Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə28/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   24   25   26   27   28   29   30   31   ...   135

Milli Kitabxana

88

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Bəli,  səni,  qeyrətli  qardaşımın  igid  qızı!  De  görüm



cırdığın  məktub  kimdən idi? (Pəricahan xanım başını aşağı salıb dinmir.) Qızım,

niyə dinmirsən?

P ə r i c a h a n x a n ı m. Məktub qırmızıların komandiri Cahangirdən idi.

Ə m i r a s l a n a ğ a (yerindən cəld qalxıb). Ah! Cəfərqulu doğru deyirmiş!

Ağalar,  bu  divarda  çəkilmiş  rəsmlərə baxınız.  Bu,  Rüstəm  zalın,  o  da  oğlu

Söhrabın  rəsmidir.  Rüstəm  müharibədə övladını tanımamış,  onun  sinəsini

paralamışdır.  Mən  isə bu  gün  mənə xain  olmuş  ciyərparəmi  bu  xəncər  ilə qətl

edəcəyəm. İndi Qırmızı Orduya hücumu mən başlayıram. Qalxın, haydı, ardımca!

Ə d i l b ə y və H a d i lələdən başqa qeyriləri çıxırlar.

Ə d i l b ə y. Bacım Gövhər əhvalatı biiirmi?

H a d i

l ə l ə.  Xeyr,  x’stəliyi  c’hətinc’ deməyi  məsləhət  bilmədim  və



başqalarına da tapşırmışam ki, deməsinlər.

Ə d i l b ə y. Yaxşı tədbirdir. Sən get vəziyyəti Cahangirə söylə, mən də bacımı

yoxlayıb gəlirəm.

Çıxırlar.



Pərdə

ÜÇÜNCÜ PƏRDƏ

İkinci pərdənin səhnəsi.

Əmiraslan  ağa,  Mehrəli

bəy,  Səlim

bəy,  Muxtar

bəy,  Heydərbəy, Cəfərqulu,

Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a.  Qeyrətli  bəylər,  bolşevik  Cahangir  bu məktubla  bizi

təslimə təklif edir. Yazır:

"Sizdən,  aldanmış  kəndlilərin  qanları daha  tökülməsin  məqsədi  ilə,  təslim

olmağınızı  tələb  edirəm.  Bizə məlumdur  ki,  o  biçarələri  "gürcü,  erməni  və türk

köməkləri gələcəkdir" deyə aldadıb qırdırırsınız. Onu da bilməlisiniz, təslimi rədd

edib qovğada davam etsəniz,




Milli Kitabxana

89

sabah qala alındıqdan sonra, siz üsyançı bəylər güllə qabağına qoyulacaqsınız.



İmza: Cahangir"

Bəylər başlarını aşağı salıb fikrə gedirlər.

Ə m i r a s l a n a ğ a. Mehrəli bəy, fikrinizi bilmək istəyirik.

M e h r ə l i b ə y. Məncə, düşmənə hiylə gəlməli. Guya təslimə hazırıq, lakin

iki gün möhlət istəyirik. Düşmən buna razı olarsa, gecə ikən bir neçə adam qaçırıb

ətrafdan kömək toplarıq. Sonra iki tərəfdən hücumu başlarıq. Birini burdan, o birini

düşmənin arxasından.

M u x t a r b ə y.  Mən bu fikrə şərik  deyiləm. Əvvəla,  düşmən bizə möhlət

verməz. Versə də bu  az  vaxtda  düşmənin  gözü  qabağında  kimdən  qüvvə

toplayacağıq? Məncə, özümüzdən başqa qeyri köməyə ümid bağlamamalı.

H e y d ə r b ə y. Əlimizdə olan qüvvə ilə qalanı saxlaya bilməyəcəyik. Gec-tez

onu  boşaldıb  çəkilməyə məcbür  olacağıq.  Belə olan  surətdə mən  qalanı vermək

tərəfdarıyam.

S ə l i m b ə y. Cahangir ağanm tələbi aydındır. O, təsüm olunuz deyir, qalanı

veriniz demir. Bizi buraxıb bu boş qalanı ne edəcəkdir? Lakin testim şertinden bir

şey yazmır, təslim olarsaq, bizle ne cür rəftar olunacaq? Melıım deyil.

C ə f ə r q u l u. Səlim bəy doğru buyurur. Təslim şərti aydın deyil. Məncə, biz

də yazıb şərtimizi məlum etməliyik. Bəlkə, istədiyimizi qəbul edəcəkdir.

Ə m i r a s l a n a ğ a. Qızım, sənin fikrin nədir?

P ə r i c a h a n x a n ı m. Cahangir hərbi toxdadıb ortalığa təslim məsələsini

atmışdır.  Bu  iki  şeydən  xali  deyildir:  ya  budur  ki,  dogrudan  da  qan  tökülməsini

istəmir, ya da əlində olan qüvvə ilə "Laçın yuvası"nı almaqdan acizdir.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Afərin,  qızım,  bu  son  sözün  düzdür.  Cahangir  təslim

məsələsi ilə bizə hərbi hiylə gəlir. Mənə məlumdur ki, o, mərkəzdən qüvvə və top

tələb  edir,  çünki,  doğrudan  da, əlindəki  qüvvə ilə qalanı  almaqdan  acizdir.  Bu

fürsətdən  istifadə etməli.  Təslim  tərəfdarları bilsinlər  ki,  istər  zor  ilə,  istərsə öz

ixtiyarımızla bolşeviklərə tabe olarıqsa, heç bir təfavütü yoxdur, hər iki halda güllə



Milli Kitabxana

90

qabağına  qoyulacağıq.  Onlardan  bizə nicat  yolu  yoxdur.  Belə olan  surətdə öz



əllərimizlə başlarımızı qurbanmı verməliyik?

B ə y l ə r. Heç vaxt!

Ə m i r a s l a n a ğ a. Təslim tərəfdarı varmı?

B ə y l ə r. Xeyr.

M o l l a S a d ı q. Əmiraslan ağa, mən də, hacı da sülh tərəfdarıyıq.

Ə m  i  r  a  s  l a  n a  ğ  a. Siz  bizim  işimizə qarışmayın.  Sizin  vəzifəniz  buraya

qoyun sürüsü kimi tökülən arvad-aşaqları sülh ilə saxlamaqdır.

H a c ı


İ m a m q u l u.  Biz  də onu istəyirik ki,qurdlar gəlib bu sürünü

yırtmasınlar.

Ə m  i  r  a  s  l  a  n a  ğ  a. Qorxmayın,  o  canavarların müqabilində belə aslanlar

durmuşlar.  (Kağız  götürüb  yazır,  sonra  oxuyur.)  Qulaq  asın,  yazdığım  cavabı

oxuyum.

B ə y l ə r. Buyurunuz.



Ə m  i  r  a  s  l  a  n a  ğ  a. "Laçın  yuvası"nı almağa laçın kimi  igidlər  lazımdır.

Sizin kimi bayquşların hünəri deyil".

Bu cavabı bəyənirsinizmi?

B ə y l ə r. Bəyənirik.

Ə m i r a s l a n a ğ a. Cəfərqulu, al, elçiyə ver.

Cəfərqulu alıb gedir.

Ə m i r a s l a n a ğ a. İndi planımızı çəkək. Bolşevik Cahangir sabah qırmızı

bayrağını  "Laçın  yuvası"na  taxmaq  arzusundadır.  Bu işi  sabaha  qoymaqdan  belə

məlum  olur  ki,  o,  sabah  kömək  gözləyir.  Bu  fürsəti  ona verməməli,  onu

qabaqlamalıyıq. Biz hücumu bu gün başlamalıyıq.

M e h r ə l i b ə y. Əmiraslan  ağa,  madam  ki,  bu fikrə gələcəkdiniz,  mənim

təklifimi rədd etməməliydiniz.

M u x t a r b ə y. Necə?

M e h r ə l i b ə y. Düşmənə hücumu  qəflətən,  onun  gözləmədiyi  bir  vaxtda

etməli.  Biz  bunun əksinə eməl  etdik.  Düşmənə xəbər verdik  ki,  hazır  ol,  üstünə

gəlirik.


H e y d ə r b ə y. Biz elə cavab yazmamışıq.

M e h r ə l i b ə y. Mənası elə çıxdı.

S ə l i m b ə y. Sizin fikriniz möhlət istəmək idi. Ondan da vaz keçdiniz.

M e h r ə l i b ə y. Doğru,çünki bu gün hücum edəcəyimizi bilmirdim.

M u x t a r b ə y. Bilsəydin nə təklif edərdin?



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə