|
![](/i/favi32.png) Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə IXəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsidokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf175. Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi
hansı formulaya əsasən təyin olunur (sm-lə)?
A) Uzunluq - 80
B) Uzunluq - 100
C) Uzunluq - 50
D) Uzunluq – uzunluğun 2/1
E) Uzunluq - uzunluğun 3/1
Zondun mədəyə yeridilməsi üçün aşağıdakı formuladan istifadə olunur. Uzunluq –
100. Məsələn, boyu 176 sm olan xəstənin mədəsini yumaq üçün zond 76 sm məsafəyə
yeridilməlidir. 176-100=76
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.70
“Azərnəşr” Bakı 1984
Ədəbiyyat:
В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 .
Səh. 106
176.Xroniki
böyrək
çatışmazlığı
zamanı
qidada
hansı
maddələr
məhdudlaşdırılmalıdır?
A) Karbohidratlar
B) Vitaminlər
C) Heyvan mənşəli yağlar
D) Zülallar
E) Bitki mənşəli yağlar
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan
sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında
zülallar məhdudlaşdırılmalıdır.
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.178-179.
“Azərnəşr” Bakı 1984
177. Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya
aid deyil?
A) Parenteral yolla qidalanma
B) Qidanın zondla yeridilməsi
C) Fistula vasitəsilə yedizdirilmə
D) Qida maddələrini düz bağırsaqdan yeritmək
E) Xəstənin qaşıqla yedizdirilməsi
54
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida
maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün
göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və
mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən
psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya
tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.
Səh.129“Çıraq” 2008.
Dostları ilə paylaş: |
|
|