T ü k ə z b a n . Qardaşım, indi qızmdan özün soruş, gör M əmmədə getmək
istəyir, ya yox?
M ə m m ə d. Qonçacığım, hansı zalımdan qorxaraq belə çadraya bürünüb
gizlənmisən? Yoxsa, qələm qaşlannda, ahu baxışlarmda, şəhla gözlərində bir
qüsurmu görürsən? Yetər, yetər, gözəlim! Səni kimi qonça güllərin açılmaq zamanı
gəlmiş! (C əldonun başından çarşafı çəkib atır.)
M i r K a z ı m a ğ a . Nadürüst, bihəya!
M o l l a F ə t t a h . Qızım, görürsənmi? Bu dini-təriqətdən dönmüş seyid
övladı, əmmaməni atıb, lotu libası geyib teatrda oyunbazlıq etmək fikrindədir. Sən
bu kafirə, bu divanəyə getmək istəyirsənmi?
Q o n ç a. Ağa, M əmməd mənim qəlbimin şahıdır, özünə nə vəzifə seçərsə,
mənə xoşdur. M ən onun vəfalı bir quluyam.
M i r K a z ı m a ğ a v ə M o l l a F ə t t a h . Va şəriəta, va milləta!
M o l l a F ə t t a h . Sus, bihəya! O sənin qəlbinin sultanı isə mən də sənin
cisminin, həyatm m sultanıyam.
T ü k ə z b a n . Qardaş, sənə yalvarıram, bu iki cavanm göz yaşı tökməyinə bais
olma, qızmı bədbəxt etmə.
G ü 1 s ü m. Dayı, m ən də yalvarıram, Qonçanı M əmməddən ayırma.
M o l l a F ə t t a h . Çəkilin, siz qadmlarm məsləhətinə qulaq asıb bu dünyada
biabır, axirətdə də cəhənnəm oduna yanm aq istəmirəm.
M ə m m ə d. Ey mənim seyid atam, ey mənim axund dayım.
M i r K a z ı m a ğ a . Sus, şeytani-məlun, sən dinsiz daha mənim övladım
deyilsən! Çəkil, evimdən çıx! Rədd ol!
M ə m m ə d. İndi m ən bağırıram: vay o millətin halına ki, sizin kimi yol
göstərəni var! (Getmək istəyir. )
Q o n ç a. Məmməd, məni bunlara buraxıb haraya gedirsən?!
G ü 1 s ü m. Qardaşım, məni də özünlə apar, burada qoyma.
M ə m m ə d. Səbir ediniz, ey qonca güllərim, M əm m əd sizləri, bu zülmətdən,
bu əziyyətdən, bu əzraillərin pəncəsindən xilas etmək üçün gedir.
Pərdə
ŞEYTAN
B ir pərdəli, üç şəkilli pyes
İŞTİRAK EDƏNLƏR
Ş e y t a n -iblis libasmda.
M a r z a v a n
C u r c a n
cinlər
T e y m u r - dəmirçi.
Ə 1 i - onun oğlu, 12 yasmda.
A s 1 a n - Teymurun yoldası.
D ə m i r ç i.
R i z v a n -kommunist.
S a d ı q k i ş i - qoca kəndli,
H ü s e y n q u l u - kəndli.
Q a r a H ü s e y n - kəndli.
G ü 1 p ə r i
Ş a h p ə r i
- kəndli qızları
N a z p ə r i
BİRİNCİ ŞƏKİL
S əhnə bir dağı göstərir. Şeytan bir daş üstə o turm uş, h ü zu ru n d a M arzav an durm uş.
Ş e y t a n. Marzavan, Avropadan nə xəbər var? Söylə.
M a r z a v a n . Baba can, səpdiyin toxumlarm barmı tez görəcəksən. Firənglər
tərəfindən qovulmuş Əmir Feyzəli ingilislər İraqi-ərəbə sultan təyin etmişlər.
İngilislərin bu siyasətindən firənglər rəncidə olaraq türklərlə gizli müahidənamə
bağlamışlar.
Ş e y t a n. Ha-ha-ha, Marzavan, bu işin aqibətini öz gözünlə görəcəksən.
Şeytan babana əhsən deyəcəksən.
M a r z a v a n . Yaxm Şərq məsələsi əski Antantanı pozdu. Yeni Antanta Uzaq
Şərqə əl atır.
Ş e y t a n. Bu da iblis babanm insan qanı tökm ək üçün bir tələsidir.
M a r z a v a n . Almanlarm ölmüş cəsədindən m üzəffər firənglər qorxurlar.
Bilirsənmi, onlar nə tədbir etmişlər?
Ş e y t a n . Söylə görək.
M a r z a v a n . Almaniyada hərbə lazım nə şey varsa, toplayıb Firəngistana
göndərirlər.
Ş e y t a n. Türk-yunan müharibəsi nə haldadır?
M a r z a v a n . Kral Konstantin əhd etmiş ki, ta İstambulu alıb yenidən başma
tac qoymaymca, qılmcım qmma satmasm.
C u rcan daxil olur.
Ş e y t a n. Söylə görüm, ulu Qafqazda nə xəbər var, Curcan?
C u r c a n. Səni şad edəcək bir xəbər yox, baba can.
Ş e y t a n. Söylə görək.
C u r c a n. Ulu Qafqaz unutmuş tanrısmı...
Ş e y t a n. Bu xəbər şad edir iblisini.
C u r c a n. Səni də yad edən yoxdur, baba can.
Ş e y t a n. Buna mən heç inanmaram, Curcan. Bəşəriyyət arasmda olmaz elə
zaman ki, şeytanı unutsun insan.
C u r c a n. Gördüyümü söyləyirəm, baba can.
Ş e y t a n. Demək ki, ulu Qafqazda tökülmür daha qan?
C u r c a n. Xeyr, baba can.
Ş e y t a n. İnanmaram, Curcan, erməni, gürcü, azərbaycanlı qan tökməsinlər?
Bu nə halət? Bəs bəylər, xanlar, knyazlar necə olmuşlar? Qoçular, burjuylar,
qolçomaqlar nə edirlər?
C u r c a n. Cümləsini hökmdarlıqdan endirmişlər.
Ş e y t a n. Kimlər?
C u r c a n. Kommunistlər. Ulu Qafqazda başqa bir halət: büxl, həsəd, kin,
kədurət, ədavət büsbütün yox olmuş. Orada can deyib can eşidirlər.
Ş e y t a n. Nə pis xəbər gətirmişsən, Curcan! Yerüzündə sevgili bir məskənim
vardisə o da Qafqazdı. Kommunistlər onu məndən ala bilməzlər. Mənə iblis, mənə
şeytan deyərlər. Erməni, gürcü, müsəlman qardaş olmuşlar? Ha, ha, ha. Rahat
yaşayıb can deyib, can eşidirlər? Ha, ha, ha. (Ayağa qalxıb.) Curcan, Marzavan,
mən onlarm içərilərinə elə bir fitnə salım ki, yenidən bir-birini atəşə yaxsm, çapsm,
talasm, qırsm, oda atsmlar. Analar bətnindən balaları çıxarıb nizəyə taxsmlar.
Nəhrlər su yerinə qanlar axıtsm, Bəhri-siyah ilə Xəzərin içləri qızıl qan ilo dolsun.
Kəndlər, şəhərlər, meşələr, çöllər od alıb məşəl kimi yansm, cəhənnəmə dönsün!
Ulu Qafqaz hazır ol! Şeytan gəlir!
Pərdə