Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə40/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

137. Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı 
imalədən istifadə olunur?
 
A) Hipertonik imalədən 
B) Yağ imaləsindən 
C) Sifon imaləsindən 
D) Təmizləyici imalədən 
E) Dərman imaləsindən
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici 
vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun
bağırsağın təmizlənməsi üçün istifadə olunur. 
Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43“ 
Çıraq ” 2008. 
138. Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz? 


41 
A) Ayaqlara 
B) Qulaq seyvanının arxasına
C) Əlin ovuc səthinə və ayağın altına
D) Qaraciyər nahiyəsinə 
E) Ənsə nahiyəsinə 
Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki 
bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi 
yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox 
nazik olduğundan ,bu arzuolunmaz nəticələrə gətirib çıxarar. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “ 
Çıraq ” 2008. 
139. Müasir dövrdə qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı 
kateterin istifadəsi daha məqsədəuyğundur? 
A) Sərt 
B) Rezin,yumşaq 
C) Elastik 
D) Yarım sərt
E) Metal
Qadınlarda sidik kanalı qısa olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək 
çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb bacısı FOLEY
yumşaq kateterindən istifadə etməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.64
“Azərnəşr” Bakı 1984 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə