Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə43/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

146. Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
A) Yuxarı xarici
B) Aşağı xarici
C) Aşağı içəri
D) Yuxarı içəri
E) Sağrının orta hissəsində 
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici 
kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli 
çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin 
yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə 
edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya 
edilmir. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı
1998. 
 
147. Mədənin yuyulmasına əks- göstəriş hansıdır? 
A) Qida borusundan olan qanaxmalar 
B) Alkoqolla zəhərlənmələr 
C) Dərman zəhərlənmələri 
D) Qida zəhərlənmələri
E) Mədə turşuluğunun artması 
Mədə diaqnostika və müalicə məqsədilə yuyulur. Qida borusundan qanaxma zamanı 
zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman 
mədənin yuyulması əks-göstəriş sayılır. 
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ”
Bakı 1998. 


44 
148. Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını
göstərir? 
A) Zonddan mədə möhtəviyyatı xaric olur 
B) Xəstə öyüyür 
C) Xəstə hıçqırır 
D) Zondla mədəyə maye yeridilir 
E) Xəstə göyərir,narahat olur 
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond 
düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, 
öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən 
salınmalıdır. 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “ 
Çıraq ” 2008 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə