Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

Milli Kitabxana

82

kəsmədə ömür  sürmüş,  qartlaşmış  ağa  bunların  hamısındaıı əl  çəkib  işçi-kəndli



tərəfdarı  olmaz,  fəqət  bizim  müqabilimizə çıxıb  qovğa  etməsin  niyyəti  ilə sənə

Hadi lələ ilə o məktubu göndərdim. Cavabın da söylədi.

Sən  niyə zülm  tərəfdarı  olursan?  Biz  o  zülmü  insanlar  arasından  götürmək

istəyirik.  Bax,  gör  bu  nə böyük,  nə yüksək  bir  idealdır  ki,  məni  öz əlimlə bu

mülkümüzü  tapdayıb  məhv  etdirməyə məcbur  edir,  atamın  müqabilinə çıxardır.

Mehriban  anamı  unutdurur,  tam  üç  il  həsrətini  çəkdiyim  sən  sevgili əmizadəmi

mənə düşmən  etdirir.  Pəricahan,  sevgilim,  gəl  mənimlə birlikdə vətənimizin

məzlumlarını cəlladlar əlindən xilas edək.

P ə r i c a h a n x a n ı m. Cəlladları mən, sən tərəfdə görürəm.

C a h a n g i r a ğ a. Son sözümü dinlə, fikirləş, cavabını ver. Bax gör, bizmi

cəlladıq,  yoxsa  siz  ağalar?  Milyonlarla  işçi-kəndlilər, əsrlərcə sitəmkarlar əlində

didilir,  çeynənir,  ayaqlar  altında  tapdalanıb əzilir.  Hamısı  ac,  çılpaq  zillətdə,

əziyyətdə, fəryadları əflaka çıxmış. Əsarət zənciri altında bədənləri incəlib üzülür.

Bax bu biçarələr indi bizdən nicat gözləyirlər. Pəricahan, gedək, onların fəryadına

çataq. Əsarət zəncirlərini kəsib xilas edək. Pəricahan, bu şərəfi başqasının öhdəsinə

atma.  Şərq  aləminin  pərisi  ol  ki, əsrlərcə adın dünyada  baqi  qalsın.  Qırmızı  Ordu

içində nə qədər  nəcib  qəhrəman  qadınlar  var.  Sən  də Şərq  məzlumlarının

qəhrəmanı ol.

P ə r i c a h a n x a n ı m. Elə böyük vəzifəni, elə yüksək şüarı özün üçün bəslə.

Mən  isə bu  gün  ufaçıq  bir  vəzifə qəbul  edirəm.  O  da  "Laçın  yuvası"nı  sənin

ordundan müdafiə edib, onun "Orlean xanımı" olmaq istəyirəm.

C a h a n g i r a ğ a. Daha  bitdi.  Sən  də atam  kimi  belə saraydan,  belə cah-

cəlaldan  öz  ixtiyarınla əl  çəkmək  istəmirsən,  fəqət  mən  zor  ilə çəkdirərəm.  Bu

zülmlə bina olmuş saraydan bir əsər qoymaram! (Çıxır.)

P ə r i c a h a n x a n ı m (tək).  Ah!  Cahangirdə nə böyük  təğyir!  Sabiqdə

mənim kimi, babalarımızın şan-şöhrəti ilə fəxr edərdi, ancaq indi isə, onlara zalım

deyib,  nifrət  edir.  Mənim də qəlbimə şübhə saldı.  Görəsən  hansı  yol  doğrudur...

(Əmiraslan ağa daxil olur.) Ah, əmücəm gəldi.

Ə m i r a s l a n a ğ a. Qızım,bolşeviklər üzərimizə hücuma başlamış. Bu saat

Mehrəli bəyin dəstəsi ilə vumşurlar. Ümidim budur ki, igid




Milli Kitabxana

83

bəylər  onları pozub  bu  tərəfə keçməyə qoymayacaqlar.  Pəricahan,  bu  gün  oğlum



burada  olmalı  idi.  Qəhrəmananə müharibə edib,  "Laçın  yuvası"nı  düşməndən

müdafiə edəydi.  Onu  fələk əlimdən  aldı.  Yerində sən  qalmısan. İgidlikdə heç  bir

oğlandan geri qalmazsan. Qəhrəman qızım, babalarımız yurdunun müdafiəsini sənə

həvalə edirəm.  Bu  gün  bizim  üçün  başqa  yol  yoxdur.  Ya  zəfər,  ya  ölüm.  Qızım,

səni məyus görürəm, yoxsa düşməndən xof edirsən? Ona əsir olmaq istəyirsən?

P ə r i c a h a n x a n ı m. Heç  vaxtı.  Məni  məyus  edən  şey  başqadır.  Ah,

Cahangir...

Ə m i r a s l a n a ğ a. Qəm etmə, qızım, inşallah düşmənə qalib gələcəyik. Get

hərbi libasını gey, hazır ol. (Pəricahan xanım çıxır.)

Ə m i r a s l a n a ğ a. (tək).  Pəricahan  anadan  olanda mərhum  qardaşım

Kamran  çox  məyus  oldu  ki,  oğlan  deyil,  lakin  mən bu  igid  qızı  min  oğula

vermərəm.

Mehrəli  bəy sol əli sarınmış daxil olur.

M e h r ə l i b ə y. Əmiraslan ağa, sol cəbhəni düşmən aldı.

Ə m i r a s l a n a ğ a. Nə deyirsən?  Məgər  sənə əmr  etməmişdim  ki,  onu

möhkəm saxla? Bir adamın qalıncaya qədər vuruşmada davam et?

M e h r ə l i b ə y. Mən  nə edim?  Tərəfdarlarımız  kəndlilər fürsət  tapdıqca

bolşeviklər tərəfinə keçdilər. Bir də baxıb gördüm ki, ətrafımda az bir qüvvə qalıb.

Yenə də vuruşmadan  çəkilmədim.  Bu  vaxt  güllə dəydi. O  az  qüvvə də pozulub

dağıldı. Ancaq onu qənimət bildim ki, arvad-uşağı götürüb buraya qaçdım.

Ə m i r a s l a n a ğ a. Qorxuram Ədilbəyin dediyi  doğru  ola.  Kəndlilərin

cümləsi  bolşevik  tərəfinə keçə.  Sol  cəbhənin  alınması  Səlim bəyin  halını

ağırlaşdırdı. Bu saat Kollu dərənin üstünü tutmaq lazımdır. Yoxsa qırmızılar Səlim

bəyin arxasına keçib onu pozacaqdır.

Heydər bəy təngnəfəs daxil olur.

H e y d ə r b ə y. Əmiraslan ağa, qırmızılar Kötüklü kəndini aldı. Bizimkilər

qaçırlar.

Ə m i r a s l a n a ğ a (qəzəbnak).  Siz  onlardan  geriyə qalmazsınız.  Dovşan

kimi, bir səs çıxdıqda qoyub qaçırsınız.

H e y d ə r b ə y. Mən  nə edim?  Allah  arvad tayfasını  müsəlman  üçün  bir

böyük bəla yaratmışdır. Ağlaşma qurub, ərlərinin ətəklərindən



Milli Kitabxana

84

yapışıb davaya  getməyə qoymurlar. Başqa  millətin qadınları tüfəng  götürüb ərləri



ilə bərabər  düşmənlə vuruşur,  bizimkilər  isə şaxsey  deyə üzlərini  cırır,  saçlarını

yolurlar.

Ə m i r a s l a n a ğ a.  Bu  onların  təqsiri  deyil.  Siz  kimi ərlərin,  ataların

təqsiridir.  Ləzgi  qadınları  düşmən ilə müharibədə ərlərindən  geri  qalmır.

Pəricahana mən tərbiyə vermişəm, hansınızdan qoçaq deyil?

Səlim bəy daxil olur.

S ə l i m b ə y. Əmiraslan ağa, Güllücə kəndini düşmən zəbt etdi.

Ə m i r a s l a n a ğ a. Nə pis  xəbər!  Onun  alınması  ilə yol  buraya  açıldı.

Heydər  bəy,  mənim  adamlarımdan  otuz  tüfəngli  götürüb  Uçurum  dərəsinin

keçidini kəs. Daha durma!

H e y d ə r b ə y. (Cəld çıxır.)

Ə m i r a s l a n a ğ a (Səlim bəyə). Söylə görüm. Nə tövr olduki, elə möhkəm

yeri boşladın?

S ə l i m b ə y. Heydər bəyin dəstəsi pozulduqdan sonra sol cəbhə açıldı. Mən

Muxtar  bəydən  kömək  istədim.  Cavab verdi  ki, özüm  iki  tərəfdən əhatə

olunmuşam, tez Əmiraslan ağadan həm özün üçün və həm də mənim üçün kömək

istə. Bu vaxt düşmən arxama keçib məni pozdu.

Ə m i r a s l a n a ğ a. Kollu dərədə qüvvə qoymuş olsaydın, qırmızılar arxana

keçə bilməzdilər.

S ə l i m b ə y. Necə qoymamışdım? Qoymuşdum. Onlara ümid bağlayıb geri

çəkilmədim.  Atışmada  davam  etdim.  Bir  də xəbər  tutdum  ki,  onlar  da  qaçıb

dağılmışlar, düşmən də arxama keçmişdir.

Ə m i r a s l a n a ğ a. Səlim  bəy,  onda  dayanma,  mənim  atlılarımdan  lazım

bildiyin  qədər  götürüb  Muxtar  bəyin  köməyinə get.  Onu  təhlükədən  qurtar,  sonra

Qayadibi kəndinə çəkiliniz.

S ə l i m b ə y. Baş üstə. (Çıxır.)

Ə m i r a s l a n a ğ a. Mənim Qaya dibi kəndim nə qədər davam edərsə,

buranın  qorxusu  yoxdur.  Onun  dar  və gizli  yollarını,  ancaq  oranın əhli  bilir.

Bələdçi olmasa, qoşun bir şey edə bilməz.

Molla Sadıq və Hacı İmamqulu daxil olurlar.

H a c ı İ m a m q u l u. Bu nə bəladır? Bu nə tufandır?

M o l l a S a d ı q. Tutduğunuz əməlin cəzasıdər ki, xudavəndi-aləm verir. Biz

ruhanilərə qulaq asmayıb övladlarınızı rus məktəblərinə



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə