Texniki Yardım üzrə Hesabatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32514
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

60
136. Ümumi  gözlənilən icra  xərci  277.9 milyon  ABŞ  dolları  təşkil  edir. Ümumilikdə  165 milyon 
ABŞ dolları məbləğində beynəlxalq yardım üçün müraciət edilmişdir. 
2. 
Qazaxıstanın 
Nəqliyyat 
Sektorunda 
Təbii 
Qazdan 
İstifadənin 
Genişləndirilməsi 
137. Bu NAMA-nın tərtibi və icrası KazTransGas Səhmdar Cəmiyyəti tərəfindən idarə 
olunacaqdır. KazTransGas Səhmdar Cəmiyyəti təbii qaz istehsalı və təchizatını həyata keçirən  
tam dövlətə məxsus operatordur. 
138. Hökumətin 2013-cü ildə qəbul etdiyi Qazaxıstan Respublikasının Yaşıl İqtisadiyyata Keçid 
Konsepsiyasında  və  nəqliyyat  sektoru  üçün  ərazi  inkişaf  proqramlarında  müəyyən  edilmiş 
prioritet  tədbirlərdən  biri  nəqliyyat  vasitələrində  təbii  qaza  keçidin  təmin  edilməsidir
36
.  Məqsəd 
şəhər/regional  nəqliyyatın  ətraf  mühitə  və  ictimai  sağlamlğıa  təsirlərini  minimum  endirmək  və 
daha  bahalı  və  əsasən  idxal  olunan  yanacaqdan  asılılığı  azaltmaqdır.  Təbii  qaz 
infrastrukturunun inkişafı da “Hökumətin 2020-ci ilə qədər Qazaxıstan Respublikasının Nəqliyyat 
İnfrastrukturunun İnkişafı və İnteqrasiyası Proqramı”
37
nda müəyyən edilən spesifik tələbdir.  
139.  CNG  (sıxlaşdırılmış  təbii  qaz)  benzindən  daha  ucuzdur  və  qiyməti  isə  neftə  əsaslanan 
yanacaq növlərinin qiymətindən daha sabitdir. CNG-nin az xərc tələb etməsini nəzərə alaraq, bu 
yanacaq  növü  zəruri  mühərrik  texnologiyaları  və  yanacaq  doldurma  infrastrukturu  yaradılarsa, 
bir çox nəqliyyat vasitələri üçün cəlbedici alternativ rolunu oynayır. Bu, xüsusilə böyük nəqliyyat 
parklarının, məsələn bələdiyyə avtobusları, yük maşınları və taksi parklarının operatorları üçün 
cəlbedici hesab edilə bilər. 
140.  Bu  NAMA  çərçivəsində  Qazaxıstanın  bütün  hissələrində  CNG  təchizatı  üçün 
infrastrukturun,  daha  sonra  isə  mayeləşdirilmiş  təbii  qaz  (LNG)  infrastrukturunun  yaradılması 
vasitəsilə  hökumətin  ölkə  nəqliyyatı  üçün  ucuz  və  təbii  qazdan  istifadə  məqsədlərini 
dəstəkləmək  nəzərdə  tutulur.  KazTransGas  ASC:  i)  35-100  CNG-doldurma  stansiyalarının 
(CNGFS)  şəbəkəsini  quracaq,  ii)  Qazaxıstanda  təbii  qaz  bazarına  imkan  verəcək  digər 
infrastrukturu  yaradacaq  (yəni,  mövcud  nəqliyyat  vasitələrinin  CNG-yə  çevrilməsi  üçün  sexlər, 
sınaq  və  sertifikatlaşdırma  mərkəzləri,  təlim  mərkəzləri),  və  iii)  təbii  qazın  qeyri-ənənəvi 
nəqliyyat sahələrində tətbiqi üçün genişləndirilməsi.  
141. Spesifik ərazi və layihələrə investisiya qoyuluşlarına əlavə olaraq, NAMA çərçivəsində təbii 
qaz yanacaq növünün təşviqi üçün geniş proqramın hazırlanması və icrası nəzərdə tutulur. Bu 
proqrama  hökumətin  dəstək  tədbirləri  paketi,  texniki  və  tənzimləyici  normaların,  protokol  və  
sənədlərin  işlənib  hazırlanması,  təbii  qaza  keçidi  təmin  edəcək  zəruri  institusional  və  insan 
bacarıqlarının inkişaf etdirilməsi kimi tədbirlər daxildir. NAMA 2014-cü ildən 2025-ci ilə qədər 12 
illik müddət ərzində həyata keçiriləcəkdir. 
142.  NAMA  çərçivəsondə  dörd  əsas  Faza  üzrə  qruplaşdırıla  bilən  34  ayrı-ayrı  fəaliyyətlər 
nəzərdə tutulur:  
(i)  Faza 1 (2014 – 2015): Bazara pilot qaydada çıxış  
36
 Yaşıl  İqtisadiyyat  Strategiyasının  və  Prezidentin  577  saylı,  30  may  2013-cü  il  tarixli  Fərmanının  rəsmi  mətni, 
www.kazpravda.kz/_pdf/jun13/010613decree.pdf
37
 Prezidentin 725 saylı, 13 yanvar 2014-cü il tarixli Fərmanı,  
www.mid.gov.kz/images/stories/contents/gp_150520141656.pdf


61
(ii)  Faza  2  (2016  –  2018):  Nəqliyyat  sektorunda  orta  və  kiçik  kommersiya  subyektləri 
tərəfindən təbii qazdan istifadənin təmin edilməsi  
(iii) Faza 3 (2019 – 2020): Kənd təsərrüfatı, tikinti və digər xüsusi nəqliyyat vahistələrindən 
təbii qazdan istifadəyə keçid  
(iv) Faza 4 (2021 – 2025): Bazara geniş (hərtərəfli) qaydada nüfuz etmə 
143. Proqram üzərində işlərə artıq başlanılıb, geniş tənzimləyici maneələrə, o cümlədən texniki 
norma və standartara xüsusi diqqət verirlir. 
144. Bu NAMA vasitəsilə 2025-ci ilə qədər hər il üçün 135,315 tСO
2
e (beynəlxalq ictimaiyyətdən 
hər  hansı  dəstək  əldə  etmədən)  və  ya  NAMA-nın  tam  şəkildə  dəstəklənməsi  ilə  hər  il  üçün 
1,766,574 tCO
2
e İEYQ emissiyasının azaldılması təxmin olunur.  
Ümumi icra xərci 74.1 milyon ABŞ Dolları təşkil edir. Bu xərcin 49.3 milyon ABŞ dollarının CNG 
infrastrukturunun  qurulması,  nəqliyyat  vasitələrində  dəyişiklik,  təlim  mərkəzinin  yaradılması  və 
texniki-iqtisadi əsaslandırma aparılması kimi məsələlər üçün beynəlxalq yardım vasitəsilə təmin 
edilməsi gözlənilir. 
3. 
Qazaxıstan üçün Enerji Səmərəliliyinə Milli Dəstək Sisteminin Yaradılması 
145.  Bu  NAMA  İnvestisiya  və  İnkişaf  Nazirliyinin  nəzdində  olan  “Enerji  İnkişafı  və  Enerjiyə 
Qənaət” ASC (əvvəllər Kazakhenergoexpertiza adlanırdı) tərəfindən icra olunacaqdır”
38
.
146.  Bu  NAMA  enerji  səmərəliliyi  tədbirlərində  irəliləyişin  izlənilməsi,  hesabatının  verilməsi  və 
qiymətləndirilməsi 
infrastrukturunun 
təkmilləşdirilməsi 
vasitəsilə 
iqtisadiyyatın 
bütün 
sektorlarında  hökumətin  səmərəli  enerji  tədbirlərinin  stimullaşdırılması  təşəbbüslərini 
dəstəkləyir.  Bu,  Qazaxıstanın  mövcud  Dövlət  Enerji  Reyestrinin  (SER)  yenilənməsi  və 
təkmilləşdirilməsi  və  onun  Enerji  Səmərəliliyinə  Dəstək  Sisteminə  (EESS)  –  istifadəçi  üçün 
əlverişli, internetə əsaslanan biliklərin idarəolunması platformasına – çevrilməsi yolu ilə mümkün 
olacaqdır.  EESS  ölkədə  SER  subyektlərinin  Qazaxıstanın  Enerji  Səmərəliliyi  Qanununa 
uyğunluğunu  artıracaq  və  dövlətin  qərar  qəbul  edən  şəxslərini,  özəl  sektoru  və  digər  son 
istifadəçiləri texniki və maliyyə məlumatları ilə təmin edəcəkdir. Əlavə olaraq, SER Qazaxıstan 
hökumətinə  dövlət və  özəl  sektorlarda  enerji fəaliyyətinə  dair  tədbirləri  daha  yaxşı  ölçməyə  və 
hesabatını  hazırlamağa  imkan  verəcək,  bununla  da  Qazaxıstanın  az  karbon  çirkəndirmələrinə 
yol verən inkişaf yoluna doğru irəliləməsini asanlaşdıracaqdır.  
147.  Bu  NAMA  2015-2025-ci  illər  ərzində  həyata  keçiriləcək  və  dörd  mərhələdən  ibarət 
olacaqdır: 
Faza 1
.  Mövcud  Dövlət  Enerji  Reyestrinin  (SER)  avtomatlaşdırılmış  onlayn  məlumat 
bazasına  çevrilməsi.  Bununla  məlumatların  hesabatı,  toplanması  və  təhlili 
təkmilləşəcəkdir; 
Faza 2
. SER tərəfindən toplanan məlumatların hazırda onun mandatına daxil edilməyən 
digər sektorlara/texnologiyalara, məsələn nəqliyyat sektoruna tətbiqi; 
Faza 3
.  Dövlətin  qərar  qəbul  edən  şəxslərini,  biznes  ictimaiyyətini  və  son  istifadəçiləri 
enerji  səmərəliliyi  və  mütərəqqi  təcrübə  barədə  məlumatlarla  təmin  edən  və  internet 
üzərindən (veb səhifə formasında) geniş bilik platformasının yaradılması; 
38
 Təşkilatın veb səhifəsinə bax: 
http://www.kazee.kz/


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə