T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə31/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

TRANSMISSIYA
.


Avtomobil transmissiyalarının növləri.
Transmissiya iki funksiyanı yerinə yetirir.--mühərrikdən burucu momenti aparan
təkərlərə ötürür və həmçinin burucu momentin qiymətini və istiqamətini dəyişir. 
Bundan başqa burucu momenti ötürdükdə onu ayrı-ayrı təkərlər arasında paylayır.Avt-
bil transmssiyaları müxtəlif əlamətlərinə görə təsnif olunur(şəkil 3.1).Daxili yanma 
mühərriklərində dirsəkli valın maksimal burucu momenti və gücü dirsəkli valın
müxtəlif fırlanma tezliklərində əldə edilir.Mühərrikin uyğun dövrlər sayını avtomobil
hərəkət sürətlərində istifadə etmək üçün transmissiyanın ötürmə ədədlərinin 
dəyişdirilmə imkanı olmalıdır.İstənilən zaman anında mühərrikin fırlanma tezliyinin 
aparan təkərlərin fırlanma tezliyinə nisbəti ilə transmissiyanın ümumi ötürmə
ədədini müəyyən etmək olar.Aparan təkərlərə ötürülən burucu moment təkərin yolla 
kontakt sahəsində təsir edən dartıcı qüvvəni müəyyən edir.Bu qüvvə burucu momentin
qiymətinin təkərin radiusuna nisbəti ilə müəyyən edilir.Hərəkət etmək üçün dartıcı
qüvvə hərəkətə müqavimət qüvvələrinin (diyirlənmə müqavimət qüvvəsi,yoxuşluq
müqavimət qüvvəsi,ətalət qüvvəsi,aerodinamik müqavimət) cəmindən böyük olmalıdır. 
Hərəkətə müqavimət qüvvələrinin cəmi hərəkət şəraitindən asılı olaraq geniş
həddə dəyişir,buna görə də avt-bilin transmissiyası burucu momenti geniş həddə
dəyişməklə dartıcı qüvvənin dəyişməsini təmin edilməlidir.Maksimal dartıcı qüvvə 
mühərrikin və transmissiyanın imkanları ilə deyil,təkərlərin yolla ilişməsi ilə məhdudlaşır. 
Bu qüvvə ilişmə qüvvəsindən böyük olmamalıdır,əks halda aparan təkərlər
sürüşəcək və avt-bil hərəkət edə bilməyəcək. İlişmə qüvvəsini avt-bilin çəkisinin 
bir təkərə düşən hissəsini ilişmə əmsalına -- 
𝜑
vurmaqla təyin etmək olar. İlişmə
əmsalı yol örtüyünün vəziyyətindən şinlərin keyfiyyətindən və vəziyyətindən asılıdır
və 0.1-dən 0.9-a qədər aralıqda dəyişir.Aparan təkərlərin sayının artması
transmissiyanın mürəkkəbləsməsinə və mexaniki itkilərin artmasına səbəb olur.Buna 
görə də avt-bil konstrukrorları avt-bilin konstruktorları avt-bilin təyinatından asılı 
olaraq kompromiss həll qəbul edirlər.İntiqalın xüsusiyyətləri yanacaq qənaətliliyinə, 
hərəkət təhlükəsizliyinə,avt-bilin kütləsinə və kompaktlığına, həmçinin də dayanıqlıq, 
idarə olunmaya və tormoz dinamikasına təsir edir. MEXANİKİ TRANSMİSSİYA.—Avt-
bil tran—larinin sxemləri ümumi tərtibatla.mühərrikin yerləşməsi, aparan kürpülərin
sayı və yerləşməsi, tran-nin növü ilə müəyyən olunur.İntiqalın xüsusiyyəti avt-bilin
yanacaq qənaətliliyi, təhlükəsizlik, kütlə və kompaktlıq,həmçinin də dayanıqlıq,idarə
olunma və tormoz dinamikliyi göstəricilərinə təsir edir.Klassik arxa intiqallı avt-rdə
mühərrik ilişmə muftası və ötürmələr qutusu ilə qabaqda yerləşir.Tam intiqallı avt-
llərdə güc baş ötürmə və diferensial vasitəsi ilə həm də qabaq təkərlərə ötürülür. 


AVTOMATİK TRANSMİSSİYA.—Ötürmələrin dəyişdirilməsi ilk avt-llərdə xeyli çətin iş
idi və müəyyən vərdişlər tələb edirdi.Buna görə də hələ o zaman avtomatik
transmissiyaların konstruktorları meydana çıxdı.Bəzi konstruksiyalar mexaniki
ötürmələr qutularını avtomatlaşdıran –ötürmələrin dəyişilməsi zamanı sürücünün
hərəkətlərini təqlid edən konstruksiyalar, digərləri ilə pilləsiz ötürmələr yaratdı.Bütün
konstruksiyalar,bir qayda olaraq mürəkkəb, etibarsız və az effektli idi,çünki həmin
dövrdə uyğun texnologiyalar və etibarlı idarə etmə sistemləri yox idi.Mexaniki ötürmələr 
qutusunun.ilişmə muftasının konstruksiyalarının inkişafı və sinxronlaşdırıcılarının
meydana çıxrması ilə əlaqıdar mexaniki ötürmələr qutusunun idarə olunması
sadələşdi,indi ötürmələrin dəyişilməsi üçün böyük təcürbə tələb olunmur. 
Yollarda,xüsusən də böyük şəhərlərin küçə və yollarda hərəkət intensivliyinin artması
əksər sürücülərin, onları daim ilişmə muftası əksər sürücülərin,onları daim ilişmə
muftası və ötürmələr qutusunun idarə olunmasında azad edən avtomatik
transmissiyalara üstünlük verməsinə səbəb oldu. Avtomatik transmissiyalarda 
ötürmələr qutusu ola da bilər, olmaya da.İkinci tipə hidrohəcmli və elektrik
transmissiyalar aiddir. Onlar müıyyən diapazonda istənilən ötürmnə ədədini almağa
imkan verir.Elektrik tran-larda avt-bilin aparan təkərləri,generatorda elektrik
cərəyanı verilən elektrik mühərrikləri ilə hərəkətə gətirilir.Elektrik mühərriki
reduktorla birlikdə birbaşa təkərin icində yerləşdirilə bilər.Belə kohstruksiya
motor—təkər adlanır. Hazırda elektrik transmissiyalar böyük yükgötürmə qabiliyyətli
yük avt-llərində geniş istifadə olunur.Altemativ enerji mənbələrinə keçilməsi ilə 
onların digər avtomobillərdə də geniş tətbiq olunacağı gözlənilir.Hidrohəcmli tran-
ların f.i.ə.-nın az olması və qiymətinin baha olması səbəbindən onların avt-llərdə
istifadəsi geniş deyil,lakin yol-tikinti maşınlarında onlar geniş istifadə olunur. Daxili
yanma mühərriklərində dirsəkli valın maksimal burucu momenti və gücü dirsəkli
valın müxtəlif fırlanma tezliklərində əldə edilir.Mühərrikin uyğun dövrlər sayını avt-
bilin müxtəlif hərəkət sürətlərində istifadə etmək üçün transmissiyanın ötürmə
ədədlərinin dəyişidirilmə imkanı olmalıdır.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə