T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə32/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

 
İLİŞMƏ
MUFTASI



İlişmə muftası avt-bilin güc aqreqatında mühərrik və ötürmələr qutusu arasında
ılaqələndirici bənd rolunu oynayır.Avt-bilin dayandırılması və ötürmələr qutusunun
pillələrinin dəyişdirilməsi zamanı lazımdır.Bununla yanaşı avt-bili yerindən tərpətdikdə
və pillələri dəyişdikdə mühərrikin və transmissiyanın birləşməsi səlis,kəskin sıçrayışlar
olmadan baş verməlidir.İLİŞMƏ muftası avt-bilin yerindən tərpədilməsi və ötürmələrin
dəyişdirilməsi üçün mühərriki transmissiyadan qısamüddətli ayırmaq və onları səlis
birləşdirmək, “mühərri—transmissiya” sistemini böyük dinamiki yüklərdən qorumaq 
üçün istifadə edilir.İlişmə muftalarç aparan və aparılan hissələr arasındakı əlaqəyə, 
sıxıcı qüvvənin yaradılma üsuluna aparılan disklərin sayına və intiqalın növünə
görə təsnif edilir(şıkil 3.7). İlişmə muftası(İM) ilişmə mexanizmindən və İM-nin 
intiqalından ibarətdir.İlişmə mexanizmi burucu momenti sürtünmə qüvvələrinin işi 
hesabına ötürən qurğudur.İlişmə mexanizmi mühərriki və ötürmələr qutusunu bir-
birindən qısamüddətli ayırmağa, sonra isə onları yerindən səlis birləşdirməyə imkan 
verir.İlişmə mexanizminin elementləri İM-nin karterində yerləşdirilir.Ilişmə muftasının
pedalını basdıqda sürücünün ayağının qüvvəsi ştok və porşen vasitəsilə işçi mayeyə
ötürülür, o isə öz növbəsində baş silindrin porşenindən təzyiqi işçi silindrin porşeninə
ötürür.Sonra işçi silindrin stoku İM-nın ayırıcı çəngəlini və sıxıcı yastığı hərkət etdirir, 
qüvvə ilişmə mexanizminə verilir.Sürücü pedalı buraxdıqda qaytarıcı yayların təsiri
ilə intiqalın bütün detalları ilkin mövqeyə qayıdır. Ilişmə mexanizmi-- :karter və
örtük:aparan disk(mühərrikin nazimçarxı); sıxıcı disk(yaylı və ya digər sıxıcı elementli);
xüsusi yeyilməyə davamlı üstünlükləri olan aparılan diskdən ibarətdir. Ötürmələr
qutusunun aparan valı üzərində şlislərdə yerləşdirilmiş aparılan disk sıxıcı yayların
təsiri ilə sıxıcı disk və nazimçarx arasında sıxılmışdır. Mühərrik işlədikdə,nazimçarx
aparılan və sıxıcı disklər arasında yaranan sürtünmə qüvvələri hesabına bütöv bir
hissə kimi fırlanır. İlişmə muftası qoşulduğu halda bu belədir. Avt-bili yerindən
tərpədərək hərəkətə gətirmək üçün İM-nı ayırmaq,ötürmələr qutusunun lazımi
pilləsini(adətən,ən aşağı –l pilləni)qoşmaq lazımdır.Bunun üçün,yəni ilişmə mexanizmini
qoşmaq üçün aparan təkərlərlə əlaqəli olan aparılan diski nazimçarxa sıxmaq ilişmə
mexanizmini monolit vəziyyətə gətirmək lazımdır.Bu,ilişmə mexanizminin qoşulmuş
vəziyyətinə uyğundur, güc və burucu moment aparan təkərlərə ötürülür.Ilişmə 
mexanizmini ayırmaq üçün sürücü pedalı sıxır, bu zaman sıxıcı disk nazimçarxdan 
aralanır və aparılan diski azad edir,gücün və burucu momentin mühərrikdən
ötürmələr qutusuna ötürülməsi kəsilir.Friksion bir diskli İM çox zaman transmissiyanın
baxılan qovşağı üçün optimal konstruktiv həldir. O,mühərrikin dirsəkli valının
şlislərində yerləşdirilmiş aparılan hissədən-aparılan diskdən ibarətdir.Bundan başqa
friksion İM-da birləşməni-ayırmanı yerinə yetirən detalları qrupu- intiqal olur. 
Birləşmənin qoşulması yayların yaratdığı qüvvənin təsiri altında həyata keçirilir
ayrılma isə İM pedalına təsir edilərək bu qüvvəni dəf etdikdə təmin edilir.Sıxıcı 
qüvvəni yaradan yayların tipindən asılı olaraq friksion birləşmələr aşağıdakı kimi
bölünür: Periferik yaylı İM; Mərkəzi konus şəkilli yaylı İM; Diafraqma yaylı İM. 


Müasir minik avt-rinin mexaniki transmissiyalarının əksəriyyəti diafraqma yaylı İM-na
malikdir. Yük avt-rində iki diskli İM geniş tətbiq olunur, onların istifadəsi İM-nın xarici 
ölçülərini artırmadan sürtünmə səthlərinin sahəsinin artırılma ehtiyacından yaranır. 
İlişmə mexanizmini qoşmaq və ayırmaq üçün sürücünün hərəkətləri (avt-bili hərkətə 
başlamaq üçün yerindən tərpətdikdə,dayndırıldıqda və ötürmələri dəyişdikdə), xüsusilə
də şəhər daxilində hərəkətdə dəfələrlə təkrarlanır. Diafraqma sıxıcı yaylı İM bir sıra
üstünlüklərə malikdir: sıxıcı üstünlüklərin yeyilməsindən asılı olmayaraq,demək olar 
ki, sabit saxlanılır. ölçüləri kompaktdır; konstruksiya sadədir.Buna görə də müasir 
minik avt-rində diafraqma yaylı İM geniş tətbiq olunur.Diafraqma yaylı İM-da ləçəklər 
3 mərkəzi yaydır.Pedal basıldıqda sıxıcı yastıq ləçəkləri ortadan sıxır, mərkəz daxilə 
tərəf əyilir, yayın xarici kənarları isə sıxıcı diski sıxmır,İM ayrılır. Diafraqma sıxıcı yaylı 
İM-nın elementləri göstərilmişdir.Güclü mühərrikli minik və yük avt-rində ikidiskli İM 
istifadə edilir.İkidiskli İM ölçülərin dəyişmədiyi halda daha böyük momentin ötürülməsini 
təmin edir,həmçinin də konstruksiyanın resursunu artırmağa imkan verir.Bu iki aparılan 
disk və onlar arasında ayrıcının yerləşdirilməsi ilə əldə edilir. Nəticədə dörd sürtünmə
səthi alınır.Mühərrikin burucu momentinin dəyişkən olması nəticəsində transmissiyada
dövri yüklənmələr (fırlanma rəqsləri) yaranır. Transmissiyanın fırlanma rəqslərini 
söndürmək üçün aparılan diskdə fırlanma rəqsləri söndürücüsü (dempfer)yerləşdirilir. 
Aparılan diskin topu və özü, öz aralarında sərt yox, söndürücünün yayları vasitəsilə 
birləşir.Transmissiyada yaranan rəqslər söndürücünün yaylarının deformasiya hesabına
aparılan diskin və onun topunun nisbi bucaq yerləşdirməsinə səbəb olur və bu
yerdəyişmə söndürücünün friksion elementlərinin sürtünməsiylə müşayiət olunur. 
Beləliklə, fırlanma rəqslərinin söndürülməsi sürtünmə qüvvələri hesabına baş verir. 
Bundan başqa söndürücü, transmissiyanın sərtliyini dəyişdirərək, rezonans tezliklərini
mühərrikin işçi tezlikləri sahəsindən kənara çıxararaq transmissiyada rezonansın
yaranmasına imkanı vermir.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə