çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi
yaralanmışdı. Bu halda ovçular bayırdan:
Axtar bas, Xalı bas, Gümüş bas, - deyə qısqırtdılar. İtlər cürətlənib yenə
özlərini içəri soxdular və ayı ilə tutaşdılar. Ayı bir müddət onlar ilə boğuşandan
sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı.
Bunlarm zərbindən biçarə ayı boğanaqdan yıxılan ağac kimi, yerə sərildi.
Ovçularm biri:
Afərin, mənim gülləm.
Xeyr, Hüseynqulu ağa, səhv edirsən, aymı öldürən mənim gülləmdir.
Bağışla, Səlim bəy, m ən aymı başmdan atmışam, yəqin ki, onu yıxan
mənim gülləmdir.
Səbir edin, əzizlərim. Bu saat məlum olar, - bunu deyib, əvvəlki adam
atdan düşdü və nökərlərin köməyilə ayınm cəmdəyini o yan-bu yana çevirib
diqqətlə baxmağa başladı:
Əzizlərim, heç bəhs etməyin, üçümüzün də gülləsi ayıya dəymişdir. Sonra
üzünü nokərlərinə tərəf tutub dedi:
Cəld aymm dərisini soyun, Rəhim bəy, sənə demədimmi ki, ayısız bu
ovdan qayıtmayacağam. Elə öz meşəni tərif edib məni məsxərə edirdin ki, sizin
meşənizdə dovşan da tapılmaz. Bəs bu nədir?
Bu halda Rəhim bəy ayıya diqqət ilə baxıb dedi:
Yenə də, Hüseynqulu ağa, öz fikrimdə möhkəm durmuşam. Bu ayı meşə
ayısı deyil. Əldə bəslənmiş ayıdır.
Elə iş ola bilməz. Onu haradan bildin?
Budur, bax, aymm boyun tüklərini zəncir aparmışdır. Səlim bəy, doğrumu
deyirəm?
Səlim bəy baxıb Rəhim bəyin sözünü təsdiq etdi. Bundan sonra bəylər qaqqıltı
ilə gülməyə başladılar. Hüsenqulu ağa əvvəl dostlarmdan sözünü zarafat hesab
etdi, amma sonra özü də diqqət ilə baxdıqda şəkkə düşdü. Bu halda ov tulalarma
qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə
içəridə hürüşmə başlandı. Bunu gördükdə Hüseynqulu ağa dedi:
Deyəsən, mağarada yenə ayı var.
Bəylər tüfənglərini hazırlayıb mağaranm ağzmı kəsdilər. Bu zaman qara köpək
Qaraca qızm ayağmdan tutub itlərin arasmdan sürüyə-sürüyə mağaradan bayıra
çıxartdı. Bəylər bunu gördükdə təəccüb edib heyrətdə qaldılar. Qara köpək Qaraca
qızı buraxdı, amma o, hərəkətsiz
qalıb ayağa qalxmadı. Bəylər Qaraca qızm üstünü aldılar. O, zəif bir hal ilə
gözlərini açdı; lakin harada olduğunu anlamadı. Hüsenqulu ağa ondan soruşdu:
Qız, sən kimsən? Bu mağarada nə qayınrdm?
Qaraca qız cavab vermədi. Rəhim bəy dedi:
Hüsenqulu ağa, gormürsənmi ki, qız hələ lazımmca özünə gəlməmişdir.
Nə sual edirsən. M ən əhvalatı onsuz da anlayıram. Qızm sifətindən və libasmdan
qaraçı qızı olduğunu duymursanmı? Bu ov etdiyimiz ayı da əldə bəslənmiş qaraçı
ayısıdır. Ancaq sahibi harada qalmış, burası mənim üçün aşkar deyildir.
Səlim bəy qıza diqqətlə baxıb dedi:
Hə, bu qızı m ən görmüşəm. M əşhur oxuyan və oynayan Qaraca qızdır,
sahibi də qaraçı Yusifdir. Üç ay bundan qabaq ona nə qədər pul və xələt vəd
etdimsə də, bu qızı mənə satmadı, indi yaxşı əlimə düşübdür. Siz öləsiniz gündə
qonaqlıq edib sizə böyük kef verəcəyəm.
Hüseynqulu ağa bunu eşitdikdə dedi:
Demək, o kefi mən verə bilmərəm? Əslinə baxsan, qız mənə çatar, çünki
mənim köpəyim tapmışdır.
Bəylərin arasmda bəhs düşdü. Səlim bəy dedi:
Hüseynqulu ağa, özün yaxşıca bilirsən ki, arvadm Pəricahan xanım qaraçı
qızmı evinə qoymaz, nə üçün bəhs edirsən?
Nə üçün qoymur? Ev sahibi odur, yoxsa mən? Bundan əlavə qızı Piri
kişiyə verəcəyəm ki, o saxlasin.
Bəylər buna razı oldular. Hüseynqulu ağa qızı nökərlərinə tapşırdı. Bəylər yenə
ov etməyə başladılar, lakin dörd saata qədər meşəni dolanıb bir tülkü və üç
dovşandan başqa əllərinə bir ov keçirə bilmədilər. Ona görə ovu tərk edib yola
düşdülər.
Qaraca qız özünə gəlib yol uzunu başıa gələn əhvalatı alayarımçıq nağıl etdi.
Hüseynqulu ağa onun atasız yetim olduğunu eşidib dedi:
Çox gözəl oldu, indü heç kəs qızı məndən ala bilməz.
* * *
Axşam vaxtı Hüseynqulu ağa öz dostları Rəhim bəy və Səlim bəy ilə bərabər
evlərinə gəldilər. İtlərin hürməyi, ovçularm səsləri, nökər və mehtərlərin qışqırığı
bir-birinə qarışmışdı. Ağca xanım bu səs-
küyə mürəbbiyəsindən izinsiz bayıra çıxdı. Kənarda durmuş Qaraca qızı görüb ona
yaxmlaşdı. Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə salıb bir müddət
diqqətlə baxışdılar. Bu iki uşağm arasmda böyük fərq vardı: Birinin ata-anası
bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir işdə özgəyə möhtac
olduğu halda, o biri polad kimi sağlam bədənli, az yaşm da çox görümş, öz
zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı sanki özgələri köməyə, o birinin
nəzəri isə hammı qovğaya çağırırdı.
Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini
sıxdı. Ağca xanım bu sıxmağa davam etməyib qışqırdı, sonra güldü.
Bir az çəkmədi ki, şirin söhbətə başladılar. Bu vaxt Hüseynqulu ağa Qaraca qızı
unudub otaqda bəylər ilə ov bəhsinə girişmişdi. Ağca xanım ilə Qaraca qızm
söhbəti çox çəkmədi. Pəricahan xanım otağmdan həyətə endi və qızmı Qaraca qız
ilə söhbət edən görüb çox bərk acıqlandı və mürəbbiyəsini çağırıb dedi:
Nə üçün öz vəzifənizi unudursunuz, xanım? Baxm, tərbiyə verdiyiniz qız
kiminlə dostluq etmişdir. Otağma aparm. Bu gecə şamsız qalacaqdır.
Mürəbbiyə, gözü yaşlı Ağca xanımm əlindən tutub otağma apardı. Qaraca qıza
da Pəricahan xanım - dalımca gəl, qaraçı qızı, - deyib Hüseynqulu ağanm otağma
apardı və rişxənd ilə dedi:
Bu şahzadə qızım haradan tapıb gətirmisən. Qızm ilə tanış olub çox şirin
söhbət edirdilər.
Hüseynqulu ağa əhvalatı ona nağıl edib dedi:
Pəricahan, qızma yazığm gəlsin, gör yoldaşsızlıq, onu nə hala salmışdır.
Qoy bu qız ilə oynasm, atlansm, qol-qanadı açılsm, bədəni bərkisin, kefi açılsm.
Bu qız qaraçı qızı deyildir və olsa da nə eybi vardır.
Xanımm yanm da qaravaşı olm azm ı?! Mürəbbiyəsi yanm da olacaqdır.
Bir pis iş edərlərsə, tərbiyə edib qoymaz.
Bu sözlər Pəricahan xanıma əsla təsir etmədi:
Sən mənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İndi nə
üçün sözündə davam etmirsən? Bu qız buradan gedəsidir, artıq söz lazım deyil.
Xeyr, bu qız burada qalasıdır, - deyə Hüseynqulu səsini ucaltdı.
Sənə deyirəm, bu qız bu saat buradan gedəsidir. Yoxsa, mən burada
qalmaram, - deyə Pəricahan xanım qəzəbləndi.
Dostları ilə paylaş: |