Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə38/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

131.Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb 
bacısının səhvi hansıdır? 
A) Narkotikin boş ampulasını baş tibb bacısına təhvil verir 
B) Narkotikin boş ampulasını zibil qabına atır
C) İstifadə olunan və olunmayan ampulaların sayını narkotik jurnalda dəqiqləşdirir 
D) Narkotik maddəni tibb bacısı yalnız həkimin xəstəlik tarixçəsindəki 
qeydiyyatından sonra vurur 
E) Narkotikin boş ampulasını narkotik jurnaldakı dərmanlarla tutuşdurur. 
Bütün istifadə edilən narkotiklərin boş ampulaları şöbənin baş tibb bacısına verilir, 
əvəzində yenisi alınır. Narkotik maddələrin boş ampulaları yalnız xəstəxananın baş 
həkiminin yaratdığı xüsusi komissiyanın iştirakı ilə məhv edilir. 


39 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 128 . “ Təhsil ” Bakı
1998. 
132. Stasionarda səhər növbəsini təhvil verməzdən əvvəl tibb bacısı hansı 
formanı doldurmalıdır? 
A) Forma 006/ u 
B) Forma 003/u 
C) Forma 001/u 
D) Forma 007/u
E) Forma 1-84 
Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı xəstələrin hərəkəti və 
çarpayı fondu barədə olan vərəqi forma - 007/u doldurur. Forma 003/u qəbul 
şöbəsində doldurulur, xəstəlik tarixçəsinin titul vərəqidir. Forma 001/u xəstələrin 
daxil olma jurnalına alınan məlumatların qeyd edilməsidir. Forma 066/u
“Stasionardan çıxan xəstənin statistik vərəqi” dir, tibb bacısı tərəfindən bunun 
pasport hissəsi və sol yarısı doldurulur. Forma 1-84 palata tibb bacısı tərəfindən 
bufet və mətbəx üçün yazılan tələbnamədir. 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 51 ; 34. “ Təhsil ” 
Bakı 1998. 
133. Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir? 
A) 20 vurğu azalır 
B) 10 vurğu azalır 
C) 20 vurğu artır 
D) 10 vurğu artır
E) Dəyişmir 
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma 
zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı 
tənəffüs də tezləşir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ 
Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə