salıb dustaq etmişsiniz. Sən axund M ir Kazım ağanm qızı Seyyidə xanımsan deyə,
mənə hər bir şeyi nəhy etmisiniz. Bu dörd divarm içi mənim dünyamdır! (Ağlayır.)
T ü k ə z b a n . Gülsüm, yenə sənə nə olmuş? Yoxsa bu gecə pis yuxu
görmüsən?
G ü 1 s ü m. Bəli, görmüşəm,
T ü k ə z b a n . Xeyir ola, qızim, söylə görüm.
G ü 1 s ü m. Ana, yuxum da gördüm ki, qardaşım M əmmədin toyudur.
T ü k ə z b a n . Doğru görmüsən, qızım, ağan sabahkən mənə dedi ki, Tükəzban
bu həftə M əmmədin gəlinini gətirməli, çünki məhərrəm ayı yaxmlaşır. M ənim
özüm də tələsirəm ki, Qonçanı tez gətirək, həm mənə kömək etsin, həm də sənə
yoldaş olsun. Daha, nə gördün, qızım?
G ü 1 s ü m. Gördüm ki, evimizdə böyük şadlıqdır. Həmin bu otağımız qonaq
ilə doludur. Bir yanda mənim, bir yanda M əmmədin cavan yoldaşları oturmuşlar.
Bir dəstə oxuyan, çalan da hazırdır. Çalğıçılar çalırlar. Bir oğlan o cərgədən, bir qız
bu cərgədən qalxıb oynayırlar. Onlar otururlar, başaqaları rəqs edir. Sonra oxuyan
başladı. Ah, heç olmasa yuxumda isə də evimizdə bir şadlıq, bir toy gördüm.
T ü k ə z b a n . Kəs səsini, bihəya! M ir Kazım ağanm evində toy, balaban?
Qızlar oğlanlar ilə oynamaq?
G ü 1 s ü m. Ay ana, m ən nə edim? Yuxudur, görürəm. M ənim əlimdə deyil ki,
görməyim. Bəs sən heç belə yuxu görmürsən?
T ü k ə z b a n . M ən qələt edərəm, başımı daşdan-daşa döyərəm, elə yuxu
görmərəm. Görünür ki, sən elə şeylərdən fikir edirsən, yuxuna da girir. Ağan sənə
dua öyrətmiş. Nə üçün yatanda oxumursan ki, şeytan da yuxuna girib sənə elə şey
göstərməsin?
G ü 1 s ü m. Ana, yatanda dua da oxuyuram, bismillah da deyirəm, amma yenə
də belə yuxular görürəm. M ən nə edim? İxtiyar məndə deyil ki.
T ü k ə z b a n . Yaxşı, bəs daym qızı Qonça nə üçün görmür? Çünki beş vaxt
namazm heç birini keçirmir, amma sən tənbəli, mən hər səhər güclə durquzuram
ki, sübh namazmı qılasan.
G ü 1 s ü m. Ana can, elə bilirsən ki, Qonça belə yuxular görmür? Vallah mənə
elələrini nağıl edir ki, desəm, qulaqlannı tutub qaçarsan?
T ü k ə z b a n . Kəs səsini, bihəya! Onu da sən xarab etmisən. Bu işlərin
hamısma səbəb bu qonşumuzun külfətidir. Özlərinə taytuş tapıblar! Suruş!
G ü 1 s ü m ( gülərək). A y arvad, Suruş deyil, Siranuş.
T ü k ə z b a n . Eh, mən nə bilim, adı yadımda qalırmı ki. Vallah, atan bilsə ki,
erməni evinə gedirsən, aləmi bir-birinə vurar, səni də öldürər (çıxır.)
G ü 1 s ü m (tək). Öldürsə, birdəfəlik qurtarardım. Kaş ki, M ir Kazım ağanm
qızı olunca, bir çoban qızı olaydım dağlarda, çəmənlərdə, təbiət üzərində
yaşayaydım, çiçəklər dərəydim, şırıldayan bulaqlara baxaydım, sərin sularmdan
içəydim!.. (Ağlayır.)
M əm m əd daxil olur. Ə m m am ə və əbasını çıxarır.
M ə m m ə d. Bacım, ağlayırsan?
G ü 1 s ü m. Necə ağlamayım, qardaşım? M ənim qəlbim, ruhum, vücudum
hamısı xəstə, mərəzimdən xilas olmaq üçün bilirsənmi mənə nə təklif edirlər?
M ə m m ə d. Bilirəm, bacım, çoxlu süd iç, bol yum urta ye deyirlər.
G ü 1 s ü m. Bəli, lakin mənim müalicəm budurmu?
M ə m m ə d. Xeyr, bacım, bu mərəzin müalicəsi başqa şeydir. Bu mərəzə
mübtəla olan tək bir sən deyilsən, bütün islam qadmlarıdır. Bu xəstəlik iki nurdan
məhrum qalmadan naşı baş vermiş; biri ruhu yüksəldən elm nurudur, digəri
günəşdir ki, ziyası ilə dünyanı tənvir edir, heyvanata, nəbatata həyat bəxş edir.
Onsuz bu gözəl dünya dəhşətli bir zülmət olurdu. Bu lətif, rəngin çiçəklər, güllər
sənin kimi saralıb-solub m əhv olurdu. Bacım, sən qonça gülü o nurdan məhrum
etmişlər. Sənə bu dəmlə, o gözəl təbiət üzərində yaşamaq lazımdır, sənə gəzmək,
gülmək, yemək, içmək, danışmaq lazımdır. Qəlbini əsla sıxmayıb hər zaman şad
saxlamalısan.
G ü 1 s ü m. Doğru, fəqət bu mənə m üyəssər deyildir, çünki mən müsəlman
qızıyam. M üsəlm an qadmı üçün bu nem ətlər yaranmamışdır. O, başqaları üçün
yaranmışdır. B unlan bizə nəhy etmişlər. Ax, Məmməd! Nə üçün mən binəva
qızcığazı oxutdun? Nə üçün mənə mənliyimi anlatdm? Nə hacət ki, söyləyirsən
dünya gözəldir, genişdir, intihasızdır. M ənim dünyam, qardaşım, bax nə geniş, nə
yüksək bir aləmdir. (Əli ilə otağını göstərir.) Bu səqf mənim ulduzlu səmamdır. Bu
xalılar ilə döşənmiş yer mənim çiçəkli çəmənlərim, yaşıl ormanlarımdır. Bu
divarlar da mənzərəli dağlarım, yüksək qayalarımdır. Qardaşım, burada dünyaya
gəldim, buradan da tezliklə məni aparıb qəbrə qoyacaqsmız.
M ə m m ə d. Sus, sus, bacım! Odlu qəlbimə yenidən atəş atma. Qadmlarımızm
belə təbiətə müğayir, hürr yaranmış növi-bəşərə yaraşmaz halı, məni çoxdan
düşündürür. Çarə arayırdım ki, nə yol ilə onlara köm ək edim. İndi tapmışam.
Bacım, and içirəm, qadmlarımızm bu yolda tökülən qanlı göz yaslarma, and
içirəm, sənin kimi hələ qonça gül ikən saralıb solan gül çöhrələrinə, and içirəm
sənin kimi belə zindanlarda, cəhalət zənciri altmda sızlayan məsumələrə, sizləri bu
əsarətdən xilas etmək yolunda cavan ömrümü qurban edim.
G ü 1 s ü m. Qardaşım, bir tək sən nə eləyə biləcəksən? Rüsvayi-cahan olub
tələf olacaqsan.
M ə m m ə d. Tələf olsam da, bir cığır açaram, ta ki məndən sonra gələn
cavanlar da o yol ilə gedib axırı sizləri xilas edərlər. Ey cəhalət, ey yeddi başlı div!
Hazır ol, M əmməd gəlir.
M olla Fəttah və M ir Kazımağa daxil olurlar.
M i r K a z ı m a ğ a . Bacma yeddi başlı divdən nağıl deyincə, əhkam-
diniyyəni öyrətsən, daha əfzal olmazmı?
M ə m m ə d. Ata, elə mən də bacıma ondan söyləyirəm, lakin əfsus!
Axundlarımız o əhkamı ya özləri anlamırlar, ya da anlayıb da qəsdən camaata
başqa surətdə yetirirlər.
M i r K a z ı m a ğ a (Gülsümə). Sən bu danışığa nə qulaq asırsan? Otağma get!
G ü lsü m çıxır.
M o l l a F ə t t a h (istehza ilə). Bacıoğlu, görürəm sən yaxşı anlamısan! De
görüm, dinimizdə sənin kimi başmı açıb tərk ədəblik edəne, yaxud başqaları kimi
saçlarmı uzadıb özlərini xaricilərə oxşadanlara nə nəzərlə baxılır?
M ə m m ə d. M ən o barədə şəriətdə bir şey görməmişəm, olsa da dinə yox,
bəlkə, adətə, səhhətə dəxli vardır.
M o l l a F ə t t a h . Bacıoğlu, görürəm, şəriəti axund M olla Calaldan yaxşı
təhsil etmisən. M ir Kazım ağaya dedim ki, qoy M əmmədi özüm oxudum. Dedi, -
yox, bacm oğludur, səndən xof etməz. İndi buyur, gör Calalın babı fikri M əmmədə
nə xoş gəlir.
M i r K a z ı m a ğ a . Fəttah, səhv edirsən, M əmmədin əqidəsi elə deyil. O sən
qoca dayısmı mübahisəyə çəkir, fəqət onu başqa bir
Dostları ilə paylaş: |