90
qəsəbəsində pambıqtəmizləmə zavodu tikildi. 1955-ci ildə Nuxa (indiki Şəki) ipək
kombinatının boyaq-naxış fabriki, Qarabağ ipək kombinatında toxuculuq sexi işə
salındı.
109
1959-cu ildə Bakı kamvol kombinatı və gön-dəri zavodu, 1960-cı ildə isə
Mingəçevir pambıq-parça fabriki istifadəyə verildi.
110
Yeyinti sənayesində də yüksəliş müşahidə olunurdu. Onun müəssisələri
yenidən qurulmuş və müasir texnika ilə təmin edilmişdi. Yeni iri müəssisələr -
Bakı marqarin zavodu, Astara və Masallı çay fabrikləri, Bakı tütün-fermentasiya
zavodu, Bakı ət kombinatının kolbasa zavodu, Bakı süd kombinatı, Ucar konserv
zavodu, Bakı konyak, Bakı quru buz, İstisu mineral sularının doldurulması, yağ-
pendir, çörək, şərab zavodları işə başlamışdı. Gəncə yağ-piy kombinatının, Bakı
pivə zavodunun, makaron fabrikinin, Lənkəran çay fabrikinin, Xaçmaz və Quba
konserv zavodlarının sexləri yenidən qurulmuşdu.
111
Azərbaycanın bütün rayonlarında yerli sənaye müəssisələri, geniş istehlak
və məişət malları istehsalı inkişaf etmişdi. 1955-ci ildə respublikada 78 yerli
sənaye müəssisəsi, 12 sənət-kooperasiya arteli və əhalinin məişət ehtiyaclarına
xidmət edən 1411 emalatxana var idi.
112
Azərbaycan ərazisində sənayenin daha
səmərəli yerləşdirilməsinə diqqət artmışdı. Bakıda sənayenin dönmədən inkişafı ilə
yanaşı, başqa şəhər və rayonlarda yeni iri sənaye mərkəzləri yaranmışdı. Sumqayıt
kimya sənayesinin, əlvan və qara metallurgiyanın mərkəzi, Mingəçevir su-elektrik
stansiyası energetiklərin şəhəri, Daşkəsən filiz-mədən sənayesinin mərkəzi, Neft
daşları Xəzər neftçilərinin şəhəri oldu, beləliklə, rayonlarda sənayenin xüsusi
çəkisi artdı. Əgər 1940-cı ildə Bakının və ona bitişik rayonların payına sənaye
məhsulu həcminin 90 faizdən çoxu düşürdüsə, 1958-ci ildə bu, 65,1 faizə bərabər
idi.
113
Azərbaycanda sənaye istehsalı yüksəlişinin əsas amillərindən biri sənayenin
texniki səviyyəsinin yüksəlməsi idi. 1955-ci ilin sonunda bütün kompressor
quyularının 80 faizdən çoxuna hava verilməsi avtomatlaşdırılmışdı.
114
1958-ci ilin
ortalarında mədənlərdə endirmə-qaldırma əməliyyatlarını mexanikləşdirmək üçün
3300 dəstdən artıq avadanlıq (PSDP) qoyulmuşdu.
115
1946-1958-ci illərdə
neftçilərlə alimlər və konstruktorların əməkdaşlığı nəticəsində 600-dən artıq adda
müxtəlif neft-mədən avadanlığı mənimsənilmişdi.
116
Xəzərdə salınan yaşayış binaları, uzunluğu 163,4 min metr olan estakada
yolları və mədəni-məişət obyektləri onu əsil mənada dəniz üzərində neftçıxarma
sənayesi şəhərciyinə çevirmişdi.
117
Lakin elmi-texniki tərəqqinin nəticələrindən istehsalatda, xüsusən tikinti,
yüngül və yeyinti sənayesi sahələrində, habelə kənd təsərrüfatında tam və səmərəli
istifadə olunmurdu.
İstehsalı inkişaf etdirmək üçün idarə sisteminin təkmilləşdirilməsi yolları
axtarılırdı. Sov.İKP MK 1957-ci ildə əsas inzibati-iqtisadi rayonlarda xalq
91
təsərrüfatı şuralarının (XTŞ) yaradılması təklifini irəli sürdü
118
Bu, sənayeyə
sahələr üzrə rəhbərlikdən ərazi üzrə rəhbərliyə keçilməsi demək idi. 1957-ci ilin
iyununda 11 sahə idarə orqanı olan Azərbaycan inzibati-iqtisadi rayonunun Xalq
Təsərrüfatı Şurası (XTŞ) yaradıldı. Respublikada 5 ittifaq-respublika nazirliyi ləğv
olundu və onların bütün müəssisələri, təşkilat və idarələri, Azərbaycan ərazisində
yerləşən və səkkiz Ümumittifaq nazirliyinin tabeliyində olan müəssisələr,
respublika neft sənayesinin maşınqayırma zavodları XTŞ müəssisələri sisteminə
verildi. XTŞ-nin tərkibinə cəmi 394 müəssisə, o cümlədən 278 sənaye müəssisəsi
daxil oldu. 1959-cu ildə respublika neft sənayesinin müəssisələri də XTŞ-nin
sərəncamına verildi
119
Xalq təsərrüfatı şuralarının yaradılmasının bəzi müsbət nəticələri də özünü
göstərdi. Belə ki, yüklərin lüzumsuz qarşılıqlı daşınması azaldı. Müxtəlif
nazirliklərin müəssisələrində bir-birini təkrar edən yüzlərlə xırda istehsal sahələri
bağlandı. Bir çox müəssisənin texniki cəhətdən yenidən qurulması prosesi
sürətləndi.
Bu illərdə neft-qaz hasilatının artımı və onların emalının genişləndirilməsi
sahəsində başlanan uğurlarla yanaşı, həmin ərəfədə istismara verilmiş başqa sənaye
sahələri müəssisələrinin istehsal güclərinin daha tam mənimsənilməsi, habelə yeni
müəssisələrin tikilməsi hesabına Azərbaycan sənayesi strukturunun tədricən
təkmilləşdirilməsi istiqamətində ilk çox ciddi dəyişikliklərin başlanmasının əsası
qoyuldu. Nəticədə sənayedə çalışan sənaye istehsal heyətinin sayı 1950-ci ildəki
172,8-dən 1960-cı ildə 219 min nəfərə qalxdı.
120
Sənayenin başqa sahələrinin üstün
artımı nəticəsində yanacaq istehsalının Azərbaycan sənayesinin strukturunda
xüsusi çəkisi 1950-ci ildəki 37,13 faizdən 1960-cı ildə 22,5 faizə endi.
121
Bu
dövrdə ilk növbədə ağır sənayenin maşınqayırma, qara və əlvan metallurgiya, neft-
kimya və kimya sənayesi sahələri daha sürətlə inkişaf etmişdir.
Azərbaycanın, həm də SSRİ-nin başqa neft-qazçıxarma rayonlarının artan
tələbatını ödəmək məqsədilə respublikada neft maşınqayırma sənayesinin inkişaf
miqyasının xeyli genişlənməsi ilə yanaşı, müxtəlif güclü elektrik mühərrikləri,
transformatorlar, polad, qara metallar prokatı, dəmir filizi kimi məhsulların
istehsalının həcmi artdı. Azərbaycanda mineral gübrələr, kaustik soda, etil və butil
spirti, sulfanol, avtomobil və motosikl təkərləri, məişət soyuducuları, qaz plitələri
və s. çoxlu yeni sənaye məhsulunun kütləvi istehsalına başlandı. Əhalinin
tələbatının daha çox yerli istehsal hesabına təmin edilməsi məqsədilə ənənəvi
sənaye sahələrində (pambıq parça, yun və ipək parça, gön-dəri ayaqqabı, qənnadı
məmulatları, ət, konserv məhsulları və s.) istehsalın həcminin xeyli artması ilə
yanaşı, bir sıra xalq istehlakı və ərzaq məhsulları hasilatı üzrə yeni müəssisələr də
yaradıldı.