Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə122/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   118   119   120   121   122   123   124   125   ...   140

Bunu  deyib  Hüsniyyə  bayıra  çıxdı  və  bir  azdan  sonra  Y usif başqa  qaraçılarla 

bərabər içəri  girdi.  Qaraçılar Yasəmənə ürək verirdilər.  Yasəmən dedi:

Yox,  əzizlərim,  m ən  ölürəm...  Yusif,  əlini  mənə  ver...  Vəsiyyətimə  qulaq 

as...  Əmələ  gətirməyə  söz ver...

Bir az dayanıb yenə təzədən başladı:

Yusif,  budur dörd ildir ki,  sənə  arvadam.  Bu vaxta kimi  səndən döyüşdən, 

söyüşdən başqa bir  şey  görmədim.  Cavan  ömrümü  çürütdün...  M ənə  min  cür zülm 

və  cəfa  etdin,  bunlarm  hamısmı  bağışlayıram.  Ancaq  son  mənə  söz  ver ki,  bundan 

sonra Qaraca qızla mehriban rəftar edib onu incitməyəcəksən...

Yasəmən səsini kəsdi,  çadırda bir müddət sakitlik oldu.  Sonra Yusif dedi: 

Yoldaşlarımm qarşısmda vəsiyyətini əmələ  getirməyə  söz verirəm.

Yasəmənin üzündə  şadlıq zühur etdi və Hüsniyyəyə dedi:

Bacım,  Qaraca  qızı  sənə  tapşırıram.  Ondan  muğayat  ol.  Ah,  gözlərimə 

qaranlıq  çökür...  Məni  boğurlar...  Yusif...  Hüsniyyə...  Qaraca  qız...  -   deyə 

Yasəmən sayıqlaya-sayıqlaya vəfat etdi.

*  *  *


Yasəmənin  vəfatmdan  sonra  Y usif  bir  müddət  verdiyi  əhdə  vəfa  etdi;  lakin 

sonralar  təbiətində  olan  pis  sifətləri  yenə  aşkar  olmağa  başlandı.  Hüsniyyə 

bacardığı  qədər Qaraca  qızı  Yusifin zülmündən mühafizə  edirdi.  Ancaq iş orasmda 

idi ki,  Y usif Yasəmənin vəfatmdan  sonra  Qaraca  qızla pul  qazanmaq üçün hər  gün 

səhər  mənzildən  çıxıb  bır  də  axşam  qayıdırdı.  Hüsniyyə  zavallı  yetim in  üzünə 

baxdıqda  sualsız  da  anlayırdı  ki,  o  biçarə,  Yusifdən  nə  qədər  zülm  və  əziyyətlər 

çəkir.

Axır  vaxtlar  Y usif  bir  pis  əmələ  də  mürtəkib  olmuşdur:  belə  ki,  əlinə  düşən 



pulu içkiyə verib tez-tez məst oturdu.

Yusifin belə vaxtlarmda Qaraca qızm günü daha da qara olurdu.

Bir  dəfə  Yusif  və  Qaraca  qız  yol  ilə  gedirdilər.  Bunlar  bir  dəstə  atlı  cavan 

oğlanlara  rast  gəldilər.  Bu  cavanlar  şəhərə  toya  gedirdilər.  Onlar  Yusifgilə  təklif 

etdilər  ki,  bir  az  çalıb  oxusunlar.  Y usif razı  oldu.  Qaraca  qızm  oxuyub  oynamağı 

cavanlara xoş  gəldi.  Onlar bir-birinin bəhsinə  Qaraca  qızm  qavalım  ağ  və  qara pul 

ilə doldurdular.



Sağ ol,  çox yaşa,  Qaraca qız,  - deyə cavanlar atlarım  sürdülər.

Yusif sevincək Qaraca qızdan pulları  alıb cibinə tökdü və dedi:

Gəl,  qızım,  sən ayı ilə o kolluqda otur,  dincini  al,  mən də  gedim o  görünən 

kənddən çörək və  sənin üçün də fmdıq, kişmiş  alım.

Bu  sözdən  Qaraca  qız  əsla  şad  olmadı,  çünki  bilirdi  ki,  oraya  içməyə  gedir. 

Amma bununla belə bir söz demədi.

Onlar yoldan  kənara  çıxıb  kolluğa tərəf üz  qoydular.  Yusif bir böyük kol  seçib 

ayını oraya bağladı və  Qaraca qıza dedi:

Ağıllı  qızım, burada otur, bu saat gələcəyəm.

Yusif  getdi.  Qaraca  qız  da  kölgədə  uzandı  və  bir  azdan  sonra  şirin  yuxuya 

getdi.  Ayı  bir müddət  sakit uzandı.  Sonra  durub  zəncirini  dartmağa  başladı.  Kolun 

budağı  aymm  gücünə  davam  etməyib  qopdu.  Ayı  özünü  asudə  görüb  bir  müddət 

kolluqda gəzdi,  sonra üzünü meşəyə tərəf tutub  getdi.

Yusif  iki  saatdan  çox  idi  ki,  kəndə  getmişdi.  Qaraca  qız  yuxudan  hələ 

oyanmamışdı.  Axırda  Yusif  sərxoş  halda,  o  tərəf-bu  tərəfə  yırğalana-yırğalana 

gəlib  çıxdı.  Qaraca  qızı  yatmış  görüb  və  ayını  bağladığı  yerdə  tapmayıb,  ayağı  ilə 

qızı elə bərk vurdu ki, biçarə dik atıldı.

De  görüm,  ayı hanı? M ürtəd  qızı mürtəd.

Qaraca qızm qorxudan dili tutulub cavab verə bilmədi.

Hələ dayan,  qoy  aymı tapım,  sənin paymı  sonra verəcəyəm.

Yusif  kola  diqqətlə  baxıb  gördü  ki,  ayını  bağladığı  budaq  qopub  və  özü  də 

yoxdur.  Bundan  anladı  ki,  aymı  oğurlamamışlar,  özü  kolu  qoparıb  meşəyə 

qaçmışdır.

Düş qabağıma,  ayı meşəyə  qaçmışdır,  gedək tapaq.

Qaraca  qız  titrəyə-titrəyə  yola  düşdü.  Y usif yol  uzunu  gah  Qaraca  qızı  söyüb 

qorxudurdu,  gah  da  öz-özünə  danışırdı.  Onlar  meşəni  xeyli  dolandılar,  amma 

ayıdan bir əsər görmədilər.  Birdən Qaraca qızm qulağma ayınm bağırtısı  geldi. 

Eşidirsənmi,  əmi, bu tərəfdən ayınm bağırtısı  gəlir.

Heç zad eşitmirəm, yalan deyirsən.

Bax, bax, yenə bağırır.

Bu dəfə  Yusifin özü də eşitdi:

Doğru deyirsən, bağıran ayıdır.

Hər  ikisi  səs  gələn  tərəfə  üz  qoydular.  Ancaq  səs  meşəyə  düşdüyünə  görə 

ayınm  yeri  yaxm   görünürdü,  amma  həqiqətdə  xeyli  uzaq  idi.  Axırda  gəlib  aymı 

tapdılar.  Ayı zənciriylə  ağaca dolaşıb dartmır və



bağırırdı.  Yusif ona  çatan  kimi  hirsindən  və  acığmdan  aymı  azad  etmədən  əvvəl, 

əlindəki  ağac  ilə  onu döyməyə başladı.  Aymm bağırtısı meşəni başma götürmüşdü. 

Axırda  ayı  dartmıb  xaltanı  başmdan  çıxartdı  və  ildırım  kimi  özünü  Yusifm  üstünə 

atdı.  B ir  dəqiqə  keçmədi  ki,  qızmış  ayı  sahibini  parçaladı.  Qaraca  qız  bunu 

gördükdə  dəhşətli  bir  hal  ilə  qaçmağa  başladı.  Ancaq  qorxudan  özünü  itirib,  yol 

əvəzinə  meşənin ortasma tərəf qaçdı.  B ir azdan  sonra  ayı  Yusifin meyidini buraxıb 

Qaraca  qızm  dalınca  düşdü.  Bunu  gördükdə  zavallı  qızm  bədəninə  titrəmə  düşdü 

və  var  gücü  ilə  qaçmağa başladı.  (Getdikcə  ayı  Qaraca  qıza yaxmlaşırdı.  Bu  halda 

Qaraca  qızm  qabağma  bir  uçurum  dərə  çıxdı.  Qaraca  qız  dərədən  endikdə  ayı 

özünü  ona  çatdırdı.  Ancaq  ayı  enişi  aşağı  qaça  bilmədiyindən  dərənin  içinə 

yumbalandı.  Qaraca  qız  fürsət  tapıb  özünü  dərənin  döşündəki  mağaraya  saldı.  Bu 

mağaranm  ağzı  enli  idi,  amma  içəri  getdikcə  daralırdı.  Ayı  dərənin  dibinə  kimi 

yumbalandı.  Sonra ayağa  qalxıb,  üzüyuxarı  dırmaşmağa başladı.  Bəllidir ki,  aymm 

dal  ayaqları  qısa  olduğu  üçün  enişi  pis  enir,  yoxuşu  isə  asan  dırmaşa  bilir.  Ayı 

axtarıb  mağaranı  taparaq  içəriyə  soxuldu.  Qaraca  qız  sürünə-sürünə  özünü 

mağaranm  dar yerinə  yetirdi.  Ayı  isə  dar yerə  soxula  bilmədi.  B ir  az  donquldanıb 

mağaranm  ağzmda  yatdı.  Qaraca  qız  tərpənməyə  də  qorxurdu.  Ancaq  onun 

qorxusu  nahaq  idi,  çünki  indi  ayınm  hirsi  yatmışdı,  ona  dəyməzdi  və  bəlkə  də, 

onun orada olmasma  şad olardı.

İki  saatdan  artıq idi ki,  Qaraca qız mağaranm içində uzanıb  qalmışdı.  Biçarə  qız 

ayınm  qorxusundan  özünü  mağaranm  deşiyinə  elə  pərçim  etmişdi  ki,  tərpənməyə 

də imkanı yox idi.  Bir tərəfdən mağaranm içindəki havanm  azlığı,  digər tərəfdən də 

ayınm  vahiməsi  yazıq  qızı  bihuşluq  halma  salmışdı.  Ayı  isə  fısıldaya-fısıldaya 

yatmışdı.  Birdən  ayı  oyanıb  donquldanmağa  başladı.  Bu  halda  Qaraca  qızm 

qulağma çoxlu it  səsi  gəldi.  Ayınm da donqultusu  artdı.  Çox çəkmədi ki,  itlər hürə- 

hürə  mağaranm  ağzmı  aldılar,  ancaq  cürət  edib  içəri  girə  bilmədilər.  B ir  azdan 

sonra  at  üstündə  ovçular  qışqıra-qışqıra  gəlib  çıxdılar.  Bunlar  mağaranm  içindən 

ayınm  nəriltisini  eşidib,  tüfənglərini  hazırladılar  və  itləri  içəri  qısqırtdılar.  İtlərin 

bir neçəsi cürətlənib mağaranm içərisinə  soxuldu.  Ancaq



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə