80
Xalq Komissarları Sovetinin 1945-ci il mayın 6-da qəbul etdiyi qərara uyğun
olaraq Mingəçevir SES-in tikintisi bərpa edildi.
33
Həmin ilin avqustunda isə "Mingəçevirsestikinti" İdarəsi yaradıldı. 1948-ci
ilin əvvəlindən su qovşağının əsas obyektlərinin tikintisi sürətlənməyə başladı.
Mingəçevir su qovşağının inşaatçılarına bütün ölkə kömək edirdi. 300-dən artıq
müəssisə onları avadanlıq, mexanizm və tikinti materialları ilə təchiz edirdi.
34
Tikinti materialları sənayesində də yeni əmək nailiyyətləri qazanıldı. 1948-
ci ildə Bakı asbestşifer və keramika məmulatları kombinatının birinci növbəsi işə
düşdü, 1949-cu ildə kombinatın tikinti fayansı zavodu, 1950-ci ildə isə asbest boru
sexi istifadəyə verildi.
35
Mingəçevirdə, Sumqayıtda və bir sıra rayonlarda tikinti
materialları sonayesinin bir çox müəssisələri istismara verildi. Beləliklə,
respublikada inşaat materialları istehsalı ildən-ilə artmağa başladı.
Yüngül, toxuculuq, yeyinti və yerli sənaye bərpa olunur və daha da inkişaf
etdirilirdi. Yüngül və toxuculuq sənayesi müəssisələrinin yenidən qurulması və
genişləndirilməsi, onların müasir texnika ilə təchiz olunması və texnoloji
proseslərin yaxşılaşdırılması nəticəsində əsas istehlak məmulatlarının istehsalı
1950-ci ildə müharibədən əvvəlki səviyyəni ötüb keçmişdi.
36
Kənd təsərrüfatının bərpa və inkişafına diqqət artırılmışdı. ÜİK(b)P MK-nın
fevral (1947-ci il) Plenumu "Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını
yüksəltmək tədbirləri haqqında" qərar qəbul etdi.
37
Əkin sahələrinin
genişləndirilməsi, dənli və texniki bitkilərin məhsuldarlığının yüksəldilməsi,
heyvandarlığın məhsuldarlığının artırılması, MTS və sovxozların işinin
yaxşılaşdırılması, kənd təsərrüfatı maşınları istehsalının artırılması barədə
tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatının
istehsalat-texniki bazası xeyli möhkəmləndirildi. 1946-1950-ci illərdə dövlətin və
kolxozçuların bu sahəyə qoyduqları əsaslı vəsait 109,6 milyon manat idi.
38
Bu
müddət ərzində respublikaya 4200 traktor (15 at gücündə), 273 taxıl kombaynı və
çoxlu miqdarda digər kənd təsərrüfatı maşını gətirilmişdi.
39
1945-ci ildən 1950-ci
ilədək traktorların sayı 5100-dən 9400-ə, yük avtomobillərinin sayı 900-dən 3700-ə
qədər artmışdı.
40
MTS-lərin şəbəkəsi genişlənmiş, 12 MTS və 3 MHS (Maşın-
Heyvandarlıq Stansiyası) yaradılmışdı.
41
İrriqasiya tikintisi genişləndi. Kür-Araz ovalığının, Samur-Dəvəçi kanalı
zonasının və respublikanın digər regionlarının suvarılmasının həyata keçirilməsi
üçün mühüm tədbirlər görüldü. Salyan düzənliyində və Şimali Muğanda suvarma
sistemlərinin yenidən qurulması və tikintisi əsasən başa çatdırıldı. Bunun
nəticəsində əkinə yararlı torpaqların sahəsi genişləndi.
42
Kənd
təsərrüfatının
inkişafında
kolxozların
təşkilat-təsərrüfatca
möhkəmləndirilməsi mühüm əhəmiyyətə malik idi. "Kolxozlarda kənd təsərrüfatı
arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında" SSRİ XKS və
81
ÜİK(b)P MK-nın 1946-cı il 19 sentyabr tarixli qərarına
43
uyğun olaraq kolxozların
ictimai mülkiyyətini möhkəmləndirmək, torpaqlardan istifadə edilməsini nizama
salmaq, kolxozçuların əməyini səmərəli təşkil etmək, artelin Nizamnaməsinin
prinsiplərinə riayət etmək sahəsində mühüm işlər görüldü. Bunun nəticəsində
kolxozlara 20667 hektar torpaq, 5583 baş iribuynuzlu və 21266 baş xırdabuynuzlu
mal-qara, 779 baş at və s. qaytarıldı. Kolxozların 16797 nəfər inzibati işçisi ixtisara
salınaraq istehsalata göndərildi.
44
Kolxozlara 3588 min manat borc ödənildi. Bütün
bunlar təsərrüfatların ictimai mülkiyyətinin daha da inkişafına və kolxozçuların
əmək fəallığının artmasına kömək etdi.
Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və kolxozçuların təşkilat-
təsərrüfatca möhkəmləndirilməsi üçün 1950-ci il iyunun 7-də SSRİ Nazirlər Soveti
"Xırda kolxozların iriləşdirilməsi haqqında" qərar qəbul etdi.
45
1951-ci il fevralın
1-nə respublikanın kənd
təsərrüfatında 3136 artel 1044 təsərrüfatda birləşdirildi.
46
Kolxozların sayı 1950-ci ildəki 1615-dən 1951-ci ildə 1359-a qədər azaldı.
47
Kənd
təsərrüfatında kolxozlarla yanaşı, sovxozlar da mühüm yer tuturdu. 1950-ci ildə
Azərbaycanda 46 sovxoz var idi ki, bu da 1940-cı ildəkinə nisbətən 4 sovxoz az
idi.
48
Lakin kənd təsərrüfatına rəhbərlikdəki nöqsanlar kolxoz və sovxozların
üstünlüklərindən, onların daxili ehtiyat və imkanlarından istifadə etməyə mane
olurdu. Geridə qalan təsərrüfatların sayı çox idi. Kolxozlardan dövlət anbarlarına
tədarükü artırmağı tələb edirdilər. Kənd təsərrüfatı məhsullarının təhvili
planlaşdırılarkən kəndin imkanları yox, dövlətin tələbləri əsas götürülürdü. Kənd
təsərrüfatının texniki təchizatı aşağı səviyyədə qalırdı. Kənd təsərrüfatının idarə
olunması sistemi dəyişmişdi. Yerli rəhbərlər kolxoz əmlakına göstəriş verməklə
təsərrüfatlara hökm etməkdə, öz mülahizələrinə görə, istədikləri kimi fəaliyyət
göstərməkdə davam edirdilər.
Həm şəxsi, həm də ictimai təsərrüfatlar maliyyə məngənəsinin əsarəti
altında idi. Kolxozçunun öz həyətində saxladığı hər şeyin üzərinə o qədər vergi
qoyulurdu ki, mal-qara saxlamaq, meyvə ağacı yetişdirmək sadəcə olaraq sərfəli
deyildi. Kolxoz və sovxozların məhsullarının satınalma qiymətləri isə o qədər aşağı
idi ki, kolxozçuların və fəhlələrin əməyinin haqqını çox vaxt ödəmək mümkün
olmurdu.
1947-ci ildə dövlətin kolxozlara münasibəti olduqca sərtləşdi. MTS-lərdə
30-cu illərin əvvəllərindəkinə bənzər siyasi şöbələr bərpa olundu. Kolxozların
dövlətə məhsul təhvil vermək vəzifəsi daimi nəzarət altında saxlanıldı. Tikinti və
zavodlara kənd əhalisinin mütəşəkkil toplanması kəndlilərin şəhərə axınını
gücləndirdi.
Müharibədən sonrakı illərdə əsaslı tikintinin miqyası getdikcə artırdı.
Tikinti işlərini yerinə yetirmək üçün fəaliyyətdə olan "Azərneftzavodtikinti",