59
Bitki əkilən ərazidə şəraiti dəyişməklə bitkinin su təlabatına da
təsir etmək olar. Belə ki, torpaqların münbitliyinin yüksəldilməsi,
temperaturun aşağı salınması, havanın rütubətinin artırılması
bitkinin su təlabatını nisbətən azaldır.
Suvarma kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır.
Təcrübələr göstərir ki, suvarılan sahələrdə məhsuldarlıq suvarılma-
yan sahələrə nisbətən təxminən 4 dəfə çoxdur.
Suvarma torpağa hərtərəfli təsir göstərir.Əkin qatının su-fiziki
xassələrini dəyişdirir, kimyəvi və mikrobioloji proseslərin sürətini
və istiqamətini dəyişdirir, habelə üzvi maddələrin parçalanma və
toplanmasının xarakterini dəyişdirir. Suvarma suyunun torpağa in-
tensiv təsiri nəticəsində ümumi və qeyri-kapilyar məsaməlik azalır,
torpaqla atmosfer arasında düzgün qaz mübadiləsi pozulur, mikro-
bioloji fəaliyyətin şəraitləri pisləşir.
Hava-su rejimini yaxşılaşdırmaqla torpağın becərilməsi mikro-
bioloji proseslərin fəallaşmasına, su və gübrələrin yaxşı istifadə
olunmasına səbəb olur, habelə suvarılan torpaqların münbitliyi
yüksəlir.
Bitkilərin istifadə etdiyi suyun əsas hissəsi transpasiyaya sərf
olunur. Transpasiyaya sərf edilən su, bitkinin qidalanmasına və
yarpaqlarının assimilyasiyaedici səthlərin inkişafı xüsusilə bitkinin
yerüstü hissəsinin temperaturunun nizamlanmasına sərf edilir.
Qeyd etmək yerinə düşərdi ki, suvarma torpağın münbitliyini,
ərazinin iqlim şəraitini dəyişdirməklə bərabər, nəinki bitkinin inki-
şafına, onun məhsuldarlığına hətta məhsulun keyfiyyət göstəricilə-
rinədə müsbət təsir göstərir. Respublikamızda istehsal olunan kənd
təsərrüfatı bitkilərinin məhsuldarlığının statistikasında məlum olar
ki, suvarılmayan torpaqlara nisbətən suvarılan torpaqlardan alınan
məhsul hər cəhətdən keyfiyyətli və yüksək olur.
Müəyyən torpaq, iqlim, aqrotexniki şəraitdə suvarmaya verilən
suyun bu şəraitə müvafiq olmayaraq artıq verilməsi nəinki məhsul-
darlığı artırar. əksinə ziyan verə bilər. Belə ki, normadan artıq ve-
rilən su məhsuldarlığı azaltmaqla bərabər, suvarma suyunun, işçi
qüvvəsinin artıq sərf edilməsinə səbəb olmaqla yanaşı, qrunt suyu-
nun səviyyəsini qaldırır, torpaqların erroziyaya uğramasına, bataq-
laşmasına, şorlaşmasına səbəb olar. Buna görədə kənd təsərrüfatı
60
bitkilərindən yüksək keyyfiyyətli məhsul əldə edilməsi üçün, bu-
nunla yanaşı torpaq münbitliyinin qorunması məqsədilə suvarma
normalarına və vaxtlarına düzgün riayət edilməlidir. Bunun üçün
respublikamızda hər bölgənin torpaq-iqlim şəraitinə və bitkinin
növünə uyğun olaraq suvarma normaları təyin edilmişdir.
Kənd təsərrüfatında istifadə olunan torpaqların məhsuldarlığı
bir sıra amillərlə yanaşı torpağın qranulometrik və mexaniki tərki-
bindən asılıdır.Kənd təsərrüfatı bitkilərdən yüksək məhsul, ancaq
onlar üçün əlverişli mexaniki tərkibli torpaqlardan almaq olar.
Qeyd etmək lazımdır ki, süni suvarmanın geniş tətbiqi ilə əla-
qədar olaraq bir sıra məsələlər həll edilməlidir. İlk növbədə su-
varma suyundan qənaətlə və səmərəli istifadə edilərək tətbiq olu-
nan suvarma üsullarının yüksək effektliyi təmin edilməlidir. Mü-
hüm tədbirlərdən biri də bitkilərin bioloji tələbatına müvafiq
səmərəli suvarma müddətlərinin, suvarma normalarının müəyyən
edilməsidir.Bu tədbirlərin həyata keçirilməsi ilk növbədə suvarma
suyunun keyfiyyətli, yararlı olmasından asılıdır.
5.2. Suvarma suyunun keyfiyyətinə nəzarət
Suvarma üçün suyun yararlı olmasına qiymət verərək becərilən
bitkinin növünə nəzər salmaq lazımdır. Belə ki, bəzi bitkilər duza
davamlı, digər bitkilər isə bunun əksinə. Respublikamızda suvarma
üçün istifadə edilən suyun əksəriyyəti demək olar ki, çay sularının
payına düşür. Buna görədə burada əsasən duzlu sulardan heç isti-
fadə olunmur.
Suvarma suyunun keyfiyyət göstəriciləri əsasən onun tərkibin-
dəki üzvi, mineral maddələrin miqdarı və suyun temperaturu ilə
müəyyənləşdirilir. Hansı ki, bu üzvi və qeyri-üzvi maddələr suvar-
ma suyu ilə torpağa daxil olaraq bitkilərin qidalanmasına şərait
yaradır ki, bu da öz növbəsində həm torpağın münbitliyini artırır,
həm də suvarılan kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına
müsbət təsir edir.
Suvarma suyunun keyfiyyətinə mənfi təsir göstərən əlamət-
lərdən biri asılı gətirmələrdir. Belə asılı gətirmələr nəticəsində su-
varma sistemləri çirklənir. Suvarma sistemlərini çirkləndirən,
61
lilləndirən çöküntülər 0,1-0,15 mm diametrli hissəciklərdir. Bun-
ların qarşısını almaq üçün xüsusi durulduculardan istifadə etmək
daha məqsədəuyğundur. Ancaq bunlardan kiçik diametrli, yəni
ölçüləri 0,1-0,005 mm olan hissəciklər isə suvarma suyu ilə
torpağa daxil olur ki, bu da ağır mexaniki tərkibli torpaqların fiziki
xassələrini və su keçirmə qabiliyyətini artırır. Hətta bəzi alimlər
göstərdiyi kimi belə tərkibli sular gübrə rolunu da oynayır.Ancaq
qeyd etmək lazımdır ki, bu hissəciklər bir çox hallarda torpağın
sukeçirməzliyini azaldaraq onun su-fiziki xassələrini pisləşdirə
bilər. Bu hissəciklərlə zəngi olan sular qumlu, qumsal torpaqlar
üçün daha faydalıdır. Bununla bərabər suvarma suyu ilə torpağa
diametri 0,005 mm-dən kiçik hissəciklərdə daxil olur ki, onunda
tərkibi qida maddələri ilə zəngin olur.
Suvarma suyu ilə asılı gətirmələrlə bərabər mineral duzlarda
daxil olur.Belə mineral duzlardan kalsium, maqnezium, kalium və
digər tərkibli mineral duzları göstərmək olar.Belə madddələrlə
zəngin olan sular torpağa daxil olaraq onu münbitləşdirir.Ancaq
buna baxmayaraq suvarma suyunun tərkibində olan duzların miq-
darı icazə verilən həddə olmalıdır.Su mənbəyindən sahələrə verilən
suyun tərkibində həll olmuş duzların miqdarı 1-1,5 q/l-ə qədər
olduqda belə sular suvarma üçün əlverişli hesab olunur. Ərazinin
torpağı yüngül mexaniki tərkibli olduqda və orada duza davamlı
bitkilər əkildikdə minerallığı 2-2,5q/l olan sulardan da kənd təsər-
rüfatı bitkilərinin suvarılmasında istifadə etmək məqsədəuyğun he-
sab edilir. Aparılmış tədqiqatlara əsasən duzluluğu 200-500 mq/l-ə
qədər olan hidrokarbonatlı-kalsiumlu sular suvarma üçün yarar-
lıdır. Belə sular şorlaşma əmələ gətirmir, bioloji prosesləri ləngit-
mir. Ancaq onuda göstərmək lazımdır ki, duzluluğu 1000mq/l olan
xloridli-natriumlu, sulfatlı-natriumlu sular suvarma üçün yararlı
deyildir.
Suvarma üçün suyun keyfiyyət göstəricilərinə qiymət verərkən
becərilən bitkilərin suya dözümlüyüdə nəzərə alınmalıdır.Elə
bitkilər vardır ki, bunlar duza davamlıdır.Belə bitkilərdən pambıq,
arpa, çuğundur, şəkər çuğunduru və s.
Duza az davamlı bitkilər isə ərik, armud, badam, bostan bit-
kiləri və s. göstərmək olar.
Dostları ilə paylaş: |