86
Respublikanın neft sənayesinin inkişafı üçün onun təşkilat quruluşunun
yaxşılaşdırılması mühüm əhəmiyyətə malik idi. 1953-ci ilin sonunda neftçıxarma
sənayesinə rəhbərlik edən üç birlik -"Azdənizneft", "Azneftkəşfiyyat", "Azneft"
birlikləri "Azneft" Birliyində birləşdirildi.
75
1954-cü il avqustun 1-dən Azərbaycan
SSR Neft Sənayesi Nazirliyi yaradıldı.
76
Nazirlik müəssisələrin strukturunda
dəyişikliklər apardı. Məsələn, neftçıxarma trestləri neft-mədən idarələrinə (NMİ)
çevrildi.
77
1954-cü il iyulun 9-da SSRİ Nazirlər Soveti "SSRİ neft sənayesinin daha da
inkişaf etdirilməsinə dair tədbirlər haqqında" qərar qəbul etdi. Əsas diqqət SSRİ-
nin yeni neft rayonlarının inkişafına yönəldildi. Lakin 1955-ci il üçün Azərbaycan
SSR-in neft sənayesinə ayrılan əsaslı vəsait əvvəlki ilə nisbətən 2 dəfədən çox
azaldıldı. Azərbaycan neft hasilatı üzrə SSRİ-nin ən perspektivsiz rayonları
sırasına daxil edildi. Respublika üçün neft hasilatı planı isə əvvəlki kimi 15 milyon
ton həcmində saxlanıldı.
Bütün bunlara baxmayaraq, Azərbaycan neftçiləri fədakarlıqla işləyirdilər.
78
1955-1957-ci illərdə Əli Bayramlı şəhəri yaxınlığında, Kürçayı ətraf
düzənlikdə iri neft yataqları Gürovdağ və Mişovdağ kəşf edildi və mənimsənildi.
1957-1958-ci illərdə Zəyli-Zeyvə yatağının istismarına başlandı.
79
1959-cu ildə
Kənizdağ yatağı sənaye miqyasında işlənməyə verildi.
80
Xəzər dənizində neftli sahələrin işlənməsi geniş vüsət aldı. Darvin bankası
(1950-1951-ci illər), Çilov adası (1951-ci il), Neft daşlarının şimal-şərq hissəsi
(1954-cü il), Qum adası (1956-cı il) yataqlarının mənimsənilməsi nəticəsində
dənizdə neft hasilatı sürətlə artdı. 1958-ci ildə dəniz neft yataqlarından 1950-ci ilə
nisbətən 2,5 dəfə çox neft çıxarılmışdı.
81
Neft yataqlarının mənimsənilməsində yeni mütərəqqi üsullar tətbiq
edilməyə başlandı. 1951-ci ildən neft laylarına süni təsir göstərmək üsulları tətbiq
olundu. Təkrar neft hasilatı, layların su ilə parçalanması və quyuların turşu ilə
yuyulması metodlarının sənaye miqyasında tətbiqinin böyük səmərəsi olmuşdu.
Təkcə 1951-1955-ci
illərdə təkrar neft hasilatı metodlarının tətbiqi nəticəsində əlavə olaraq dörd
milyon tondan çox neft hasil edilmişdi.
82
Qaz sənayesi də tərəqqi edirdi: 1954-1955-ci illərdə Qaradağ qaz-kondensat
yatağının, 1958-1959-cu illərdə isə qazlı-neftli Zirə yatağının kəşfi və sənaye
miqyasında işlənməsi ilə qaz sənayesi daha çox inkişaf etdi. Nəticədə yüksək
kalorili yanacaq və qiymətli kimya xammalı olan qazın hasilatı artdı. 1960-cı ilin
əvvəlində Bakı-Tbilisi-Yerevan magistral qaz kəmərinin tikintisi başa çatdı.
Lakin hər il Azərbaycan SSR-in xalq təsərrüfatına qoyulan vəsaitin 80 faizi
neft hasilatı və emalına sərf edilsə də, dəniz yataqlarının mənimsənilməsinə
başlansa da, istənilən nəticə əldə olunmurdu. 1960-cı ildə neft hasilatı (17,8 mln
87
ton) 1940-cı il səviyyəsinin (22,2 mln ton) cəmi 80 faizini təşkil edirdi. 1950-ci ilə
nisbətən isə cəmi (14,8 mln ton) 20 faiz artmışdı.
83
Buna müharibədən qabaqkı
dövrdə və müharibə illərində Bakı rayonunda neft yataqlarının gərgin istismarı
təsir etmişdi. Sahəyə rəhbərlikdəki nöqsanlar, elmi-texniki nailiyyətlərin ləng
tətbiq olunması, qazmanın geri qalması da hasilatın artım sürətinə mənfi təsir
göstərirdi.
Neftayırma sənayesi daha da inkişaf etməkdə idi. 1953-1954-cü illərdə 2
köhnə mazutayıran qurğu və təmizləmə sexləri yenidən quruldu. AzNİİ-4 (1952-ci
il) aşqarı istehsal edən ikinci qurğu; qudronu asfaltsızlaşdıran qurğu (1953-cü il);
AzNİİ-5 aşqarı istehsal edən qurğu (1958-ci il); yağları selektiv təmizləyən ikinci
qurğu (1959-cu il); AzNİİ-7 aşqarı istehsal edən qurğu (1960-cı il) tikilib istifadəyə
verildi.
84
Beləliklə, 50-ci illərin sonuna yaxın respublikanın neftayırma sənayesi 80
adda neft məhsulları hazırlayan iri istehsalat kompleksinə çevrildi.
85
Neft maşınqayırma sənayesi üzrə yeni məhsulların istehsalı ildən-ilə artırdı:
məsələn, qazma dəzgahları, ikilüləli qazma üçün vışkalar, səyyar və stasionar
qaldırıcılar, üçpərli baltalar, qaldırıb-endirmə əməliyyatları üçün avtomatlar
istehsal olunurdu.
Azərbaycanın neft maşınqayırma zavodları öz məhsullarını təkcə respublika
üçün deyil, həmçinin bütün ölkəyə ixrac edirdi. Ölkə üzrə istehsal olunan neft
maşınqayırma avadanlıqlarının 75 faizə qədəri Azərbaycan müəssisələrinin payına
düşürdü.
Respublikada maşınqayırmanın yeni sahələri meydana çıxdı. 1954-cü ildə
"Mingəçevirtikinti" təmir zavodu əsasında "Mingəçevirkəndmaş" kənd təsərrüfatı
maşınqayırma zavodu yaradıldı, elektrotexnika sənayesinin "Azərkabel"
zavodunun tikintisinə başlanıldı. 1956-cı ildə Bakıda güclü ekskavator təmiri
zavodu tikildi. Həmin ildə "Azdənizneftkəşfiyyat" təmir-mexaniki zavodu
bazasında "Bakı qazaparat" zavodu inşa edildi. 1957-ci ildə Keşlə maşınqayırma
zavodunun və səyyar qazma maşınları zavodunun birləşdirilməsi ilə özüyeriyən
neft-mədən
maşınları istehsalı üzrə iri ixtisaslaşdırılmış müəssisənin
yaradılmasının əsası qoyuldu. 1957-ci ildə Bakıda elektrik təmiri zavodu
yaradıldı.
87
Azərbaycanın enerji bazası qüvvətlənirdi. 1954-cü il yanvarın 10-da
Mingəçevir SES-in birinci növbəsi işə düşdü. İki güclü turbogeneratorun hərəkətə
gəlməsi ilə yaranan ilk sənaye cərəyanı Bakıya və Gəncəyə daxil olmağa başladı.
88
1954-cü ilin sonuna qədər digər dörd aqreqatın işə düşməsindən sonra SES-in gücü
356 min kilovata çatdı.
89
Mingəçevir hidrotexniki tikinti kompleksinin inşası Kür-Araz düzənliyinin
suvarılması, Kür çayında ilboyu gəmiçiliyin təmin olunması, kənd təsərrüfatına