Süleyman sanġ axundov



Yüklə 3,59 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix23.08.2018
ölçüsü3,59 Mb.
#63899
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

71 
 
Payızın orta ayı idi. On gündən sonra anası Ağca xanımı 
pansiyoya  verəcək  idi.  Ona  görə  Ağca  xanım  anasından  tə-
vəqqe  etdi  ki,  bu  on  günü  onu  kəndlərinə  göndərsin. 
Pəricahan xanım razı olub dedi:  
-
 
Yaxşı, qızım, bən özüm də sən ilə bərabər oraya gedə-
cəyəm  ki,  bir  az  rahat  olam.  Yoxsa  burada  gedib-gələnlərin 
əlindən  bir  dəqiqə  asudəliyim  yoxdur.  Anasından  bu  xəbəri 
eşitdikdə Ağca xanım çox şad oldu.  
Səhər tezdən Pəricahan xanım qızını oyatmağa başladı:  
-Qızım,  yatdığın  bəsdir,  dur,  yoxsa  vaqona  çata  bilmə-
rik, burada qalarıq! 
Ağca  xanım  bunu  eşidib  tez  yerindən  durdu  və  geyin-
məyə  başladı.  Pəricahan  xanım  teleqraf  vasitəsilə  kəndə  gəl-
mələrini  Hüseynqulu  ağaya  xəbər  verdi.  O  da  nökərləri  ilə 
onun pişvazına  çıxmışdı. Ağca  xanım sevgili atasıyla  görüş-
məyə  öylə  tələsirdi  ki,  vaqon  dayanan  kibi,  özünü  vaqonun 
pəncərəsindən  atasının  qucağına  atdı  və  boynunu  qucaqlayıb 
aramsız öpməyə başladı.  
-
 
A  qızım,  bir  dayan,  anan  ilə  də  salamlaşım,  -  deyə 
Hüseynqulu  ağa  Ağca  xanımı  yerə  qoydu.  Bu  halda  Ağca 
xanım  Qaraca  qızı  yanında  köpək  ilə  dayanmış  gördü.  Cəld 
özünü ona yetirdi. Qaraca qız görüşəndən sonra dedi: 
-
 
Bən  buraya  gizlincə  gəlmişəm.  Tez  ol  get,  Pəricahan 
xanım bizi burada görməsin, yoxsa yenə acığı dutar. 
-
 
Doğru  deyirsən,  sonra  görüşərik,    -  deyə  ata,  anasına 
yanaşdı.  
Nökərlər şeyləri vaqondan  daşıyıb faytonlara qoydular; 
sonra da hamısı yola düşdü. Ağalıq evi vağzaldan uzaq deyil 
idi.  Qaraca  qız  ağalara  görünməmək  qəsdi  ilə  meşə  yolu 
getdi. Ağalar  qapıya çatdıqda hamı xidmətçilər qapıda cərgə 
ilə  düzülüb  –  “Xanımlar,  xoş  gəlmisiniz!”  –  deyə  baş  endir-
dilər.  Bunların  içində  Piri  kişi  də  var  idi.  Pəricahan  xanım 
Qaraca qızı orada görməyib rişxənd ilə qızına dedi: 


72 
 
-
 
Qızım, bu da dostun Qaraca qızın vəfası!Gör səni necə 
tez yadından çıxarmışdı!  
Ağca  xanım  anasının  bu  tənəsinə  səbr  edə  bilməyib 
dedi:  
-
 
Bağışla,  anacan,  bənim  dostum  vağzala  qədər  yanıma 
gəlmişdi.Bən orada onun ilə görüşdüm.  
Hüseynqulu ağa şaqqıltı ilə gülərək arvadına dedi: 
-
 
Hə, necəsən, payını aldınmı?! 
-
 
A, şeytanlar, yenə də bəni aldatdınız, - deyə Pəricahan 
xanım  özü  də  güldü.  Hjüseynqulu  ağa  arvadını  könlü  şad, 
fərahlı bir halda görüb fürsəti fövtə etmədi və dedi: 
-
 
Pəricahan!  Sənə bir təvəqqem var, qəbul etməyini söz 
ver, deyim! 
-
 
Söz verirəm, de! 
Hüseynqulu ağa dedi: 
-
 
Ağcanın  ancaq  on  gün  asudə  vaxtı  var.  On  gündən 
sonra  onu  quş  qəfəsinə  salan  kibi  hasarlı  məktəbin  havasız 
otağına  salacaqlar.  Daha  bu  gözəl  havanı,  yaşıl  bağları,  şır-
layan suları görməyəcəkdir. Səndən təvəqqe edirəm ki, bu on 
günü  ona  azadəlik  verib  Qaraca  qız  ilə  keyfi  istədiyi  qədər 
oynamağa,  gəzməyə  mane  olmayasan.  Budur  bənim  səndən 
təvəqqem!... Pəricahan xanım bir az dayanıb dedi: 
-
 
Qoy sən deyən kibi olsun, rüxsət verdim! 
Bu cavabından hamı şad oldu. Ağca xanım şadlığından 
gahi anasını öpürdü, gahi atasını. Bu üzdən şad olanın biri də 
Piri kişi idi.  
Ağca  xanımın on gününün bir həftəsi bir saət mənzilə-
sində  gəlib  keçdi.  Bu  yeddi  gün  gəzib  oynamaqdan  Ağca 
xanımın yanaqları qızıl gül kibi yanırdı.  
Qaraca qıza gəldikdə o da bu yeddi günün dolanacağını 
ömrünün  ən  səadətli  günlərindən  hesab  edib  böylə  tez  gəlib 
keçməsinə  əfsus  edirdi.  O,  Ağca  xanımdan  ancaq  yatmağa 
gedəndə  ayrılırdı.  Yuxuda  da  fikri  onun  ilə  olduğunu  onun 


73 
 
sayıqlamasından anlamaq olurdu. Hər axşam Ağca xanım ilə 
nə  etdiklərini  Piri  kişiyə  söyləyib  sonra  yuxuya  gedərdi. 
Amma  bir  gecə  heç  nə  söyləməyib  qəmgin  olaraq  yerinə 
girdi.  
-
 
Qızım, neyçün kefsizsən, bir şey olmamış ki? 
-
 
Yox, baba! 
-
 
Bəs neyçün qəmginsən? 
-
 
Özüm də bilməyirəm, baba! 
-
 
Gözlərini yum, yuxula, qızım! 
-
 
Yuxum gəlməyir, baba, yürəgim sıxılır! 
-
 
Qoy  sənin  üçün  nağıl  söyləyim,  qızım,  bəlkə  yuxun 
gələ! 
Piri kişi Qaraca qızın başını sığallayıb başladı: 
-
 
Qızım, biri var imiş, biri yox imiş, Bir padşah var imiş. 
Bu  padşahın  dünyada  övladsızlıqdan  başqa  bir  qəm  və  qüs-
səsi yox imiş... 
-
 
Baba, bən ölsəm, ağlarmısan? 
-
 
Allah eləməsin, qızım, öləsən, neyçün öləsən? 
-
 
Baba, bən ölsəm, bəni  o Göy təpədə basdırınız! Oranı 
bən çox sevirəm: Oradan hər yer görünür; orada hər cür çiçək 
bitir.  İmdi  o  çiçəklərin  hamısı  solmuşdur.  Biz  bu  gün  orada 
oynayırdıq. 
-
 
Sən  neyçün  ölürsən,  qızım?  Sən  yaşayıb,  bən  qoca 
babanı o dediyin təpədə basdıracaqsan; Sonra böyükləşib ora 
gedəcəksən,  uşaqların  olacadır1  Sonra  bənim  kibi  qocalıb 
qarı  olacaqsan!  Nəvələrinə  vəsiyyət  edəcəksən  ki,  bəni  Göy 
təpədə Piri babanın yanında basdırınız. İmdi, qulq as. Qızım, 
nağılın dalını söyləyim! 
Bir  günü  bu  padşah  öz  arvadı  ilə  eyvanda  əyləşdiyi 
zaman bir dərviş orada hazır olub dedi: 
-
 
Ey  padşahi-dövran!  Bilirəm,  sizi  qəmgin  edən  nədir? 
Bu əlimdəki almanı görürsünüzmü? Bunu ortasından tən böl, 
yarısını özün ye və yarısını arvadın! Sizdən bir oğlan dünyaya 


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə