Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


 Nəbzi hansı arteriyalarda saymaq mümkündür?



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə45/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

152. Nəbzi hansı arteriyalarda saymaq mümkündür? 
A) Yuxu arteriyasında 
B) Mil arteriyasında 
C) Gicgah arteriyasında 
D) Sadalanan bütün arteriyalarda
E) Bud arteriyasnda 
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. 
Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün 
olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 
Bakı 2008. 
153. Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda 
sadalananlardan hansına icazə verilir? 
A) Yalnız ayaqyoluna getmək 
B) Xəstəxananın həyətində gəzmək 
C) Yalnız çarpayıda hərəkət etmək
D) Şöbədə gəzmək 
E) Xəstəxananın ərazisindən kənarda gəzmək 
Stasionarda müalicə alan xəstəyə xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq həkim 5 
rejim təyin edir: ciddi yataq, yataq, yarımyataq, ümumi və sərbəst rejim. Ciddi yataq 
rejimində xəstəyə hətta yataqda belə hərəkətə icazə verilmir; yataq rejimində o ancaq 
yataqda hərəkət edə bilər, durmağa icazə verilmir; yarımyataq rejimində yalnız 
ayaqyoluna gedə bilər; ümumi rejimdə yalnız şöbədə, sərbəst rejimdə isə 
xəstəxananın həyətində gəzə bilər, lakin xəstəxananın ərazisindən çıxmağa icazə 
verilmir. 
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 31. “ Təhsil ” Bakı
1998. 


46 
154. Böyüklərdə mədənin yuyulması üçün təmiz suyun miqdarını göstərin 
(litrlə). 
A) 1 
B) 4 
C) 10 
D) 0,5 
E) 2 
Mədənin yuyulması müalicə və diaqnostik məqsədlə aparılır. Bunun üçün yoğun 
mədə zondundan istifadə olunur. 30-35
0
C temperaturda 10 litr su götürülür.
Ədəbiyyat:
 
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . 
Səh. 106 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə