Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə36/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

126. Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil? 
1.
Kompress
2.
Toz şəklində səpmək


37 
3.
Damcı şəklində damızdırmaq 
4.
Dilin altına qoymaq
5.
Sürtmək
6.
Dəri içinə yeritmək 
A) 4,6
B) 1,4
C) 2,6
D) 3,5
E) 2,4
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində 
işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi 
dərmanların daxilə tətbiq üsuluna aiddir.
Ədəbiyyat:
 C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ”Bakı 
1998 . 
127. Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompress qoymalıdır? 
A) Dəridə allergik səpgilər olduqda 
B) Yüksək qızdırma olduqda 
C) Yerli irinli proseslər olduqda 
D) İnyeksiyadan sonra infiltrat olduqda
E) Dərinin tamlığı pozulduqda 
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan 
damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını 
artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona 
görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, 
sadalanan digər hallarda isə əks- göstəriş sayılır. Ədəbiyyat: C.N. Hacıyev ;
R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 . 
128.Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən 
hansını düz etmir? 
A) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir 
B) Xardal qoyulacaq nahiyənin üstünü açır 
C) Xardal kağızını 5-15 dəqiqə xəstənin bədənində saxlayır 
D) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür 
E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur
Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu 
yağ ancaq 40-45 dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır 
və damarları genişləndirir, nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və 
limfa dövranı yaxşılaşır, yerli toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq 
suda islatdıqda xardal efiri ayrılmır və xardalla müalicə heç bir effekt vermir. 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” 
Bakı 1998. 


38 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə