74
gələcəkdir. Onun adını Məlik Məmməd qoyarsınız! O, bu
alma parası kibi, yarı sənə, yarı arvadına oxşayacaqdır! Bunu
deyib dərviş almanı padşaha atdı və özü də yox oldu...
Piri kişi gördü ki, Qaraca qız yuxuya getmişdir, ona
görə də nağılını kəsdi və özü də yerinə girib rahət oldu.
Səhər Piri kişi qaydası üzrə tezdən qalxıb ocağı qaladı
və çaydanı su ilə doldurub oda qoydu. Qaraca qız hələ oyan-
mamışdı. Piri kişi dəhrəni götürüb çıxdı. O bağda işləyib
qurtarınca gün çıxıb xeyli qalxmışdı. Qaraca qız oyanmışdı
isə də, hələ yerindən durmamışdı.
-
Qızım, nə çox yatmışsan, sən heç böylə gecikməzsən.
Azarlı deyilsən ki?
-
Yox, baba, amma heç durmağa könlüm yoxdur.
Piri kişi komanın qapısını açıb dedi:
-
Bax qızım, günəş nə gözəl çıxmışdır! Böylə vəqtdə an-
caq tənbəl yerdə yatar!
Qaraca qız qalxıb aram ilə geyinməyə başladı. Sonra əl-
yüzünü yuyub, çay içməyə məşğul oldu. Çaydan sonra bayıra
çıxdı. Həqiqətən də, günəş xeyli parlaq idi. Bu halda Qaraca
qızın gözünə bir qarışqa yuvası sataşdı; Onlara tamaşa et-
məyə başladı. Bu qarışqaların içində qanadlıları da var idi.
Onlar qalxıb havada uçurdular. Gah da yuvanın ağzında gə-
zişib özlərini günəşə verirdilər. Piri kişi Qaraca qıza yaxın-
laşıb dedi:
-
Nəyə baxırsan, qızım?
-
Qarışqalara baxıram, baba!Bunların içində qanadlıları
da var, baba!
-
Qızım, onların qanadları həmişəlik deyildir: Onlar
töküləcəkdirlər. Bu gün bunların toy günüdür. Onların dişiləri
erkəklərindən maya dutandan sonra hər ikisinin qanadları
quruyub töküləcəkdir.
75
Qaraca qız babasından qarışqa toyu eşidən kibi əllərini
biri-birinə vurub şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona
şərik olub dedi:
-
Bəli, qızım, qarışqaların toyudur! Get qavalını gətir,
bir az çal, qarışqalar səndən razı qalsınlar!
Piri kişinin bu fikri Qaraca qıza xoş gəlib, qaçaraq
komaya getdi və qavalını götürüb çalmağa başladı. Piri kişi
Qaraca qızın keyfi açılmağına şad olub, özü də odun doğra-
mağa məşğul oldu.
***
Birdən Piri kişinin qualğına ağalıq tərəfdən qışqırıq səsi
gəldi.
-
Qızım, qavalını çalma, görək o səs nədir?
Qaraca qız dayandı. Doğrudan da, ağalıq tərəfdən səs-
küy gəlirdi.
-
Baba, bu səs Pəricahan xanımın səsidir!- deyə Qaraca
qız qavalı yerə atdı və yıldırım kibi götürüldü. Həyətə çatdıq-
da gördü ki, Ağca xanımın biləyindən qan axır və Pəricahan
xanım da ağlayaraq xidmətçilərə deyir:
-
Aman, sizə qurban olum, tezcə biriniz Ağcanın yara-
sını sorun, ilanın zəhərini yerə tökünüz!
Amma heç kəs bu qorxulu işə cürət edib qədəm qoyma-
yırdı. Qaraca qız Pəricahan xanımdan bunu eşitcək
Ağcaxanımın qolundan zəhəri sorub yerə tökməyə başladı.
Pəricahan xanım Qaraca qızın saçlarını öpə-öpə deyirdi:
-
Ah, gözəl yürəkli Qaraca qızım, bağışla bəni! Sənin
yanında xəcalətliyəm. Xudaya, bənə rəhmin gəlsin, qızımı
öldürmə! Qaraca qızım, səni öz qızımdan artıq sevməyə söz
verirəm, Qoyma Ağca ölsün. Qaraca qız Pəricahan xanımın
naləsinə əsla fikir verməyib, ancaq öz istəkli dostunu ölüm-
dən qutarmağa səy edirdi. Bir azdan sonra Qaraca qız nə qə-
dər sordu isə, daha yaradan bir şey gəlmədi. Ağca xanım
76
yaradan bir o qədər şikayət etməyirdi, amma yaradan bir az
yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən çox şikayət
eidrdi. Ona görə də anasına dedi:
-
Ana, qaytanı aç, qolumu kəsir!
-
Yox, qızım, olmaz, onda zəhər bədəninə gedib səni
öldürər. Səbr et, bu saət şəhərə telqraf vuracağam, atan həkim
götürüb gəlsin. Bunu deyib Pəricahan xanım ditrəyə-ditrəyə
bir telqraf yazdı və nökərə verdi ki, aparıb stansiyadan şəhərə
vursun. Ağca xanımın qolunu bağlayıb yerdə yatırtdılar.
Pəricahan xanım və Qaraca qız da yanında əyləşdilər. Bu vəqt
Piri kişi də gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab
ilə içəri girdi. Pəricahan xanım onu görüb dedi:
-
Baba, gördünmü başımıza nə gəldi?!
Piri kişi Qaraca qızın yüzünə baxıb böyük təşviş ilə
dedi:
-
Bəli, gördüm! Onu da görürəm ki, öz balanı ölümdən
qutarmaq üçün bu atasız, anasız yetimi bəlaya saldın!..
-
Baba, nə deyirsən, Əlhəmdülillah, Qaraca qıza heç şey
olmamışdır!
-
Yaxşı bax, xanım!
Bu halda Qaraca qız dedi:
-
Baba, bədənim yanmağa başlayır, amandır, bənə su
verin!
-
Dur gedək, qızım, komamıza, görüm sənə nə çarə
edirəm.
Pəricahan xanım dedi:
-
Baba, sən Allah, öylə etmə, qoy burada yatsın, bir
azdan Hüseynqulu ağa da həkim ilə gələcək.
Bu təvəqqeyə Ağca xanım da şərik oldu.
Piri kişi razı oldu. Qaraca qıza da Ağca xanımın yanında
yer salıb yatırtdılar. Getdikcə Qaraca qızın əhvalı xarablaşır-
dı. Piri kişi tez-tez ayran qayırıb ona verirdi. Sonra Qaraca
qızın yüzü şişməyə başladı. Hüseynqulu ağa gəlib çıxan
77
zaman Qaraca qızın boğazı şişib nitqdən kəsilmişdi. Həkim
hər iki azarlıya baxdıqdan sonra dedi:
-
Ağca xanımın heç bir qorxusu yoxdur. İlanın zəhərini
bədənə yayılmamış rədd etməyə görə ölümdən xilas olmuş-
dur. O ki qaldı Qaraca qıza, onun əhvalı çox fənadır, çünki
ağzında yarası olduğu cəhətinə zəhər qana qarışıb bədəninə
yayılmışdır.
Bu xəbər hamını məyus etdi. Pəricahan xanım ağlaya-
ağlaya dedi:
-
Amandır, qoyma bu qız ölsün, əlindən gələn səyi
müzayiqə etmə!
-
Xanım, bu qızın dirilməsi çətindir, Ümid bir Allaha
qalmışdır.
Pəricahan xanım dizi üstə çöküb dua etməyə başladı.
Piri kişi həqir bir nəzərlə ona baxıb dedi:
-
Böylə olan surətdə Yazıq Qaraca qızımı komaya apa-
rım, burada qalsa, xanıma əziyyət edər!
Bu sözlər Pəricahan xanımın yürəyinə ox kibi sancıldı.
-
Yox, qoymaram, qoymaram, - deyə hönkürtü ilə ağla-
mağa başladı.
Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə
Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun sağalma-
sından ümidini kəsmişdi, amma böylə ittifaqlarda lazım gələn
köməklərin hamısını əmələ gətirdi. Komada həkimdən və Piri
kişidən başqa Hüseynqulu ağa da var idi.
Bu rəhmdil kişi öz qızının bu qayda ilə sağ qalmasına
razı deyil idi. Qaraca qızın yastığı yanında çöküb səmim qəlb
ilə Allahdan bu qərib yetimin sağalmasını rica edirdi. Lakin
öz canını özgə uğrunda fəda etmiş Qaraca qızın vəqti tamam
idi!...
Dolmuş gözlərini açdı, günəşin şüalarına bir müddət
baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu! Qaraca qız
öldü!..
Dostları ilə paylaş: |