104
Tikintinin sürətinin durmadan artmasına baxmayaraq, mənzil problemi
bütün ölkədə olduğu kimi, Azərbaycanda da kəskin olaraq qalırdı. Müharibədən
sonrakı illərdə respublikada şəhər və qəsəbələrin sayı sürətlə artırdı. 1946-1970-ci
illərdə 32 yeni şəhər və 59 qəsəbə salındı.
205
Mingəçevir, Sumqayıt, Əli Bayramlı
şəhəri müasir şəhərsalma mədəniyyətinin gözəl nümunələri idi.
Şəhərlərin, fəhlə qəsəbələrinin və kəndlərin abadlaşması, kommunal-məişət
xidmətinin genişlənməsi də əhalinin həyat şəraitinin yaxşılaşmasına çox kömək
edirdi. 1970-ci ildə respublikada
şəhər ümumi ictimai mənzil fondunun 81 faizi su
kəmərləri, 79 faizi kanalizasiya, 54 faizi mərkəzi isitmə və buxardan istifadə
sistemi, 93 faizi qazla təchiz olunmuşdu.
206
Şəhər nəqliyyatı genişlənməkdə idi. Trolleybus xətlərinin uzunluğu 1945-ci
ildəki 8,1 km-dən 1970-ci ildə 145 km-ə, sərnişin daşınması isə müvafiq olaraq 4,3
mln -dan 57,5 mln nəfərə çatdı.
207
1955-ci ildə Gəncə şəhərində trolleybus xətti
istismara verildi. 1958-ci ildə Sumqayıt şəhərində tramvay xətti işə düşdü.
208
Bakı şəhərinin abadlaşdırılmasına diqqət artırıldı. SSRİ Xalq Komissarları
Sovetinin "Bakı şəhərinin şəhər təsərrüfatına kömək tədbirləri haqqında" 1945-ci il
16 yanvar tarixli və "Bakı şəhərinin şəhər təsərrüfatını yaxşılaşdırmaq sahəsində
tədbirlər haqqında" 1946-cı il 5 yanvar tarixli qərarları respublika paytaxtının
təsərrüfatını yaxşılaşdırmaq üçün geniş imkanlar yaratdı.
209
Bakı şəhərində böyük dəyişikliklər baş verdi. Şəhərin ətrafında yeni
qəsəbələr salındı. 1951-1960-cı illərdə şəhərdə 2022,1 min kvadrat metr mənzil
sahəsi,
210
televiziya mərkəzi, respublika stadionu, Dzerjinski adına (indiki Şəhriyar
adına) klub, bir sıra yay kinoteatrları və s. tikilmişdi.
SSRİ Nazirlər Soveti tərəfindən 1951-ci ildə Bakı su kəmərinin ikinci
növbəsinin tikilməsi barədə,
211
1959-cu ildə isə Bakı və onun rayonlarının qazla
fasiləsiz təchiz edilməsi, bütün yaşayış massivlərinin 1960-cı ilə qədər tam
qazlaşdırılması haqqında qərar qəbul edilmişdi.
212
1957-ci ildə şəhərə su verilməsi
xeyli artdı.
213
Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi.
1967-ci il noyabrın 6-da Bakı metropoliteninin birinci növbəsinin istismara
verilməsi respublikanın həyatında böyük hadisə oldu.
214
O, SSRİ-də beşinci, Yaxın
Şərqdə birinci metropoliten idi.
Azərbaycan kəndlərinin siması xeyli dəyişdi. Məsələn, Göyçay rayonunun
"Bolqarıstan" kolxozunda geniş asfalt küçələr salınmış, şəhərtipli çoxlu evlər
tikilmişdi. Gecələr küçələr elektriklə işıqlandırılırdı. Kolxozun öz univermağı,
onillik məktəbi və xəstəxanası var idi. 50-ci illərin axırlarında Quba rayonunda
Qudyalçay üzərində yeni körpü salınmışdı. 1958-ci ildə rayon mərkəzində
televiziya yarımstansiyası işə başladı.
İnsanların məişətinə paltaryuyan maşınlar, soyuducular, tozsoranlar, tikiş
maşınları, elektrik çaynikləri, ütüləri geniş daxil olmağa başladı.
105
İnsanlara tibbi xidmət ilbəil yaxşılaşır, əhalinin sağlamlığının mühafizəsinə
sərf edilən vəsait artır, müalicə-profilaktika müəssisələrinin şəbəkəsi genişlənirdi.
1940-1970-ci illərdə Azərbaycanda xəstəxanaların sayı 222-dən 779-a, onlardakı
çarpayıların sayı 12,6 mindən 48,8 minə, ambulator-poliklinika müəssisələrinin,
qadın məsləhətxanalarının sayı 1097-dən 1388-ə qədər artmışdı.
215
Həkimlərin və orta tibb işçilərinin sayı durmadan artırdı. Əgər 1940-cı ildə
Azərbaycanda 3,3 min həkim olmuşdusa, 1970-ci ildə onların sayı 13,1 minə
çatmışdı. Həmin müddət ərzində orta tibb işçilərinin sayı 7,5 min nəfərdən 39,7
min nəfərə qədər artmışdı.
216
Əhalinin sağlamlığının mühafizəsində sanatoriya-kurort müalicə və istirahət
evləri də mühüm rol oynayırdı. Əgər 1946-cı ildə həmkarlar ittifaqlarının 38
istirahət evi və sanatoriyası var idisə,
217
1970-ci ildə onların sayı 99-a çatdı.
218
Əməkçilər Mərdəkanda, Naftalanda, Şuşada, İstisuda, Şəkidə müalicə olunur və
istirahət edirdilər.
Adamların maddi rifahının yaxşılaşması və səhiyyə sahəsindəki nailiyyətlər
əhali arasında ölüm hadisələrinin azalmasına və təbii artımın müntəzəm artmasına
kömək edirdi.
İnsanların
sağlamlığının
möhkəmləndirilməsində,
onların
əmək
qabiliyyətinin saxlanılmasında bədən tərbiyəsi hərəkatı mühüm rol oynayırdı.
İdman qurğuları şəbəkəsi ilbəil artır, onların sayı 1946-cı ildəki 1932-dən 1970-ci
ildə 5455-yə çatmışdı.
219
İdman oyunları, yarışlar və spartakiadalar, bədən tərbiyəsi
hərəkatının əhali arasında geniş yayılması böyük əhəmiyyət kəsb edirdi. İlk dəfə
1949-cu ildə fabrik və zavod kollektivlərinin spartakiadası keçirilmişdi.
220
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üçün könüllü idman
cəmiyyətləri - "Neftçi", "Spartak", "Məhsul" minlərlə oğlan və qız arasında
müntəzəm idman işi aparırdılar.
Beləliklə, müharibədən sonrakı illərdə həyata keçirilmiş kompleks tədbirlər
nəticəsində Azərbaycanda əhalinin maddi rifahının yüksəlməsi təmin olunmuş,
zəhmət adamlarının əmək və məişət şəraiti yaxşılaşmışdı.