələbləri, prinsipləri, xüsusən rəhbər işçilərin seçilməsi və irəli çəkilməsi zamanı nəzərə alınmalıdır. Kadrlarla aparılan işdə hüquqi normativlər mühüm yer tutur.
Kadrların yerləşdirilməsi idarə aparatının, idarəetmə fəaliyyətinin başlıca funksiyasıdır. Kadrların yerləşdirilməsi dedikdə, işçilərin hazırlığını, iş təcrübəsini, işgüzarlığını və şəxsi keyfiyyətini nəzərə almaqla struktur bölmələr və vəzifələr üzrə yerləşdirilməsi başa düşülür. Kadrlar yerləşdirilərkən normativ sənədlərdə işçilərə qarşı olan müvafiq tələblərlə yanaşı həmin təşkilatın mənafeyi, işçinin peşə və ixtisasından istifadə imkanı, onun şəxsi və işgüzar keyfiyyətinin, qabiliyyətinin icra ediləcək fəaliyyətinin xarakterinə nə dərəcədə uyğun gəlməsi kimi ümdə cəhətlər nəzərə alınır. Bu və digər cəhətlər kadrların yerləşdirilməsi mərhələsində nəzərə alınmalıdır:

  1. işçinin müvafiq vəzifəni icra etmək üçün yararlı olmasını müəyyənləşdirmək;

  2. mümkün olan namizədlər haqqında məlumatlar toplamaq;

  3. namizədin şəxsi keyfiyyətini, keyfiyyət amillərini qiymətləndirmək;

  4. məcmuu keyfiyyətlə namizədin yerinə yetiriləcək vəzifə funksiyalarının müqayisəsi;

  5. müxtəlif namizədlərin məlumatlarını müqayisə və nəzərdə tutulan vəzifə üçün ən layiqlisinin seçilməsi; 6. namizədin vəzifəyə təyin edilməsi.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə