92
Lakin inkişafa əngəl törədən maneələr də az deyildi. Sənayenin ərazi
prinsipi üzrə idarə olunmasının ciddi nöqsanları getdikcə daha çox özünü büruzə
verməyə başladı. Bu nöqsanlar sahənin hərtərəfli və səmərəli inkişafına mane
olmağa başladı.
İqtisadiyyata qeyri-iqtisadi, amiranə metodlarla rəhbərlik şəraitində
planlaşdırma mexanizmini yaxşılaşdırmaq, onu həvəsləndirici amilə çevirmək
cəhdləri də çox az səmərə verdi. Elmi-texniki mərkəzlərlə əlaqələrin zəifliyi də
sənaye müəssisələrinin işinə mənfi təsir göstərirdi.
Azərbaycan SSR Ali Soveti (sentyabr, 1965-ci il) Azərbaycan Xalq
Təsərrüfatı Şurasının ləğvi haqqında qərar qəbul etdi.
122
İttifaq-respublika
nazirlikləri bərpa edildi.
123
60-cı illərdə neft sənayesi iqtisadiyyatın mühüm sahəsi olaraq qalırdı. Elmi-
texniki tərəqqi sayəsində geoloji-kəşfiyyat işləri yaxşılaşmışdı. 1965-ci ildə Dəniz
Neft və Qaz Yataqları Kəşfiyyatı İdarəsi yaradıldı. Quruda Qarabağlı, Kürsəngi,
dənizdə Cənubi Bankə, Sanqaçal və Duvannı yataqları istismara verildi.
Müəssisələr yenidən qurularaq, qazma işində qabaqcıl üsullar tətbiq olunurdu.
"Abşeron", "Azərbaycan" və "Bakı" üzən qazma qurğuları vasitəsilə 15-60
metrlik su qatının altında 1600-1800 metr dərinlikdə kəşfiyyat quyularının
istismara verilməsi nəticəsində neft hasilatı artdı. 1960-cı ildə 17,8, 1970-ci ildə isə
20,2 milyon ton neft çıxarılmışdı. Qaz hasilatı ildə təxminən 5,5 milyard kub.m
həcmindən yuxarı qalxmırdı.
124
Əsas səbəblərdən biri qazma qurğularının yeni
avadanlıqla kifayət qədər təmin olunmaması idi. Mədənlərdə geoloji və mühəndis
işi aşağı səviyyədə idi, istehsalat və əmək intizamı zəifləmişdi. Neftçilərin sosial-
məişət şəraitinin yaxşılaşdırılmasına da lazımi qayğı göstərilmirdi.
Beləliklə, 60-cı illərin sonlarında neft və qaz hasilatı aşağı düşmüş, neft
sənayesində səmərəlilik müharibədən sonrakı bütün beşilliklərdəkinə nisbətən ən
aşağı səviyyədə olmuşdu.
60-cı illərdə neft emalı, neft-kimya və kimya sənayesinin əsaslı surətdə
yenidən
qurulmasına başlanılmışdı. Neft emalı sənayesinin qurğuları
təkmilləşdirilmiş, təbii qaz kondensatı emalı qurğusu işə düşmüşdü. 1961-1965-ci
illərdə neft emalı 25 faiz artdı.
125
Lakin neft və qaz hasilatı aşağı düşdüyündən neft
emalı zavodlarının gücündən tam istifadə olunmurdu, yağların istehsalı da xeyli
azalmışdı.
126
Bu illərdə kimya sənayesi inkişaf etməkdə idi. Sumqayıt superfosfat
zavodu işə düşmüş, spirt istehsalı sahəsi istismara verilmişdi. Bakı şin zavodunun
ikinci istehsal sahəsi fəaliyyətə başlamışdı. 1967-ci ildə Mingəçevirdə şüşə lif
zavodu fəaliyyətə başladı, zavodda toxuculuq istehsalı yaradıldı, sintetik yuyucu
maddələr istehsalına başlanıldı.
Sənayenin aparıcı sahələrindən olan metallurgiyada 1960-cı illərdə polad
istehsalı 84 faiz, qara metal prokatı 6 faiz, dəmir filizi çıxarılması 19 faiz
93
artmışdı.
127
Azərbaycanın boru-prokat zavodlarında "250-2" prokat dəzgahı işə
salınmışdı. 160 min ton polad boru istehsal edə bilən bu zavodda iki marten sobası
var idi. 1964-cü ildə alüminium almaq üçün xammal verən Zəylik alunit mədəni
işə düşmüşdü.
Respublikada ağır sənayenin inkişafında maşınqayırma sənayesi mühüm rol
oynayırdı. Maşınqayırma müəssisələrində istehsal olunan məhsulların texniki
səviyyəsini yüksəltmək, köhnəlmiş texnikanı daha təkmil olan yenisi ilə əvəz
etmək üçün yeni tədbirlər həyata keçirilmişdi. 60-cı illərin sonlarında respublikanın
neft maşınqayırma sənayesi SSRİ-də neft-mədən maşınqayırma məhsulunun üçdə
birini verirdi.
128
"Azneft-mədənmaşın"ın müəssisələri istehsalını artırmışdı. 60-cı
illərin sonlarında maşınqayırma müəssisələri 353,9 milyon manatlıq maşın və
avadanlıq istehsal etmişdi ki, bu, 1965-ci ilə nisbətən 1,57 dəfə, 1950-ci ilə
nisbətən isə 10 dəfədən çox idi.
129
Sənayenin elektrotexnika, cihazqayırma sahələri də uğurla inkişaf edirdi,
ölkənin iri müəssisələri üçün elektrik sobaları və digər elektrotexniki avadanlıq
istehsal olunurdu. Elektrotexnika sənayesi 1965-ci ilə nisbətən iki dəfə çox məhsul
istehsal etmişdi.
130
Cihaz istehsalının ümumi həcmi 1970-ci ildə 1950-ci ilə
nisbətən 61,4 dəfə artmışdı.
Respublikada energetika sənayesi sahəsində 150 min kilovat gücü olan
"Şimal" elektrik stansiyası, hər biri 150 min kilovat güclü dördbloklu, SSRİ-də ilk
açıqtipli Əli Bayramlı elektrik stansiyası, 75 min kilovat gücündə 1 saylı Gəncə
elektrik stansiyası istifadəyə verilmişdi. Sumqayıt elektrik stansiyasının gücü iki
dəfə artırıldı, Azərbaycan, Gürcüstan və Ermənistan enerji sistemlərinin
birləşdirilməsi başa çatdırıldı.
Yüngül və yeyinti sənayesində də irəliləyişlər baş verdi. Gəncə xalça
kombinatı işə düşdü.
132
İstehlak malları istehsalı artdı. Belə ki, pambıq lif istehsalı
1960-cı ildə 104,4 min ton, 1970-ci ildə 131,4 min ton, xam ipək sap istehsalı
1960-cı ildə 347 ton, 1970-ci ildə 409 ton, yun iplik istehsalı 1960-cı ildə 1,7 min
ton, 1970-ci ildə 4,3 min ton, alt trikotaj 1960-cı ildə 10,3 milyon ədəd, 1970-ci
ildə 15,9 milyon ədəd, üst trikotaj 1960-cı ildə 0,5 milyon, 1970-ci ildə 4,6 milyon
ədəd, xalça-palaz 1960-cı ildə 54 min kv.m, 1970-ci ildə 823 min kv.m olmuşdu.
133
Lakin yüngül sənaye sahələrində respublikanın xammal ehtiyatlarından pis istifadə
olunurdu, bir çox malların növləri və keyfiyyətləri istehsalçıların tələblərini təmin
etmirdi.
Yeyinti sənayesinin inkişafında müəyyən irəliləyişlər var idi. 1960-cı
illərdə dörd süd, üç konserv zavodu, ət kombinatı, iki çörək zavodu, tütün
kombinatı və quşçuluq fabriki işə düşmüşdü. Kolbasa-vetçina məhsulları, bitki,
konserv, qənnadı məmulatı istehsalı çoxalmışdı. 1960-cı ilə nisbətən ət istehsalı
12,3 min ton, bitki yağları istehsalı 8 dəfə artmışdı.
134