Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə28/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   24   25   26   27   28   29   30   31   ...   140

qoydunuz.  İndi  dindən,  m əzhəbdən  çıxıb  öz  vətənlərini,  ata-analarmı  atəşə  tutub 

qırırlar.  Dünyanm  axırıdır.  Üləm a  buyurmuşlar  ki,  vay  o  zamandan  ki,  aradan 

şəriət,  din,  böyük-kiçiklik,  ağa-nökərlik  götürülə.  Bax,  indi  həmin  zam andır  ki, 

gəlmişdir.

Ə m i r a s l a n   a ğ a .   M olla  Sadıq,  sən bizə nəsihət verməyəmi  gəlmisən?

M  o  11  a  S  a d  ı  q.  Xeyr,  Əmiraslan  ağa,  məni  əfv et,  ürəyim yanır,  onun üçün 

danışıram.  M ən arvad-uşağımı  götürüb  sizə pənah  gətirmişəm.

Ə m i r a s l a n   a ğ a .   Çox  xoş  gəlmişsən.  Gözüm  üstə  yerin  var.  Bu  gün 

mənimlə  bərabər  tüfəng  götürüb  o  dediyin  dinimizi,  şəriətimizi  düşməndən 

mühafizə edəcəksən.  Yoxsa, boş yerə nə vəz edirsən?

M e h r ə l i   b ə y .   Əmiraslan ağa düz buyurur.

M  o  11  a S  a d ı  q.  M ən ömrümdə əlimə  silah  almamışam.

H a c ı   İ m a m q u l u .   M ən də  arşmdan başqa əlimə heç zad götürməmişəm.

Ə m i r a s l a n   a ğ a .   İndi  götürərsiniz.

M   o  11  a  S  a  d  ı  q.  Başma  dönüm,  Əmiraslan  ağa,  məni  o  tək  balan  Cahangir 

ağanm  başma  çevir,  azad  et.  M ən  də  bu  yolda  ölənlərimizi  dəfn  edərəm  ki,  allah 

onlarm günahlarmdan keçsin.

H a c ı   İ m a m q u l u .   Məni  də  arvad-uşaqlarm keşiyini çəkməyə təyin et.

B u   h ald a  S əlim   bəy və H e y d ər bəy  daxil  olurlar.

Ə m i r a s l a n   a ğ a .   Səlimbəy, nə üçün qayıtdm ?..

S ə 1 i m  b  ə y.  H eydər bəy  qaytardı.

Ə m i r a s l a n   a ğ a .   Heydər bəy?  Nə üçün?..

H e y d ə r   b ə y .   M uxtar  bəyin  dəstəsi  qırmızılar  tərəfindən  əhatə  olunub 

təslimə məcbur olmuşdur.

Ə m i r a s l a n   a ğ a .   Ah,  nə fəna xəbər?!  Bəs M uxtar bəyin özü necə olubdur?

H e y d ə r   b ə y .   Bir  rəvayətə  görə  əsir  düşüb,  başqa  rəvayətə  görə  nökərləri 

onu  yaralı  halmda  Qayadibi  kəndinə  aparmışlar.  Xülasə,  onun  barəsində  heç  bir 

düz xəbər yoxdur.

Ə m i r a s l a n   a ğ a .   Uçurum dərəsini boşaltmamısan ki?

H e y d ə r   b ə y .   Xeyr,  lakin  qırmızılar  cəmi  qüvvəsini  Qayadibi  kəndinə 

atmış.  M ənim müqabilimdə heç kəs yoxdur.



Ə m i r a s l a n   a ğ a .   Ona  baxma,vaxt  ki,qırmızılar  Qayadibini  almaq 

fikrindədir,  Uçurum  dərəsinin  böyük  əhəmiyyəti  var.  İndi  sənin  qüvvəni  daha  da 

artırmaq lazımdır.  Uçurum dərəsini möhkəm saxlamağı  əmr edirəm.

H e y d ə r   b ə y .   Əmrini  bitirməyə  hazıram.  Uçurum  dərəsindən  özümü  atıb 

həlak edərəm, fəqət geriyə çəkilmərəm.

Ə m i r a s l a n   a ğ a .   Elə  də  lazımdır.  Daha  durmaq yeri  deyil.  M ehrəli  bəy, 

sən yaralısan burada  qal.  Arvad-uşaqları  "Laçm yuvası"na topla.  Səlim bəy,  biz  də 

Qayadibinin köməyinə  gedək.

Q alxırlar.  B u  h ald a C əfərq u lu  daxil  olur.

C ə f ə r q u l u .   Ağa,  Qayadibi kəndini bolşeviklər aldı.

Q orxurlar.

M  o  11  a  S  a d ı  q.  Buradan qaçmaq!  İndi buraya gələrlər.

H a c ı   İ m a m q u l u .   Durun,  arvad-uşaqları  götürüb  dağlara qaçaq.

Ə m i r a s l a n   a ğ a .   Sakit!  Qorxaq  yassarlar!  Cəfərqulu,  Qayadibi  çox 

möhkəm, yolları da sərt qayalıq,  onu necə  aldılar?  Yoxsa,  dönüklük olmuşdur?

C ə f ə r q u l u .   Xeyr,  ağa,  bizim kilər  çox  mərdanə  vuruşurdular,  ancaq  iki 

səbəb təslimə bais oldu.  Biri, kəndin qaya tərəfi tutulub  atəş açılması...

Ə m i r a s l a n   a ğ a .   Qoşuna  bələdçi  olmasa,  o  yolu  kimsə  bilməz.  Yəqin 

kəndçilərdən bir binamus çıxmışdır.

C ə f ə r q u l u .   Xeyr,  ağa,  elə  şəxs bizdən çıxmamış.

Ə m i r a s l a n   a ğ a .   Bəs kimdən çıxmış?

C ə f ə r q u l u .   Orduya yol  göstərən Hacmm oğlu bolşevik Həsən olmuşdur.

B  ə y  1 ə r.  Ay binam us!

M  o  11  a  S  a d ı  q.  Hacı,  gördünmü,  dediyim necə  düz  oldu?  Sənə  demədimmi, 

bu uşağı Rusiyaya  göndərmə?  Sözümə baxmadm.

H a c ı   İ m a m q u l u .   Ah,  oğlum  sağ imiş,  gəlib çıxdı.

M e h r ə l i   b ə y .   Elə biqeyrət oğul heç  gəlib çıxmayaydı.

Ə m i r a s l a n   a ğ a .   İkinci  səbəb?

C ə f ə r q u l u .   Ağa,  soruşma,  deməyə cürət etmirəm.

Ə m i r a s l a n   a ğ a .   Sənə əmr edirəm,  d e !




C ə f ə r q u l u .   İkinci  səbəb  qırmızılarm başmda duran şəxs...

Ə m i r a s l a n   a ğ a .   O kimdir?

C ə f ə r q u l u .   Cahangir ağa!

H a m ı.  Ah!

Ə m i r a s l a n   a ğ a   (əlini  xəncərin  dəstəsinə  qoyur  )  Sus!  Qorxudan 

gözlərinizə  qaranlıq  çöküb,  kimi  isə  mənim  oğluma  oxşatmışsmız.  M ənim 

nəslimdən Həsən kimi öz vətəninə xain çıxmaz.

Ə dil  bəy  və H adi  lələ  daxil  olurlar.

Ə  d  i  1  bəy.  Bu  partıltmı,  gurultunu  eşitmirsiniz?  Bu  nə  toplaşıb  söhbət 

etməkdir?

M e h r ə l i   b ə y .   Biz  sənin  kimi  millətə  xain  olub,  vətəni  satmamışıq.  Onun 

uğrunda canlar fəda etməyə yığışmışıq.

Ə  d i  1  b  ə y.  M ehrəli bəy,  bu yalançı  sözləri burax.  M ən  sizin əsil  məqsədinizi 

gözəlcəsinə  bilirəm.  Nə  üçün  "vətən,  millət"  deyə  bağıraraq,  bu məzlum kəndliləri 

qırdırırsmız?  Onlarm  çoxu  hələ  öz  mənfəətlərini  anlamamışlar,  onun  üçün  də 

qırmızılarla  müharibə  edirlər.  Fəqət  tezliklə  anlayacaqlar.  Onda  süngünü 

bolşeviklərə yox,  sizin  üzərinizə  çevirəcəklər.  Siz,  qəhrəman,  tac-taxtları  zəlzələyə 

salan  Qırmızı  Ordunun  müqabilindəmi  durmaq  istəyirsiniz?  Necə  oldu  kolçaqlar, 

yudeniçlər,  denikinlər?

Məni  bölük  komandiri  axınncı  dəfə  olaraq  sizin  yanm ıza  göndərmiş.  Qan 

tökülməmiş təslim olmağmızı tələb edir.

S  ə  1  i m  b  ə y.  Bizə  birinci  dəfədir ki,  təslim  təklif olunur.  Amma  siz  axırmcı 

dəfə olaraq,  deyirsiniz.

Ə d i  1 b ə y.  Birinci dəfə bu Hadi-lələ təslim əmrini  gətirmişdir.

Ə m i r a s l a n   a ğ a .   Elə təklif olmamış,  ola da bilməz.

Ə d i  1  b  ə y.  Pəricahan vasitəsi ilə, belədirmi, Hadi lələ?

H a d i  1 ə 1 ə.  Bəli.

Ə m i r a s l a n   a ğ a .   Pəricahan mənə bir şey  deməmişdir.

H a d i  1 ə 1 ə.  Xanım məktubu oxuduqdan sonra cırıb  atdı.

Ə m i r a s l a n   a ğ a .   Ah, nə  gözəl cavab!  Yaşasm qəhrəman  qızım!  (Qışqırır.) 

Pəricahan!

P ə ricah an  x a n ım  çərk əs  lib asın d a,  ü stü   əslihəli  daxil  olur.

P ə r i c a h a n   x a n ı m .   M əni çağırırsan,  əmücəm?



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə