Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

yığcam  və  ya  geniş  fikirlər  təplusu  çıxışdır.  Çıxışda  söz  alıb 
danışanın  nitqi  hansı  münasibətlə  deyilməsindən  asılıdır.  Söz 
sahibinin mövqeyi, həyatda tutduğu yer, yaxınlıq, dəstluq münasibəti, 
harada  kimin  və  ya  kimlərin  qarşısında  söz  deməsi  kimi  məsələlər 
çıxışın  ahənginə,  tənuna  ciddi  təsir  göstərir.  Natiq  qəmli,  kədərli 
hadisələrdən kəsik-kəsik, fasilələrlə danışır, sözlərində, cümlələrində 
ləngiyir,  amma  təntənəli,  bayram  görüşlərində,  ad  günləri  və 
yubileylərdə  sürətli  ritmiə  danışır,  bəlağətli  və  fəsahətli  çıxışı  ilə 
məclisi şənləndirir, insanlarda yaxşı əhval-ruhiyyə, xoş ovqat yaradır. 
Üç  hissədən  -  giriş,  əsas  hissə  və  sən-  luqdan  ibarət  çıxış  ə  vaxt 
razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış edənlərin dediklərini 
təkrarlamadan,  dilin  fənetik,  leksik  vasitələrindən  qrammatik 
normalar  daxilində,  zəngin  lüğət  tərkibindən  fikrini  ərijinal  şəkildə 
ifadə edə bilsin. 
Çıxış  kiçik  vaxt  kəsiyində,  adətən,  plansız,  konspektsiz  ərsəyə 
gəlir.  Lakin  elmi  kənfianslarda  hansısa  fakta,  düstura,  cədvəl  və 
rəqəmlərə ehtiyac əlarsa, çıxış edən şərh edəcəyi məsələni müəyyən 
plan üzrə qeydlər əsasında apara bilər. 
Natiq üçün əsas keyfiyyət onun yaddaşıdır. Yaddaşı güclü olan 
savadlı  adamın  həmişə  deməyə  sözü  əlur,  çıxışını  maraqlı  qurur, 
faktlardan  yerli-yerində,  məqamında  istifadə  etməyi  bacarır.  Açıq 
havada,  izdihamlı  kütlə  qarşısında  və  ya  böyük  auditoriyada  canlı 
təmas  şəraitində  çıxış  edənlər  yeri  gəldikcə  əl-qol  hərəkətlərindən, 
mimikadan  da  faydalana  bilər.  İfadəli  hərəkətlər sözlə  ifadə  olunan 
mənanı  nəzərə  çarpdırarkən  mənaya  ekspressivlik  verir,  nitqi  daha 
təsirli edir. 
Mimika  yunanca  "təqlid"  mənasında  əlub  üz  hərəkətləri 
anlamında işlənir. Danışıq zamanı bədən hərəkətləri - qaşı əynat- maq 
(təəccüb, maraq anlamında), göz vurmaq (öz aramızda, razılıq), başı 
aşağı  salmaq  və  ya  yuxan  qaldırmaq  (razılıq,  narazılıq),  şəhadət 
barmağını  silkələmək  (hədə,  qalmağa  və  ya  getməyə  işarə), 
üz-gözünü turşutmaq (narazılıq), əlini bəğazma aparmaq (yalvarmaq), 
əlini  sinəsinə  və  ya  gözü  üstünə  qəymaq  (razılıq)  və  s.  müəyyən 
mənaya sözün iştirakı əlmadan əlavə çalar 
S7 


verir. Belə jest və mimika söylənilən fikrə uyğun olmalıdır. Danışanın 
əl,  qol  hərəkətlərinə  yol  verməsi,  üz,  qaş  hərəkətlərini  icra  etməsi, 
dodaqlarını  çeynəməsi,  göz  eləməsi,  dodağını  dişləməsi,  ağzını 
marçıldatması  (şirin  və  ya  yaxşı  nəyəsə  işarə  etməsi)  və  s.  şifahi 
nitqdə əlavə emosiya, təsir vasitəsidir və məqamında, şəraitdən asılı 
olaraq müsbət sayılsa da, ciddi məsələlər haqqında danışarkən bunlar 
yol  verilməzdir.  Monoloji nitqdə ifadəli  hərəkətlərdə müəyyən  ölçü 
gözlənilməli, lüzumsuz mimika və jestlərdən istifadə olunmamalıdır. 
Ekran  və  efir  şəraitində  natiq  mimika  və  jestlərdən  deyil,  yalnız 
intonasiya vasitələrindən və fonetik normalardan istifadə hesabına öz 
çıxışını təsirli və effektli olması qayğısına qalmalıdır. 
MƏRUZƏ.  Məruzə  ərəb  mənşəli  sözdür,  bir  şeyə  düçar  olan, 
uğrayan,  məruz  qalan  anlamındadır.  Məruzə  bir mövzu haqqında 
irəlicədən hazırlanıb söylənilən monoloji nitqdir. Məruzə görülmüş iş 
haqqında  ona  cavabdeh  olan  şəxsin  ali  orqan  və  ya  vəzifəli  şəxs 
qarşısında hesabat çıxışıdır. 
Çıxışdan fərqli olaraq məruzə iştirakçılar arasında geniş müzakirə 
olunur,  məruzə  ətrafında  çıxışlar  edilir  və  yekunda  müvafiq  qərar 
qəbul olunur. Faktlar, rəqəmlər, görülən işlər yazılı formada, həcmi 
qısa və ya geniş, strukturu isə giriş, əsas  və sonluq hissələrindən 
ibarət  olur.  Məruzə  ədəbi  dildə,  əsasən,  elmi,  bəzən  də  publisistik 
üslubda yazılır. Məruzədə sahə terminlərinə yol verilir, amma bədii 
ifadə vasitələrinə geniş yer ayrılmır. 
Məruzələrin ən çox üç növü qeyd olunur: 
1)
 
Planlaşdırılmış  məruzə;  İlin  yekunlanna  həsr  olunmuş 
məruzə; Hər hansı sahə üzrə hesabat - məruzə
2)
 
Yubiley məruzəsi. İstər bir şəxsin - alimin, şair və yazıçının, 
ölkə  həyaünda  önəmli  yer  tutan  hadisənin,  dövlət  xadiminin 
yubileyinə,  ildönümünə  həsr  olunan  məruzə.  Bu  tipli  məruzələr 
təntənəli xarakter daşıdığından mərasimlərdə tənqidə yer verilmir. 
3)
 
Məlumat - hesabat xarakterli məruzə. Dövlət qurumlarının, 
partiyaların, idarə, müəssisə və təşkilatların hesabat dövründə görülən 
işlər haqqında məruzə. 
5» 


MÜHAZİRƏ.  Mühazirə  də  ərəb  mənşəli  olub  "hazırlama" 
sözündəndir.  Mühazirə  natiqlik  üslubunun  çətin,  lakin  ən  geniş 
yayılmış  növüdür.  Mənası  "ali  məktəbdə  hər  hansı  bir  fənnin 
professor  və  ya  müəllim  tərəfindən  şifahi  şərhi",  "hər  hansı  bir 
mövzuya  dair  açıq  leksiya"  deməkdir.  Tədris  mühazirələri  problem 
xarakterində olduğu üçün müəllim (professor və ya dosent) fikirlərini 
elmi ədəbiyyata əsaslanmaqla qurur, mühazirənin sonunda isə istifadə 
olunmuş  ədəbiyyatın  siyahısını  da  tələbələrə  çatdırır.  Dinləyicilər, 
tələbələr  mühazirəni  müzakirə  etmirlər,  yalnız  mühazirəni  oxuyan 
müəllimə, yaxud kütləvi mühazirə- dirsə, lektora suallar verirlər. 
Mühazirəçi  (lektor)  oxuyacağı,  izah  edəcəyi  mövzunu  əvvəlcə 
müəyyən  plan  üzrə  qeydlərlə  özü  üçün  hazırlayır,  mühazirəni 
oxuyarkən ondan istifadə edir. Həm ali məktəb mühazirələri, həm də 
kütləvi  (müəyyən  yerlərdə,  müəyyən  mövzularda,  məsələn,  ölkə 
həyatına, xüsusən, ölkə prezidentinin əməli siyasətinə aid məsələlərə 
həsr  olunmuş)  mühazirələr  konkret  faktlara  əsaslandığı  üçün 
mühazirəçinin  (lektorun)  ustalığı  nəticəsində  maraqla  qarşılanır, 
ümumi  işin  xeyrinə  olur.  Belə  mühazirələrdə  ara-sıra  dialoji  nitq 
elementlərinə də yer verilir. 
Məruzə ilə mühazirə arasında müəyyən fərqlər vardır: 
1)
 
Məruzəçi çıxış edərkən adamlar qarşısında mövzusuna görə 
məsuliyyət daşıyır, mühazirəçi isə sərbəstdir. O, mövzunu da, şərh və 
izah  üslubunu  da  seçməkdə  azaddır;  Mühazirə  də,  məruzə  də  elmi 
mövzuda ola bilər
2)
 
Məruzə  fərdi  xarakter  daşıyır,  buna  görə  də  mühazirəçi 
dinləyicilərindən daha hazırlıqlı olur, mövzunu dinləyicilərə nisbətən 
daha  dərindən  bilir.  Mühazirə  isə  ümumi  xarakterlidir,  mühazirəçi 
mövzunu,  demək  olmaz  ki,  dinləyicilərin  hamısından  yaxşı  bilir, 
üstünlük müəyyən fakt və rəqəmlərin gətirilməsində ola bilər. 
3)
 
Məruzə  müzakirə  olunur,  onun  əsasında  qərar  qəbul  edilir. 
Əgər  bu,  ali  məktəbdə  baş  verirsə,  məruzənin  ya  özünün,  ya  da 
tezisinin nəşri tövsiyə oluna bilər. Mühazirə müzakirə obyek 
S9 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə