T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
70
yatında iki başlanğıc həmişə güclü olmuşdur: biri şərqli-
mistik, digəri qərbli-pozitiv. O, islam dininin yüksək bəşəri
dəyərlərin daşıyıcısı ola bilməməsini iddia edən rus tənqidçisi
Mixaylovskinin fikirlərini təkzib etmişdi. Bu təkzibdən sonra
Mixaylovski mətbuatda təkrar çıxış edərək İslam dinini
bilmədiyini etiraf etməyə məcbur olmuşdu. Həmin polemika-
larda söhbət Maksim Qorkinin “Həyatın dibində” əsərindəki
Tatar Həsən surətindən, daha doğrusu, bu epizodik, lakin, çox
əhəmiyyətli obrazın daşıdığı mənəvi dəyərlərdən gedir.
Məlumdur ki, Qorki əsərində Tatar Həsəndəki daxili təmkini,
inamı, ən çətin anlarda belə iradə göstərə bilməsini, dözümü
məhz İslam dininin formalaşdırdığı keyfiyyətlər hesab edirdi.
Çünki dözüm, qarşılıqlı anlaşma – İslam dininin bəşəriliyin-
dən, islam qanunlarının universallığından, İslam əxlaqının
möhkəmliyindən qaynaqlanır. Tənqidçi Mixaylovskiyə görə
isə, bu keyfiyyətləri Qorki Tatar Həsəndə süni yaratmışdı,
çünki, İslam dini kəskin və barışmaz bir din, Tatar Həsən də
müsəlman olduğundan, onda bu keyfiyyətlər ola bilməzdi (90).
F.D.Batyuşkova 3 dekabr 1903-cü il tarixli məktubunda
Əhməd bəy Ağaoğlu yazırdı: “Sizin İslama və Qurana müna-
sibətiniz həm nəzəri, həm də həyati-təcrübi mənada özünü
doğruldur. Lakin min təəssüflər ki, Rusiyada 25 milyonluq
müsəlman əhalisinin yaşamasına baxmayaraq, rusların böyük
əksəriyyəti İslam dini haqqında tamamilə yanlış fikrə
malikdirlər və onu nifrət doğuran “Od və Qılınc” təlimindən
başqa bir şey saymırlar. Avropa xalqları arasında tarixi
mənşəyə malik olan bu yanlış fikir yalnız avam rus kütlələri
arasında deyil, bütövlükdə rus cəmiyyəti içərisində də vətən-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
71
daşlıq hüququ qazanmışdır. Hətta cənab Mixaylovski kimi
şəxslər də həmin qüsurlardan xali deyillər. Solovyov və
Petrovlar (müəllif islama obyektiv yanaşan rus tarixçilərini
nəzərdə tutur – T.A.) isə tək-tükdürlər. Bizim şərqşünaslığa
gəldikdə o, həmin məsələni tamamilə unudub... Ona görə də
Rusiya müsəlmanlarının həyatı ilə, onların maddi və mənəvi
tələbatı ilə demək olar ki, heç kəs maraqlanmır. Rus mətbua-
tında nadir hallarda müsəlmanlar haqqında məqalələr çap
olunur. Həmin məqalələr isə əksər hallarda tendensiyalı xarak-
ter daşıyır, həqiqəti təhrif edir, müsəlmanları tamam başqa cür
göstərir” (39, 72).
Əhməd bəy Ağaoğlunun Renanla mübahisəsində də
məlumdur ki, məhz bu məqam – Qərbin, Avropanın İslam
dinini dərindən bilməməsi məsələsi ön plana çəkilirdi.
Müasirləri içərisində Əhməd bəy Ağaoğlu qədər, Əhməd
bəy Ağaoğlu səviyyəsində İslam dini, onun mahiyyəti, tarixi,
müasir dövrdə müsəlman xalqlarının mənəviyyatında onun
yeri və s. haqqında konseptual, sistemli şəkildə mətbuatda çı-
xış edən ikinci bir ziyalı tapmaq çətindir. Azərbaycanın Qərb-
lə, Rusiya ilə münasibətlərində onun İslam dinini mühüm
tənzimləyici rol oynayan bir amil kimi təqdim etməsi ilə
əlaqədar olaraq biz bu məsələnin üzərində xüsusi dayanmağı
zəruri hesab edirik. Onun “İslamın meydana gəlməsi”,
“İslamda qadın”, “Panislamizm”, “Müsəlmanın arzuları”,
“Qorki və müsəlmanlıq”, “İran müsəlmanları” və s. bu kimi
dərin araşdırmaları öz elmi-tarixi əhəmiyyəti, müasir
problemləri əhatə dairəsi, dünya mətbuat orbitinə çıxışı
baxımından son dərəcə qiymətli əsərlər idi.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
72
Əhməd bəy Ağaoğlu yazırdı ki, “bizim üçün İslam xari-
cində nicat yoxdur. Bunu mazidə bütpərəst, ya atəşpərəst olan
əcdadımız idrak etdikləri üçün dini-islamı qəbul və nəşrinə
müşərrəf olmuşlar idi. Ancaq hikməti-islamiyyəyə vaqif olma-
lıyız və bu hikmətdən feyzyab olmamıza, nuri ilə tənəvvül
etməyimizə hail olan maneələri ortadan rəf etməyə qeyrət
etməliyiz, digər tərəfdən aləmi-islamın hər nə səbəbdənsə bir
neçə əsrdən bəri haləti-təvəqqüfdə qaldığı, hətta gerilədiyi bir
müddəti-mədidə zərfində Qərb aləminin durmayıb, tənəzzüli-
mədəniyyətdən nə cür tərəqqiyi-mədəniyyətə nail olduğunu
nəzəri-etibar və ibrətə almamız lazımdır. Fəqət bu cəhətdən
dəxi zəvahirə aldanmayıb bu mədəniyyətin dini qövmiyyətlərə
deyil, bəlkə ümumi bəşəriyyətə aid əsaslarını mütaliə ilə
əsbabi – tərəqqi və rifahiyyətlərini dini – islama tovfiqən
millətimizin tərəqqiyatına tabe etməliyiz. Avropa ülumuna,
maarifinə, ədəbiyyatına, sənaət və sənayeinə kəsbi-vüquf et-
məyə və millətimiz beynində nəşrə çalışmalıyız. Biz belə yap-
mağa qeyrət edəcəyiz. Məsləkimiz bunu iqtiza etdirir” (79).
Əhməd bəy Ağaoğlunun və onun bir çox məsləkdaş-
larının XX əsrin əvvəllərində din, İslam mövzusuna qayıt-
maları təsadüfi deyildi. Məsələ burasında idi ki, XIX əsr Azər-
baycanın mədəni həyatında baş vermiş spesifik xüsusiyyətlər-
dən biri bu idi ki, Azərbaycanın şimal hissəsini Rusiyanın işğal
edərək öz tərkibinə qatdıqdan sonra əsrlərlə birmənalı şəkildə
həll olunmuş bəzi məsələlərə, xüsusilə milli dəyərlərə yenidən
baxılmış, ziyalıların bir qütbünün milli-mənəvi ənənələrdən
kəskin ayrılığı yaranmışdı. Bu cür kəskin dönüş təkcə Qərb
mədəniyyəti ilə tanışlıq nəticəsində, onun təsirilə deyil, həm də
Dostları ilə paylaş: |