Nə etməli, səni mənimlə oynamağa qoymurlar.
O qucağmdakı nədir, - deyə Ağca xanım soruşdu. Qaraca qız xallı pişiyi
ona göstərib dedi:
Bu pişik balasmı bu sabah bağdan tapmışam.
Ah, nə gözəl pişikdir, - deyə Ağca xanım köksünü ötürdü.
İstəyirsən, sənə bağışlayım.
Çox yaxşı, gətir bu deşikdən ver.
Oraya nə tövr gəlim, qapıdan gəlsəm, məni görərlər və qoymazlar.
Gör çəpərdən keçə bilərsənmi?
Yaxşı, görüm keçə bilərəmmi, - deyə Qaraca qız ağacdan düşüb çəpərdən
keçməyə yol axtarmağa başladı. Gəzərkən çəpərin altmdan su arxınm yolunu
gördü, bu deşikdən Qaraca qız xeyli çətinliklə evin dal həyətinə çrxdı. Sonra
gizlincə gəlib pəncərənin qabağma çıxdı. Ağca xanım sevinə-sevinə dedi:
Haradan keçdin?
Su arxınm deşiyindən. Al, gör nə yaxşı pişikdir.
Ağca xamm pişiyi alıb bağrm a basdı. Qaraca qız deşikdən içəri baxıb dedi:
Nə gözəl otaqdır, nə çox yaraq asılmışdır.
Ağca xanım dedi:
M ən buranı sevmirəm, özüm də qorxuram. Pəncərəni aça bilsəydim sən də
gələrdin, burada söhbət edərdik. Ancaq onu yuxarı qaldırmaq lazımdır. M ənim də
gücüm çatmır. Qoy görüm, M ariya İvanovna qapmı daldan bağlamış ya yox. Bunu
deyib Ağca qapmı çəkdi, qapı açıldı.
Ah nə yaxşı oldu, tez ol gəl.
Qaraca qız ətrafma baxa-baxa cəld içəri girdi. H ər ikisi sevinərək bir-birini
qucaqladı. Sonra da şirin söhbət etməyə başladılar.
Bu vaxt M ariya İvanovnanm oxuduğu kitab xeyli maraqlı olduğundan başı
qarışıb, Ağca xanımı bir saat əvəzinə iki saat dustaq etdiyindən xəbəri yox idi.
Lakin bu unudulmağa Ağca xanım çox şad idi. O, Qaraca qızı vaxtmda qaçırmaq
üçün tez-tez qapıya çıxıb baxırdı ki, görsün mürəbbiyəsi gəlirmi. B ir dəfə də
çıxanda anasmı yanm da hazır gördü. Bu ittifaqdan Ağca xanımm rəngi qaçıb
bədəninə titrətmə düşdü. Özünü elı itirmişdi ki, anasmm sualma cavab verə
bilmirdi.
Pəricahan xanım Baba otağmı açıq görüb fikir etdi ki, Hüseynqulu ağa içəridə
olar, bu qəsd ilə oraya girmək istədikdə Ağca xanım lap özünü itirib onun qabağmı
kəsdi:
Ana, buraya girmə, girmə, - deyə özü də ağlamağa başladı.
Pəricahan təəccüblü ikən M ariya İvanovna gəlib çıxdı və ondan qızmm dustaq
olmağmı bildi. Pəricahan xanım, mürəbbiyə və onlarm arxasmca Ağca xanım otağa
girdilər. Pəricahan xanım pişiyi görüb soruşdu:
Bundan ötrümü qorxdun? Nə gözəl pişikdir, bunu saxlamağa sənə izin
verirəm.
Ağca xanım Qaraca qızı içəridə görməyib bir qədər ürəkləndi, Qaraca qız isə
divanm altma girib gizlənmişdi. H ər üçü otaqdan çıxıb qapmı bağladılar və nahar
yeməyinə getdilər. Qaraca qız qapısı bağlı evdə qaldı.
Xanımlar gedəndən sonra Qaraca qız cəld divanm altmdan çıxıb qapıya
yüyürdü ki, bir kəs gəlməmiş buradan getsin. Lakin qapmı daldan cəftələnmiş
görüb məyus qaldı. Sonra pəncərəni çəkmək fikrinə düşdü, amma nə qədər
çalışdısa, bir şey bacarmadı, çünki pəncərənin yuxarıdan iki nazik dəm ir mil ilə
bağlı olduğunu anlamayıb, ancaq var gücü ilə yuxarı qaldırırdı. Xeyli çalışdıqdan
sonra Qaraca qız ümidsiz divanm üstündə oturdu. O, xeyli təşvişdə idi, çünki
bilirdi ki, bu sirrin üsrü acılsa, Pəricahan xanım onu buradan qovub, qızma da
böyük tənbeh edəcəkdir. Bir az oturandan sonra Qaraca qız yenə pəncərəni çəkmək
fikrinə düşdü, bu səfər diqqət yetirdikdə, nəzəri dəm ir millərə sataşdı, dərhal qalxıb
onları çıxartdı və sonra pəncərəni çəkməyə başladı. Pəncərə hərçənd ağır idi, amma
Qaraca qız da qü w ətli idi. O, pəncərəni qaldırıb altmdan cəftə ilə bənd elədi. Sonra
pəncərədən çıxıb qapmı açdı. Pəncərəni saldı, bayıra çıxıb qapmı bağladı, gəldiyi
deşikdən bağa girib komalarma getdi.
Bu vaxt Ağca xanım Qaraca qız barəsində artıq dərəcədə iztirabda idi.
Boğazmdan əsla çörək getmirdi, fikri müdam Qaraca qızm yanm da idi. Hətta
qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib yenə Baba otağma salarlar,
lakin bu hiylə onu muradma çatdırmadı; çünki Pəricahan xanım qızmm rəngi
qaçdığmı görüb təşvişə düşdü:
Qorxma, qızım, eybi yoxdur, xörəyi süfrəyə qəsdən dağıtmadm ki, özü
töküldü. Yoxsa, qızım, azarlısan?
Bunu deyib Pəricahan xanım əlini qızınm alnma qoydu:
Doğrudan da qızdırman var. Bir az şorba iç, sonra yatacaqsan.
Daha bu gün heç yerə çıxmayacaqsan.
Bu əhvalatdan Ağca xanım daha da artıq təşvişə düşüb dedi:
Yox, ana, m ən azarlı deyiləm. M əni yatacaq otağma göndərmə.
Hüseynqulu ağa üzünü arvadma tərəf tutub dedi:
İndi sapsağ qızı azarlı edəcəksən.
Rica edirəm, mənim tərbiyə verməyimə qarışmayasan.
Nə üçün, mən ata deyiləm?
Atasan, ancaq nadansan. Nadan atadan qız nə tərbiyə götürə bilər?
Hüseynqulu ağa cəld yerindən qalxıb acıqlı-acıqlı yum ruğunu masaya elə bərk
vurdu ki, boşqablar bir-birinə dəydi:
Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm... - Bunu deyib
Hüseynqulu ağa qabağmdakı boşqabı götürüb yerə çaxdı və hirsli, yemək
otağmdan çıxdı.
Get, piyan soldat, - deyə Pəricahan xanım bağırdı.
Bu hadisədən yazıq Ağca xanım titrəyərək göz yaşı tökməyə başladı. Pəricahan
xanım mürəbbiyəyə dedi:
Bu qızı otağma apar, soyundurub rahat et. Sonra geyin, bəzi şeylər almaq
üçün şəhərə gedəcəyik.
Dayə Ağca xanımla getdilər. Pəricahan xanım da öz otağma getdi.
Bir azdan sonra Pəricahan xanım mürəbbiyə ilə faytona minib yola düşdü.
Anası gedəndən sonra Ağca xanım bir müddət otaqda qalıb pəncərədən baxdı,
oradan dəmiryol stansiyası görünürdü. Vağzal Hüseynqulu ağanm mülkündə
tikilmişdi. Hərdənbir Ağca xanım öz mürəbbiyəsi ilə oraya gəzməyə gedərdi.
Birdən vaqon fit verdi.
Hə, anamgil getdi. Bir də axşam çağı gələcəklər, indi gedim Qaraca qızı
dustaqdan xilas edim. - Bunu deyib, Ağca xanım cəld geyindi və çıxıb Baba
otağma tərəf getdi. Oraya yetişdikdə gördü ki, otağm qapısı cəftəsizdir. Yavaşca
qapmı açıb içəri girdi. Gördü ki, atası divanm üstündə uzanıb sığara çəkir və ondan
başqa da içəridə kimsə yoxdur. Bu ittifaqə Ağca xanım həm şad oldu və həm də
təəccüb etdi. Bu vaxt atası onu gördü.
Dostları ilə paylaş: |