98
istehsalata ləng tətbiqi bu vəziyyəti daha da ağırlaşdırırdı. Aqrar bölmənin
inkişafına bəzi ünsürlər də maneçilik törədirdilər.
50-60-cı illərdə Azərbaycanda tikinti sahəsində tədricən inşaat işləri
genişləndirilir, tikinti sənayeləşdirilir, yeni konstruksiyalar tətbiq edilir, istehsal
proseslərinin mexanikləşdirilməsi təmin olunurdu. Yığma dəmir-beton
konstruksiyalar istehsalı 1953-cü ildəki 36,3 min kub m-dən,
157
1960-cı ildə 412,7
min kub m-ə qədər artmışdı.
158
Bununla belə, respublikada əsaslı tikinti geri qalır,
nəzərdə tutulan planlar tam yerinə yetirilmirdi.
Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1965-ci il oktyabrın 4-də qəbul
etdiyi qərarla müttəfiq respublikalara əsaslı tikintinin planlaşdırılması, əməyin və
əmək haqqının maliyyələşdirilməsi sahəsində əlavə hüquqlar verildi. Bakıda iki
iripanelli evtikmə kombinatı, Sumqayıtda və Mingəçevirdə evtikmə zavodları,
Sumqayıtda şüşə zavodu, dəmir-beton hissələr istehsal edən zavodlar işə düşdü.
1960-1970-cı illərdə yığma dəmir-beton məmulatın istehsalı 2,5 dəfə çoxalmış,
kərpic istehsalı 988 milyon ədəddən 1120 milyon ədədə çatmışdı.
159
50-60-cı illərdə respublikanın nəqliyyatında dəmir yolu nəqliyyatı yüklərin
daşınmasının başlıca vasitəsi olaraq qalmaqda idi. 1955-ci ilin noyabrında müstəqil
Azərbaycan Dəmiryol İdarəsi yaradıldı. Azərbaycanın dəmir yollarının uzunluğu
1960-cı ildə 1950, 1970-ci ildə isə 1811 km idi.
160
Elektrik dəmir yolu şəbəkəsi
genişlənmiş, uzunluğu 794 km olmuşdu.
161
Azərbaycandan dəniz nəqliyyatı ilə yük göndərilməsi və su yolu ilə
respublikaya yük gətirilməsi də artmışdı. Hər il Kür çayı nəqliyyatı ilə 300 min
tondan çox yük daşınırdı.
162
1962-ci ildən işə düşmüş dəmiryol su rabitəsi Bakı-Krasnovodsk xətti ilə
daşımada mühüm yer tuturdu. Bərə ilə daşınma Qafqazın Orta Asiya, Qazaxıstan
və Sibir ilə nəqliyyat əlaqələrini yaxşılaşdırdı.
Qara dənizdə olan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri İtaliya,
Əlcəzair, Birləşmiş Ərəb Respublikası, Polşa, Rumıniya, Bolqarıstan və başqa
ölkələrin limanlarına ardıcıl reys edirdilər. 1964-cü ildə Azərbaycan gəmiləri
Volqa-Baltika su yolundan istifadə edərək, İrandan Danimarkaya, Hollandiyaya,
Almaniyaya yük daşımağa başlamışdılar.
163
Avtomobil yük nəqliyyatı sürətlə inkişaf edirdi. Onun yük dövriyyəsi 1950-
ci ildəki 522 mln. ton km müqabilində 1970-ci ildə 3709 mln. ton km olmuşdu.
164
Sərnişin daşınması 1950-ci ildəki 11 mln. nəfərdən 1970-ci ildə 3345 mln. nəfərə
qədər artmışdı.
165
Avtomobil yollarının yenidən qurulması və yenilərinin salınması sahəsində
böyük işlər görülürdü. 1950-1960-cı illərdə Azərbaycanda avtomobil yollarının
uzunluğu 11 min km-dən 1970-ci ildə 21,1 min km-ə qədər artmışdı.
166
99
Şose yollarının təzələnməsində də mühüm işlər görülürdü. Bərdə-Tərtər-
İstisu, Saatlı-Bəhramtəpə-İmişli şose yolları istifadəyə verilmişdi. Azərbaycanla
Ermənistan və Gürcüstan arasında avtomobil əlaqəsi yaradılmışdı.
167
Lakin sərnişinlərin rayonlararası daşınması lazımi səviyyədə
inkişaf
etməmişdi. Bakıda şəhər nəqliyyatı pis işləyirdi.
Respublikada hava nəqliyyatı da inkişaf edirdi. 1960-cı ildə hava xətləri
Bakını təkcə Moskva ilə deyil, həm də başqa şəhərlərlə əlaqələndirirdi.
Təyyarələrlə həm sərnişin, həm də yüklərin daşınması artmışdı. Məsələn, sərnişin
daşınması 1950-ci ildəki 21 min nəfərdən artaraq 1970-ci ildə 969 min nəfərə
çatmışdı.
168
Aviasiya kənd təsərrüfatı ziyanvericilərinə və bitki xəstəliklərinə qarşı
mübarizədə kənd əhalisinə misilsiz kömək göstərirdi.
Respublikada poçt rabitəsi sürətlə inkişaf edirdi. 60-cı illərin əvvəllərində
bütün rabitə agentlikləri rabitə şöbələrinə çevrildi.
169
Bakıda rabitə kontoru əvəzinə
poçtamt, şəhər və rayonlarda isə rabitə qovşaqları yaradıldı. 1970-ci ildə
Azərbaycanda 1555 poçt, teleqraf və telefon müəssisəsi var idi.
170
Şəhər telefon stansiyalarının sayı 1950-ci ildəki 89-dan 1970-ci ildə 132-yə,
o cümlədən ATS-lərin sayı müvafiq olaraq 6-dan 84-ə qədər çoxalmışdı. 1960-cı
ilə qədər bütün kənd sovetləri və kolxozlar telefonlaşdırılmışdı.
171
Radiorabitə vəsaitləri böyük sürətlə inkişaf edirdi. Respublikada
radioqəbuledici nöqtələrin sayı 1950-ci ildəki 181 mindən 1970-ci ildə 1701 minə
çatmışdı.
172
Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətini 1956-cı il fevralın 14-
də ilk yoxlama verilişi ilə başladı, sonralar televiziya mərkəzinin verilişləri
Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başlandı.
1966-cı ildə Bakı-Şuşa, 1969-cu ildə Şuşa-Naxçıvan radiorele xətti
istifadəyə verildi. 1970-ci ildə radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə
Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi.
Lakin respublikada, xüsusən kənd yerlərində rabitə şəbəkəsinin inkişaf
səviyyəsi və sürəti əhalinin durmadan artan tələbatından hələ də geri qalırdı.
Beləliklə, 40-cı illərin ikinci yarısı - 80-ci illərdə Azərbaycan iqtisadiyyatı
çətin, ziddiyyətli, eyni zamanda uğurlu inkişaf yolu keçdi. Lakin iqtisadi idarəetmə
və planlaşdırmada ciddi qüsurlarla əlaqədar mövcud inkişaf sürəti, əmək
məhsuldarlığı, istehsal Azərbaycanın potensial imkanlarından xeyli aşağı idi.