Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

Milli Kitabxana

98

olmaq  istəyirəm.  Deyirlər  Amerikada  adamlar  çox  tez  pullanır.  Sənin  jurnalın  da



dünyanın  hər  yerinə gedir.  Qoy  amerikalılar  oxuyub  mənim  pişvazıma  çıxsınlar.

Onda  işim  xod  olar.  Bir  az  müddətdən  sonra  eşidərsən  ki,  Məşədi  Məhəmmədəli

Amerikada milyonçu olubdur.

P i n ə ç i

Q a f a r.  Amerikaya  gedəndə mənə yazmışdı  ki,  səni  Molla

Nəsrəddin əmiyə tapşırmışam  ki,  Ağa  Şirəli kirayə üstə incitsə onu  jurnalında

hədələsin.

M o l l a N ə s r ə d d i n. Doğru deyirsən, gedəndə tapşırmışdı. İndi de görüm,

tapmışammı? Məşədi Məhəmmədəli Amerikada kommunxoz olubdur, sənə də pul

göndəribdir.

Gülüşürlər.

M i r z ə F ə r ə c. A Molla əmi, indi tap görüm məni bu bəlaya salan tovariş

Narkompros kimdir?

M o l l a N ə s r ə d d i n. Zənnimcə Bakıda "Tovariş Narkompros" adında bir

əcnəbi  şirkət əmələ gəlibdir.  Savadsız  adamlara  məktublar  yazıb  ciblərini  pul  ilə

doldururlar. Sən yazığın da çörəyini kəsirlər.

M i r z ə F ə r ə c. Molla əmi, bəli, doğrudur. Mən zavallının çörəyin kəsən o

evi  bərbad  olmuş  Narkomprosdur.  Lakin  o,  şirkət  deyil,  məktəblərə baxan  böyük

müdirdir.

M o l l a N ə s r ə d d i n. Hə, başa düşdüm. Görünür o Narkompros Bakıda

savad  fabriki  açıbdır.  Məmməd  Cəfərləri,  tükəzbanları  orada  oxudub  savadlı  edir

və sənin  də çörəyinə bais  olur.  Yaxşı iş  deyil!  İranda  da  bir  zaman  istədilər

dəmiryol  salsınlar.  Müctəhid  ağa  mane  oldu  ki,  o,  şeytan əməlidir.  İslam övladı

gərək  bu  fani  dünyada  zillət, əziyyət,  məşəqqət  çəksin.  Ta  ki,  axirətdə huri,

qılmanlara nail olsunlar.

P i n ə ç i Q a f a r. Molla əmi,  kommunxoz  bilirmisən  nədir?  Belə irəlidə

şəhərlərdə dum olardı. Yadındadırmı?

M o l l a N ə s r ə d d i n. Yaxşı  yadımdadır.  Xozeyinlər  yığıncağı.  Onlara

qlasni deyərdilər. Başda durana da qalava.

P i n ə ç i Q a f a r. Odu, odu, indi o dum işinə kommunxoz baxır.

M o l l a N ə s r ə d d i n. Qafar, yaxşı yadıma saldın. Buraya gəlincə küçələrdə

igirmi  iki  dəfə səcdəyə getmişəm.  Oylə ayaq  atmışam,  başmağım  çuxura  düşüb

yıxılmışam.  Onun  qulluğuna  getməliyəm. Öz  aramızdır,  deyəsən,  bu  kommunxoz

da köhnə xozeyinlər kimi işə kəm baxır.




Milli Kitabxana

99

P i n ə ç i Q a f a r. Molla əmi, o kommunxozun dövlətindən Bakıda gön-zad



tapılmayır. Ayaqqabı da o qədər bahadır ki, yaxına düşmək olmayır. Onun üçün də

mən  Pinəçi  Qafarın  işi  xoddur.  Başım  nə ağradım,  hər  çustun  yamağına  yüz

mindən az almıram.

M o l l a N ə s r ə d d i n. Hə, indi başa düşdüm ki, sən nə ücün kommunxoz

iddəa edirsən, Mirzə Fərəc de narkomprosa qarğış.

M i r z ə F ə r ə c. Molla əmi, burada mənim çörəyim kəsildi. Vətənə getmək

istəyirəm. Nə məsləhət görürsən?

M o l l a N ə s r ə d d i n. Məbadə oylə fikrə düşəsən. Hər kəs Azərbaycandan

İrana qədəm qoyur - bolşeviksən deyə dara çəkirlər. Amma bolşeviklər də yaman

adamlardır.  İran  nədir,  Turan  nədir - hələ desən  Hindustana  gedib  çıxacaqlar.  A

balam,  bircə deyin  görüm,  bu  kommunxoz,  narkompros - nə dilidir  ki,  sizlər

danışırsınız? Mən bu qarğa dilini necə öyrənim? Mən gedən vaxtı burada belə dil

yox  idi.  O  zaman  bizim  abrazovanın cavanlarımız  belə danışardılar:  Mən  sizi

səvsəm  panimat  etmirəm.  Mollalar  da  deyərdilər; - Şəcəri-ənacirin  zilli-təhtində

istirahət  üçün  nüzul  etdikdən  fərəsi-müənnəsin  qürbi-fəmindən  liçam  münqəte

olmuş anı buldunmu?

Gülüşürlər.

P i n ə ç i Q a f a r. Molla əmi, bu bolşevik dilidir, gərək öyrənəsən,  yoxsa,

köhnə dil ilə danışarsan, səni başa düşməzlər, tutub çekaya salarlar.

M o l l a N ə s r ə d d i n. A Qafar, çeka nə deməkdir?

P i n ə ç i Q a f a r. Orada müqəssirlərin işinə baxırlar.

M o l l a N ə s r ə d d i n. Demək, əski zamanın okrujnoy sudu.

M i r z ə F ə r ə c. Yox, çeka ondan çox-çox böyükdür.

P i n ə ç i Q a f a r. Molla əmi, bu axşam mənə qonaq gələrsən. Özüm də səhər

tezdən  yağlı ət  alıb  Şahsənəmə göndərmişəm  ki,  piti  qoysun.  Şahsənəmin  də

səliqəsin görmüsən. Sənə bir ləzzətli piti verəcəyəm, yanında sumax, təzə qatıq, ağ

kağız  kimi  lavaşa,  Cərco qovunu,  Bakı  üzümü.  İçəri  vuraq.  Mən  də sənə bu  təzə

bolşevik dilini öyrədim. Molla əmi gəlir?

M o l l a N ə s r ə d d i n. Şahsənəmin pitisindən keçmək olmaz. Gəlir... Mən

de durum Quba meydanını yoxlayım, görüm əski dostlarımın halı necədir? İşlərim

çoxdur.  Gərək  cəmi  idarələri  gəzəm,  Haqq-hesablarına  baxam.  Görüm  bunlar  nə

cür iş aparırlar? (Qalxır.)




Milli Kitabxana

100


P i n ə ç i Q a f a r. Yaxşı,  get,  amma  Molla əmi,  ehtiyatlı  ol.  Düşmənlərin

çoxdur, sabiq ağaların çoxunu Quba meydanında tapacaqsan. Məndən sənə əmanət,

müsəlman ilə danışanda "yoldaş" de, urus itə "tovariş".

M o l l a N ə s r ə d d i n. A Qafar,birdən yanılıb urusa yoldaş desəm  mənə

acığı tutmaz ki?

P i n ə ç i Q a f a r. Bolşevik olsa, acığı tutmaz. Həqiqi urus olsa, cəmdəginə

kopuyacaqdır: Kakoy çort ya tebe yoldaş?

M o l l a N ə s r ə d d i n. Qafar, yəni o həqiqilərdən genə də var?

P i n ə ç i Q a f a r. Molla əmi, nə qədər istəsən.

M o l l a N ə s r ə d d i n. Görünür, onlarla bolşeviklər bacara bilməyirlər. Hələ

ki, xudahafiz.

P i n ə ç i Q a f a r. Molla əmi, bir dayan, yaxşı yadıma düşdü. Kişi, başbiletin

varmı?

M o l l a N ə s r ə d d i n. Xeyr, Qafar, yoxdur. İrandan bu gün gəlmişəm. Hələ



başbilet çıxartmamışam.

Q a f a r. Bəs hara düşmüsən?

M o l l a N ə s r ə d d i n. Təbriz mehmanxanasına.

Q  a  f  a  r.  Molla əmi,  ehtiyat  üçün  mənim  udastaverenimi  götür,  adresim  də

orada var. Bir iş olsa, məni o adres ilə çağırtdır. (Kağızı verir.)

M o l l a N ə s r ə d d i n. A Qafar, bu baş biletdir, nədir?

P i n ə ç i Q a f a r. Bəli, başbiletdir, adına udastaverenni deyirlər.

M o l l a N ə s r ə d d i n. Qafar, görünür, bolşeviklər də başbiletdən əl çəkə

bilməyirlər, ancaq adını dəyişdiriblər. Mən getdim. (Gedir.)

Pərdə

İKİNCİ ŞƏKİL

Səhnə Quba meydanının  bir  guşəsini  göstərir.  Vəli bəy qovurulmuş  şabalıd,

Ağa Şirəli qovurma, Ağa Saleh də halva satırlar.

A ğ a S a l e h. Halvası, halvası! Slatki halvası! Nastayaşi malmalat!

V ə l i b ə y. Jrinni kaştan! Kaştan!

A ğ a Ş i r ə l i. Qavurma, qavurma! Yağlı qavurma!

A ğ a S a l e h. Şirəli, malıyın əsil adını desənə?

A ğ a Ş i r ə l i. Ay onun adı batsın! Qavurma, qavurma! Adı yaman, özü dadlı!



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə