78
Əlavə 2
yaşayış binalarının yerləşdiyi bir mərkəzdə birləşdirilmişdir. Mərkəzdə karbon çirkləndirməsi tam
neytraldır. Samux Kompleksinə bir neçə kənd təsərrüfatı məhsulları istehsalı, məsələn buğda və
tərəvəz əkinləri, istixanalar, meyvə bağları, heyvandarlıq, südçülük fermaları, balıqçılıq
təsərrüfatları, şirə, meyvə və mal-qara yemi qablaşdırma müəssisələri daxildir. Kənd təsərrüfatı
müəssisələri ilə yanaşı 1,000-ə qədər yaşayış evləri ev işçiləri və Dağlıq Qarabağ regionundan
olan qaçqınlar üçün tikiləcəkdir. Kompleks elektrik enerjisi və istilik generasiyasını müxtəlif
bərpaolunan mənbələrdən əldə edəcək. Bu mənbələr günəş, geoistilik və Samux kompleksində
və yaxınlıqdakı rayonlarda yerli şəraitdə istehsal olunan biokütlə tullantıları daxildir.
Azərbaycanda oxşar kənd təsərrüfatı müəssisələrinin sayının kiçik lakin artan dinamikada
olmasına baxmayaraq, bu, bərpaolunan enerji ilə işləyən ilk belə kompleks olacaqdır. NAMA-nın
bir hissəsi olaraq, ABEMDA Samux Kompleksindən əldə olunan öyrənilmiş dərslərdən və texniki
bacarıqlardan istifadə edəcək və bu təcrübəni Azərbaycanın daha beş yerində təkrarlayacaqdır.
E.
İnvestisiya imkanlarına dair məlumat
183. İnvestisiya imkanları Samux Aqro-Enerji Kompleksinin 1-ci mərhələsində aşağldakılar daxil
olmaqla iki enerji qurğularının tikintisi və istismara verilməsini nəzərdə tutur:
(i) 3.2 MVt gücündə günəş fotoelektrik (PV) enerji qurğusu.
(ii)
0
.75 MVt-lıq bioqaz enerjisinin və 0.6 MVt-lıq geo-istilik və 6 MVt-lıq günəş istilik enerjisi
qurğusu.
184. Bu sahələrə investisiya qoyuluşu günəş PV və biokütlə enerjiləri sahəsində texniki
təcrübənin artmasına gətirib çıxaracaqdır ki, bu da ABEMDA-ya bu təcrübənin Samuxdan başqa
digər kənd təsərrüfatı rayonlarında təkrarlanmasında kömək edəcəkdir.
4
NAMA-da göstərildiyi
kimi, Samuxda 34.5 MV elektrik və 49 MV istilik enerjisi həcmində quraşdırılacaq bərpaolunan
enerji planlaşdırılır; respublikasının seçilmiş beş rayonunda gələcək aqro-enerji kompleksləri də
eyni ölçüdə olacaqdır. Ona görə də əgər Samux pilot layihəsi uğurlu olarsa, günəş PV və bioqaz
qurğularının digər yerlərdə istifadəsinin genişləndirilməsi potensialı əhəmiyyətlidir. İnvestisiya
fəaliyyəti eyni zamanda NAMA-da maliyyə və tənzimləyici əngəllərin necə həll olunması
məsələsində pilot araşdırma rolunu oynayacaqdır.
185. NAMA-nın ilk fazası Samux Kompleksinin yaradılmasına həsr olunur. Kompleksin
yarasılması artıq başlanıb v ə 2016-cı ilə qədər davam edəcəkdir. 1-ci faza 2014-cü ildə
başlamışdır. Bu fazada əsasən indiyə qədər spesifik bərpaolunan enerji texnologiyalarını
müəyyən etmək üçün texniki-iqtisadi araşdırmanın aparılmasını nəzərdə tutulur. Bu investisiya
təklifi 1-ci fazanın tərkib hissəsidir. 1-ci fazada habelə bərpaolunan enerji ilə bağlı maliyyə və
iqtisadi insentivlərin yaxşılaşdırılması üçün normativ və hüquqi baza üzərində iş də nəzərdə
tutulur.
F.
Texniki parametrlər
186. Samux rayonu Azərbaycanın şimal-qərb hissəsində Gəncə-Qazax iqtisadi rayonunda, Kür
çayının sağ və sol sahillərini əhatə edən düzənliklərdə yerləşir. Rayonun sahəsi 1455 km
2
,
2014-cü ildə əhalinin sayı isə 56300 nəfərdir.
187. Günəş PV qurğusu üçün, ABEMDA Samux kompleksində quraşdırılmış eyni texnologiyanı
tətbiq etməyi planlaşdırır. Mövcud qurğu 2.8 MV gücündədir və hər biri 250 V gücündə olan
4
FAO Avropa və Mərkəzi Asiya Regional Ofisi. 2012. Şərq Tərəfdaşlığı Ölkələrində Kənd təsərrüfatı və Kənd
Yerlərinin İnkişafı Sektorlarının Qiymətləndirilməsi: Azərbaycan Respublikası. Budapeşt. Mənbə:
http://www.fao.org/docrep/field/009/aq671e/aq671e.pdf
Əlavə 2
79
polikristalin panellərdən ibarətdir. Hər bir panelin qiyməti təxminən 500 AZN (524 ABŞ Dolları)
təşkil edir. Bu panellər Azərbaycanda paytaxt Bakının şimal hissəsində yerləşən Azguntex
zavodu tərəfindən istehsal olunub.
188. Bioqaz qurğusuna gəldikdə, ABEMDA Alten Group tərəindən istehsal olunan avadanlıqdan
istifadə etməyi planlaşdırır . Alten Group Birləşmiş Krallıqda qeydiyyat keçən “United Enterprise
İnternational” şirkətinin yerli filialıdır. “United Enterprise İnternational” şirkəti Azərbaycandan
başqa ölkələrdə də məhsul və xidmətlər göstərir. ABEMDA həmçinin xarici istehsalçılar
tərəfindən hazırlanmış bəzi modullardan istifadə edə bilər. Davam etməkdə olan iqtisadi-texniki
araşdırma bununla bağlı daha çox detallar ortaya qoyacaqdır.
G.
Maliyyə parametrləri
189. ABEMDa hazırda Samuxda texniki-iqtisadi araşdırmanı davam etidir. Ona görə də maliyyə
təhlilləri üçün xərclərlə bağlı çox məhdud sayda məlumatlar vardır. Yeganə məlum rəqəmlər
aşağıdakılardır: PV və bioqaz qurğuları üçün müəyyən edilmiş (quraşdırılmış) həcmlər (3.2 MVt
elektrik enerjisi və 0.75 MV elektrik və ya istilik enerjisi, müvafiq olaraq) və Azərbaycan üçün
mövcud elektrik tarifləridir (0.06 AZN/kvts və ya 0.063 ABŞ$/kvts). Bunun isə sonda X kVts
elektrik enerjisi, X MJ istilik enerjisi generasiyası ilə nəticələnəcəyi təxmin edilir.
190. Maliyyə təhlilləri, ona görə də milli iqtisadi modellərdə istifadə olunan günəş və biokütlə
üçün nəzərdə tutulan potensial (güc) və İşlətmə və Texniki Qulluq xərclərinə əsaslanır (Cədvəl
2). Bura 3,000 AZN/KV (3,146.5 ABŞ$) dəyərində günəş PV qurğusunun həcmi daxildir. BU
mülahizədən istifadə etməklə aşağıdakı capital xərcləri əldə olunur: Günəş PV = 11.9 milyon
ABŞ $; Bioqaz kogenerasiyası = 4 milyon ABŞ $. Bu isə ümumi layihə xərclərinin 15.9 milyon
ABŞ $-a bərabər olduğunu göstərir.
Cədvəl 2: Günəş PV və Bioqaz qurğusunun maliyyə təhlilində istifadə olunan mülahizələr
Parametr, vahid
D
ə
y
ə
ri
M
ə
nb
ə
Elektrik enerjisi istehsalı gücü,
günəş PV, MVt
3.2
ABEMDA
Elektrik enerjisi istehsalı gücü,
gün
əş PV, MV
t
0.75
ABEMDA
İstilik enerjisi istehsalı gücü, bioqaz,
MVt
0.75
ABEMDA
Elektrik enerjisi tarifi, AZN/kvts
0.06
ABEMDA
İstilik enerjisi tarifi, AZN 2007/MJ
2015-ci ildə 0.0052 –
dən 2045-ci ildə
0,00595 –y
ə
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Günəş PV üçün kapital xərci (min
AZN (2007)/MVt)
2,926
2015-ci il üçün Xəttli
yaxınlaşma
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model.
2010-cu ildə 3,334.69, 2040-cı ildə 884.71-ə düşür”
Bu rəqəm digər beynəlxalq ədəbiyyat və Azguntexin bir
panelin xərci (250 V üçün 500 AZN) ilə müqayisə edlir
Bioqaz eektrik enerjisi gücü üçün
capital xərci (min AZN (2007)/MVt)
2,831.1
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Bioqaz istilik enerjisi gücü üçün
capital xərci (min AZN (2007)/MVt)
1412.84
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Əməliyyat xərci, günəş PV (min
AZN (2007)/MVt)
Capital xərxin 1%-i,
v
ə
ya 292.6
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Əməliyyat xərci, biogaz enerjisi
(min AZN (2007)/MVt)
98.73
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Əməliyyat xərci, biogas istilik
enerjisi (min AZN (2007)/MVt)
14.12
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Yüklənmə faktoru, günəş PV, %
18 hesablanıb
RETA 8119 Nəticə 1 Azərbaycan üçün İqtisadi Model
Dostları ilə paylaş: |