Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

70
169.  Azərbaycanda  az  xərc  tələb  edən  tədbirlərdən  biri  subsidiyaların  ləğvidir  ki,  bu  da 
emissiyalarda  yüksək  azalma  potensialına  malikdir.  Qazaxıstanda  təbii  qaz  enerjisi  hədəfləri, 
alternativ  enerji  hədəfləri,  CO
2
  –nin  maksimal  həddə  qədər  generasiyası,  ETS,  və  enerji 
səmərəliliyi ilə bağlı daha bir neçə tədbirlər az xərc tələb edən tədbirlərdir icra olunduğu təqdirdə 
emissiyaların əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaqdır. Emissiyaların az xərc sərf 
etməklə  azaldılması  potensialını  nəzərə  alaraq,  Qazaxıstan  Hökuməti  Yaşıl  Artım 
Konsepsiyasını  həyata  keçirir.  Bu  konsepsiyada  qeyd  olunan  tədbirlərin  icrasının  ümumi 
çərçivəsi  müəyyən  edilir.  Azərbaycan  və  Özbəkistan  təmiz  enerji  və  nəqliyyat  tədbirlərinin 
tətbiqinə  mane  olan  mövcud  əngəlləri,  məsələn  bərpaolunan  enerji  üçün  əlverişsiz  tarifləri 
yenidən  nəzərdən  keçirməli  və  bu  hesabatda  təhlil  olunan  azaldılma  variantları  tam  şəkildə 
həyata  keçirməlidir.  Bu  hesabata  əlavə  olunmuş  investisiya  konsepsiyasında  göstərildiyi  kimi, 
Azərbaycanda  günəş  və  biokütləyə  əsaslanan  investisiya  layihələri  və  Özbəkistandakı  kiçik 
hidro  enerji  qurğularının  tikintisi,  hətta  RETA  8119  çərçivəsində  hazırlanan  modellər  onların 
sosial  xərclər  baxımından  cəlbedici  olduğunu  göstərdiyinə  baxmayaraq,  mövcud  tariff 
strukturlarına görə iqtisadi baxımdan həyata keçiriləbilən deyil.  
170.  Mini  ssenarilərdə  birləşdirildikdə,  ölkə  üzrə  müvafiq  azaldılma  variantların  orta  müddətli 
perspektivdə  (məsələn,  2030-cu  ilə  qədər)  İEYQ-ların  proqnozlaşdırılan  emissiyasına 
əhəmiyyətli  təsirlərinin  olduğu  görünür.  Lakin,  onlar  İEYQ  emissiyasının  əhəmiyyətli 
azaldılmasını uzun müddətli perspektivdə təmin etmək iqtidarında olmayacaqdır. Bunun səbəbi 
yaşayış  binalarında,  sənayedə,  nəqliyyat  və  az  da  olsa  enerji  istehsalında  təbii  yanacaqdan 
fundamental asılılığın olmasıdır. Enerjinin səmərəliləşdirilməsi tədbirləri və təbii qaza keçid qısa 
müddətli perspektiv üçün həll yoludur, lakin proqnozlaşdırılan əhali və iqtisadi artım şəraitindən 
qeyd  olunan  tədbirlər  köhnəlmiş  hesab  olunur.  Bu  faktorlar  hələ  də  karbondan  asılı  enerji  və 
nəqliyyat sistemlərində enerjiyə daha çox tələb olunmasına gətirib çıxarır.   
171.  Uzun  müddətli  perspektiv  üçün  (məs.  2030-2050)  binalarda,  sənayedə  və  nəqliyyatda 
hazırda  modelləşdiriləndən  daha  səmərəli  modellərin  tətbiqi  olunmasının  nəzərdən  keçirilməsi 
tələb  olunur.  Habelə  az  karbon  buraxan  məbbələrə,  məsələn  elektrik  enerjisi,  bioyanacaq  və 
hidrogenə  keçidə,  məntiqəuyğun  karbon  qiymətlərinin  tətbiqinə  və  şəhər  yerlərində  nəqliyyat 
vasitələrindən  istifadə  azaltmaq  üçün  inteqrə  edilmiş  ərazi  planlaşdırılmasına  ehtiyac  vardır. 
Enerji  sektorunda  əlavə  de-karbonlaşdırmaya  ehtiyac  vardır.  Azərbaycan,  Qazaxıstan  və 
Özbəkistanda Qlobal 2˚ C ssenarisinə tövhə verilirsə, dəyişikliklər şübhəsiz olaraq vacibdir. Belə 
bir  yol  daha  xərcli  və  çox  ambisiyalı  hesab  olunur  və  yalnız  beynəlxalq  maliyyə  və  texniki 
əməkdaşlıq çərçivəsində dəstək olarsa reallaşa bilər.   
172.  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistanda  iqlim  sahəsi  üzrə  maliyyəyə  çıxış  əldə  etmək 
üçün qurumların və təcrübənin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə ehtiyac vardır. İqlim 
dəyişmələri  sahəsində  maliyyə  ayıran  qurumlar  əsasən  verilmiş  resursların  İEYQ 
emissiyalarının  azaldılmasında  ölçüləbilən  nəticələrə  nail  olunmasına  diqqət  verirlər. Nəticədə, 
hər üç tədqiqat ölkəsi iqlim maliyyələşdirmələrinin izlənilməsi üçün aydın çərçivə və prosedurlar 
yaratmalı  olacaqdır.  Nəhayət,  hökumət  hazırda  2014-2020-ci  illər  üçün  Azərbaycan  Ətraf 
Mühitin vəziyyətinin yaxşılaşdırılması üçün yeni Tədbirlər Planı və 2015-2020-ci illər üçün Enerji 
Səmərəliliyinə dair yeni Dövlət Proqramını işləyib hazırlayır. Bu proqramların 2015-ci ilin sonuna 
qədər  qəbul  edilməsi  gözlənilir.  Aternativ  və  bərpaolunan  enerjilərin  inkişafı  hər  iki  sənədin 
layihəsinin  mətnində  əks  olunur.  İqlim  dəyişmələrinin  təsirlərinin  azaldılması,  alternativ  və 
bərpaolunan  enerjinin inkişafı  ilə  bağlı strategiyalar  və  NAMA-lar  bu  sənədin mətn layihəsində 
öz əksini tapmışdır. 
173.  İkincisi,  gələcək  İEYQ  emissiyası  trayektoriyalarının  və  emissiyanın  potensial  olaraq 
azaldılması  yollarının  kəmiyyət  etibarilə  qiymətləndirilməsinə  diqqət  artmaqdadır.  Bu,    2015-ci 


71
ilin  dekabrında  Parisdə  UNFCCC-yə  Tərəf  olan  Ölkələrin  Konfransından  (COP  21)  əvvəl  Milli 
Səviyyədə  Müəyyən  edilməsi  Planlaşdırılan  Töhvələrə  dair  sənədin  hazırlanması  üçün 
beynəlxalq  təlimatda  da  öz  əksini  tapmışdır.  Bu  o  deməkdir  ki,  Azərbaycan,  Qazaxıstan  və 
Özbəkistan  hökumətləri  TY  layihəsi  çərçivəsində  həyata  keçirilən  modelə  uyğun  milli  İEYQ 
modelinin  qurulması  işini  davam  etdirməlidirlər. Qazaxıstan  artıq  akademik  qurumlar, məsələn 
Nazarbayev  Universiteti  vasitəsilə  oxşar  modelləşdirmələri  aparmaq  üçün  təcrübəsini  inkişaf 
etdirmişdir.  
174.  Üçüncüsü,  azaldılma  tədbirləri  və  NAMA  tədbirlərini  həyata  keçirmək  üçün  ənəvi 
sektorlarla  və  sahə  nazirlikləri  ilə  işə  ehtiyacı  nəzərə  alaraq,  belə  səyləri  əlaqələndirmək 
məqsədilə qurumlar-arası komitələrin yaradılmasına ehtiyyac vardır. Bu, ölkələrin Təmiz İnkişaf 
Mexanizmləri  naminə  institusional  baxımından  təsis  edilməsindən    sonra  modelləşdirilə  bilər. 
Belə  bir  mexanizm  bir  çox  qurumlar  arasında  əməkdaşlığın  təşviq  olunması  baxımından  çox 
effektiv olmuşdur. 
175.  Nəhayət,  iqlim  məsələlərin  beynəlxalq  maliyyəni  effektiv  qaydada  cəlb  etmək  üçün 
Azərbaycan  iqlim  fondlarını  cəlb  edə  və  ya  onlara  təsir  edə  bilən  yerli  maliyyə  institutlarının 
inkişaf etdirilməsinə ehtiyyac vardır. Bura beynəlxalq maliyyə fondlarına çıxış üçün milli maliyyə 
təşkilatları ilə iş və təmiz enerji və nəqliyyat tədbirləri üçün yerli resurslarla təminat daxildir.  
176.  Azərbaycan,  Qazaxıstan  və  Özbəkistan  iqlim  dəyişmələri  ilə  bağlı  layihələrin 
maliyyələşdirilməsini həyata keçirmək və icraçı qurumların işini əlaqələndirmək səriştəsinə malik 
dövlət  orqanları  formalaşdırmalıdır.  Bura  məsələn,  Yaşıl  İqlim  Fondundan  vəsait  əldə  etmək 
üçün  Milli  Qurumun  yaradılması  aid  ola  bilər  (artıq  Qazaxıstan  və  Özbəkistan  hökumətləri 
tərəfindən elan olunmuşdur). Eyni zamanda iqlim dəyişmələrinin təsirlərinin azaldılması ilə bağlı 
imkanlara  dair  layihələri  hazırlamaq,  həyata  keçirmək  məqsədilə  müvafiq  nazirliklərin 
bacarıqlarının artırılması vacib olacaqdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə