T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
67
hüdudsuz idi.
Əhmədin fikri, mənəvi inkişafına Şuşa gimnaziyasının
güclü təsiri olur. “Beşinci və altıncı siniflərdə artıq məndən
saklı və gizli bir şey yoxdur. Arkadaşlar ilə, müəllimlərdən
bəziləri
ilə
açıqdan görüşürdük.Yasaq edilmiş olan
Çernışevskinin məşhur inqilabçı romanı “Çto delatğ?” – “Nə
yapmalıdır?” əsərini həpimiz onlar vasitəsilə əldə edirdik.
Tarixi materializm nəzəriyyəsinə aid propoqandanın
broşüraları bizlərə qədər gəlir, yastıqlarımızın altında yer
buluyor və siyasətdən memnu yazıları oxumaq zövqünü bizə
çatdırırdı” (85, 142).
Təbiətən çılğın və bilik, məlumat ehtirası ilə yanıb-
yaxılan Əhmədi artıq Şuşadakı təhsili də təmin etmir, yeni
tədris ili başlananda valideynlərindən gizli Tiflisə “qaçır” və
müvəffəqiyyətlə şəhər gimnaziyasının yeddinci sinfinə imta-
han verir. Yeni mühit gəncin fikri-mənəvi inkişafı üçün daha
geniş imkanlar yaradır. Zaqafqaziyada yaşayan xalqların, eləcə
də müsəlman xalqlarının tarixi, siyasi, ictimai və mədəni
həyatı ilə ilk əyani tanışlıq bu dövrdən – Tiflislə ilk tanışlıqdan
sonra başlayır, Əhməd gizli təşkilatlara maraq göstərir,
buradakı çıxışlar, mübahisələr, Rusiya xalqlarının ağır, dözül-
məz vəziyyəti, istibdada qarşı mübarizə mövzularında dinlə-
diyi məruzələr ona güclü təsir göstərir.
Əhməd bəy Ağaoğlu Tiflis gimnaziyasını müvəffəqiy-
yətlə başa vurur, əla cavablarına görə 300 manatla mükafat-
landırılması isə onun Peterburqa getmək arzusunu xeyli real-
laşdırır. 1887-ci ilin avqustunda Şuşadan Peterburqa gəlir,
lakin Əhmədin Rusiyanın paytaxtında oxumaq arzusu baş
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
68
tutmur. Mərkəzi Mühəndis-Texniki İnstitutunun imtahan ko-
missiyası üzvlərinin qərəzli münasibəti nəticəsində özünə
güvənən gənc məqsədinə nail olmur. Halbuki, o buraya böyük
inam, həm də sevinclə gəlmişdi. Akademik K.Talıbzadə
göstərir ki, Ə.Ağaoğlu “ilk tərcümeyi-hallarından birində bir il
həmin institutda oxuduğunu yazır” (151, 134).
Peterburqda Əhməd bəy hüquq fakültəsini yenicə bitirmiş
Əlimərdan bəy Topçubaşov ilə tanış olur, Qafqaz şeyxül-
islamının nəvəsi Əli bəy Hüseynzadənin təhsilini bitirib
İstambula getməsindən xəbər tutur.
Peterburqda imtahanlarda göstərilən ədalətsizlikdən bərk
həyəcanlanan on doqquz yaşlı gənc Parisə getmək qərarına
gəlir və az bir məbləğlə yola düşür. 1888-ci ilin 8 yanvarında
artıq o, Parisdə idi. Qatarda rus dilini bilən bir fransız qızı ilə
tanışlığı Əhmədin Avropanın bu əsrarəngiz şəhərində ilk
günlərinin nizama salınmasını xeyli yüngülləşdirir. Üç ay
içində Alfred de Müsssenin kitabından fransız dilini öyrənir.
Parisdə Ə.Ağaoğlu hüquq məktəbinə daxil olub üç il
sonra diplom alır. 1891-1892-ci illərdə Sorbonna Universite-
tinin tarix, şərq dilləri və məzhəbləri şöbələrində oxuyur, din-
lər tarixini öyrənir. “Jurnal de Debat”, “Revyü Veen”, “Nouve
Revyü” kimi fransız mətbuat orqanlarında ilk yazılarını nəşr
etdirir. 1892-ci ildə şərqşünasların Londonda keçirilən
konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda müvəf-
fəqiyyətlə məruzə edir, həmin məruzə Kembric Universitetinin
xərci ilə bir neçə dildə çap olunur. Əhməd bəy Ağayev sonra
Şuşaya qayıdıb müəllimlik edir, həyatının Bakı dövrünü, daha
sonra isə Türkiyə dövrünü yaşayır.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
69
Ə.Ağaoğlunun bioqrafiyasından göründüyü kimi, onun
təlim-tərbiyəsində, aldığı təhsildə Şərq və Qərb başlanğıcı
daim paralel şəkildə getmiş və bu özünü onun mənəviyyatının,
dünyagörüşünün təşəkkülündə də bariz şəkildə göstərmişdir.
Böyük mütəfəkkir ədibin öz etirafına görə, belə bir qoşa,
yanaşı gedən mənəvi və zehni inkişaf prosesi onda daxili zid-
diyyətlərin yaranmasına səbəb olmuşdu (151, 135).
Şərq mədəniyyəti məsələlərini araşdırarkən Əhməd bəy
Ağaoğlu mənəvi həyatımızın ən mühüm, aparıcı qüvvələrin-
dən olan İslam dini amilinə çox böyük əhəmiyyət verir və onu
mədəniyyət və mənəviyyatımızın bütövlüyünü mühafizə edən
bir qüvvə kimi təhlil edirdi. Bu baxımdan onun öz müəllimi
Ernest Renanla polemikası əslində Şərq-Qərb mədəni müna-
sibətlərinin inkişafı, təması yollarını müəyyənləşdirmək cəhd-
lərindən biri idi. Bu mənada görkəmli ədibin islam dininə ən
müxtəlif məqamlarda müraciəti bir tərəfdən milli mənəviy-
yatımızın müəyyənləşdirici, aparıcı bir amilinin həyatımızın
necə bir mövcudluq üsulu olduğunu göstərmək idisə, digər
tərəfdən milli varlığımızın, gerçəkliyimizin dünya, o cümlədən
rus və Avropa sivilizasiyası ilə təmas prosesində tarixi və
müasir missiyasını araşdırmaq idi. Bu baxımdan ədibin rus
ədəbiyyatına dair yazılarındakı sabit məqam - onun Avropa
ədəbiyyatı ilə təmaslarında öz şərqli təbiətini qoruyub saxla-
masından irəli gəlmişdir.
Ə.Ağaoğlu rus yazıçılarının əsərlərində Avropa üçün
qəribə,
qeyri-adi
görünən mistikanı, romantizmi bu
ədəbiyyatın Şərqlə yaxınlığında, Şərq mədəniyyəti ilə bağlı-
lığında görürdü. Azərbaycanlı mütəfəkkirin fikricə, rus ədəbiy-
Dostları ilə paylaş: |