Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

78
 
Əlavə 2 
yaşayış binalarının yerləşdiyi bir mərkəzdə birləşdirilmişdir. Mərkəzdə karbon çirkləndirməsi tam 
neytraldır. Samux Kompleksinə bir neçə kənd təsərrüfatı məhsulları istehsalı, məsələn buğda və 
tərəvəz  əkinləri,  istixanalar,  meyvə  bağları,  heyvandarlıq,  südçülük  fermaları,  balıqçılıq 
təsərrüfatları, şirə, meyvə və mal-qara yemi qablaşdırma müəssisələri daxildir. Kənd təsərrüfatı 
müəssisələri ilə yanaşı 1,000-ə qədər yaşayış evləri ev işçiləri və Dağlıq Qarabağ regionundan 
olan  qaçqınlar  üçün  tikiləcəkdir.  Kompleks  elektrik  enerjisi  və  istilik  generasiyasını  müxtəlif 
bərpaolunan mənbələrdən əldə edəcək. Bu mənbələr günəş, geoistilik və Samux kompleksində 
və  yaxınlıqdakı  rayonlarda  yerli  şəraitdə  istehsal  olunan  biokütlə  tullantıları  daxildir. 
Azərbaycanda  oxşar  kənd  təsərrüfatı  müəssisələrinin  sayının  kiçik  lakin  artan  dinamikada 
olmasına baxmayaraq, bu, bərpaolunan enerji ilə işləyən ilk belə kompleks olacaqdır. NAMA-nın 
bir hissəsi olaraq, ABEMDA Samux Kompleksindən əldə olunan öyrənilmiş dərslərdən və texniki 
bacarıqlardan istifadə edəcək və bu təcrübəni Azərbaycanın daha beş yerində təkrarlayacaqdır. 
E. 
İnvestisiya imkanlarına dair məlumat 
183. İnvestisiya imkanları Samux Aqro-Enerji Kompleksinin 1-ci mərhələsində aşağldakılar daxil 
olmaqla iki enerji qurğularının tikintisi və istismara verilməsini nəzərdə tutur:  
(i)  3.2 MVt gücündə günəş fotoelektrik (PV) enerji qurğusu. 
(ii)
0
.75 MVt-lıq bioqaz enerjisinin və 0.6 MVt-lıq geo-istilik və 6 MVt-lıq günəş istilik enerjisi 
qurğusu. 
184.  Bu  sahələrə  investisiya  qoyuluşu  günəş    PV  və  biokütlə  enerjiləri  sahəsində  texniki 
təcrübənin artmasına gətirib çıxaracaqdır ki, bu da ABEMDA-ya bu təcrübənin Samuxdan başqa 
digər  kənd  təsərrüfatı  rayonlarında  təkrarlanmasında  kömək  edəcəkdir.
4
 NAMA-da  göstərildiyi 
kimi, Samuxda 34.5 MV elektrik və 49 MV istilik enerjisi həcmində quraşdırılacaq bərpaolunan 
enerji planlaşdırılır; respublikasının seçilmiş beş rayonunda gələcək aqro-enerji kompleksləri də 
eyni ölçüdə olacaqdır. Ona görə də əgər Samux pilot layihəsi uğurlu olarsa, günəş PV və bioqaz 
qurğularının  digər  yerlərdə  istifadəsinin  genişləndirilməsi  potensialı  əhəmiyyətlidir.  İnvestisiya 
fəaliyyəti  eyni  zamanda  NAMA-da  maliyyə  və  tənzimləyici  əngəllərin  necə  həll  olunması 
məsələsində pilot araşdırma rolunu oynayacaqdır. 
185.  NAMA-nın  ilk  fazası  Samux  Kompleksinin  yaradılmasına  həsr  olunur.  Kompleksin 
yarasılması  artıq  başlanıb  v  ə  2016-cı  ilə  qədər  davam  edəcəkdir.  1-ci  faza  2014-cü  ildə 
başlamışdır.  Bu  fazada  əsasən  indiyə  qədər  spesifik  bərpaolunan  enerji  texnologiyalarını 
müəyyən etmək  üçün texniki-iqtisadi araşdırmanın aparılmasını nəzərdə tutulur. Bu investisiya 
təklifi  1-ci  fazanın  tərkib  hissəsidir.  1-ci  fazada  habelə  bərpaolunan  enerji  ilə  bağlı  maliyyə  və 
iqtisadi  insentivlərin  yaxşılaşdırılması  üçün  normativ  və  hüquqi  baza  üzərində  iş  də  nəzərdə 
tutulur.
F. 
Texniki parametrlər  
186. Samux rayonu Azərbaycanın şimal-qərb hissəsində Gəncə-Qazax iqtisadi rayonunda, Kür 
çayının  sağ  və  sol  sahillərini  əhatə  edən  düzənliklərdə  yerləşir.  Rayonun  sahəsi  1455  km
2
,
2014-cü ildə əhalinin sayı isə 56300 nəfərdir. 
187. Günəş PV qurğusu üçün, ABEMDA Samux kompleksində quraşdırılmış eyni texnologiyanı 
tətbiq  etməyi  planlaşdırır.  Mövcud  qurğu  2.8  MV  gücündədir  və  hər  biri  250  V  gücündə  olan 
4
 FAO Avropa və Mərkəzi Asiya Regional Ofisi. 2012. Şərq Tərəfdaşlığı Ölkələrində Kənd təsərrüfatı və Kənd 
Yerlərinin İnkişafı Sektorlarının Qiymətləndirilməsi: Azərbaycan Respublikası. Budapeşt. Mənbə: 
http://www.fao.org/docrep/field/009/aq671e/aq671e.pdf


Əlavə 2
79
polikristalin panellərdən ibarətdir. Hər bir panelin qiyməti təxminən 500 AZN (524 ABŞ Dolları)  
təşkil  edir.  Bu  panellər  Azərbaycanda  paytaxt  Bakının  şimal  hissəsində  yerləşən  Azguntex 
zavodu tərəfindən istehsal olunub.  
188. Bioqaz qurğusuna gəldikdə, ABEMDA Alten Group tərəindən istehsal olunan avadanlıqdan 
istifadə etməyi planlaşdırır . Alten Group Birləşmiş Krallıqda qeydiyyat keçən “United Enterprise 
İnternational”  şirkətinin  yerli  filialıdır.  “United  Enterprise  İnternational”  şirkəti  Azərbaycandan 
başqa  ölkələrdə  də  məhsul  və  xidmətlər  göstərir.  ABEMDA  həmçinin  xarici  istehsalçılar 
tərəfindən hazırlanmış bəzi modullardan istifadə edə bilər. Davam etməkdə olan iqtisadi-texniki 
araşdırma bununla bağlı daha çox detallar ortaya qoyacaqdır.   
G. 
Maliyyə parametrləri 
189. ABEMDa hazırda Samuxda texniki-iqtisadi araşdırmanı davam etidir. Ona görə də maliyyə 
təhlilləri  üçün  xərclərlə  bağlı  çox  məhdud  sayda  məlumatlar  vardır.  Yeganə  məlum  rəqəmlər 
aşağıdakılardır: PV və bioqaz qurğuları üçün müəyyən edilmiş (quraşdırılmış) həcmlər (3.2 MVt 
elektrik  enerjisi  və  0.75  MV  elektrik  və  ya  istilik  enerjisi,  müvafiq  olaraq)  və  Azərbaycan  üçün 
mövcud  elektrik  tarifləridir  (0.06  AZN/kvts  və  ya  0.063  ABŞ$/kvts).  Bunun  isə  sonda  X  kVts 
elektrik enerjisi, X MJ istilik enerjisi generasiyası ilə nəticələnəcəyi təxmin edilir. 
190.  Maliyyə  təhlilləri,  ona  görə  də  milli  iqtisadi  modellərdə  istifadə  olunan  günəş  və  biokütlə 
üçün nəzərdə tutulan potensial (güc) və İşlətmə və Texniki Qulluq xərclərinə əsaslanır (Cədvəl 
2).  Bura  3,000  AZN/KV  (3,146.5  ABŞ$)  dəyərində  günəş  PV  qurğusunun  həcmi  daxildir.  BU 
mülahizədən  istifadə  etməklə  aşağıdakı  capital  xərcləri  əldə  olunur:  Günəş  PV  =  11.9  milyon 
ABŞ $; Bioqaz  kogenerasiyası = 4 milyon ABŞ $. Bu isə ümumi layihə xərclərinin 15.9 milyon 
ABŞ $-a bərabər olduğunu göstərir. 
Cədvəl 2: Günəş PV və Bioqaz qurğusunun maliyyə təhlilində istifadə olunan mülahizələr 
Parametr, vahid
D
ə
y
ə
ri
M
ə
nb
ə
Elektrik enerjisi istehsalı gücü, 
günəş PV, MVt 
3.2
ABEMDA
Elektrik enerjisi istehsalı gücü, 
gün
əş PV, MV
t
0.75
ABEMDA
İstilik enerjisi istehsalı gücü, bioqaz, 
MVt
0.75
ABEMDA
Elektrik enerjisi tarifi, AZN/kvts
0.06
ABEMDA
İstilik enerjisi tarifi, AZN 2007/MJ 
2015-ci ildə 0.0052 –
dən 2045-ci ildə 
0,00595 –y
ə
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 
Günəş PV üçün kapital xərci (min 
AZN (2007)/MVt)
2,926
2015-ci il üçün Xəttli 
yaxınlaşma 
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model. 
2010-cu ildə 3,334.69, 2040-cı ildə 884.71-ə düşür” 
Bu rəqəm digər beynəlxalq ədəbiyyat və Azguntexin bir 
panelin xərci  (250 V üçün 500 AZN) ilə müqayisə edlir 
Bioqaz eektrik enerjisi gücü üçün
capital xərci (min AZN (2007)/MVt) 
2,831.1 
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 
Bioqaz istilik enerjisi gücü üçün
capital xərci (min AZN (2007)/MVt) 
1412.84 
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 
Əməliyyat xərci, günəş PV (min 
AZN (2007)/MVt)
Capital xərxin 1%-i, 
v
ə
ya 292.6
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 
Əməliyyat xərci, biogaz enerjisi 
(min AZN (2007)/MVt)
98.73 
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 
Əməliyyat xərci, biogas istilik 
enerjisi (min AZN (2007)/MVt)
14.12 
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 
Yüklənmə faktoru, günəş PV, % 
18 hesablanıb  
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə