Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I


Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə48/274
tarix01.07.2022
ölçüsü2,13 Mb.
#90292
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   274
dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf

161. Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə 
yüksək olur? 
1) Düz bağırsaqda 
2) Uşaqlıqda 
3) Qoltuqaltında 
4) Qasıqda 
5) Dizaltı çuxurda
A) 1; 3 
B) 1; 2
C) 2; 3 
D) 2; 4 
E) 1; 4 
Düz bağırsaqda və uşaqlıqda selikli qişa olduğundan temperatur digər 
nahiyələrdəkindən 1 dərəcə yüksək olur. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82 “ 
Çıraq ” 2008 
162. Böyük adamda sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçə 
olur? 
1) 16
2) 10
3) 20
4) 40
5) 50


49 
A) 1 ; 3 
B) 1; 2 
C) 2; 3 
D) 2; 4 
E) 1; 4 
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş 
zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə 
tənəffüsün sayı artır. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 83 “ 
Çıraq ” 2008. 
 
163. Tənginəfəsliyi olan xəstəyə yardım edərkən aşağıda salananlardan hansı 
tibb bacısının səlahiyyətinə aid deyil? 
A) Bayırdan təmiz hava gəlməsi üçün nəfəsliyi açır 
B) Xəstənin başının və ya kürəyinin altına bir neçə yastıq qoyur 
C) Xəstənin üstündən ağır ortüyü götürür 
D) Xəstəyə oksigen balışı verir 
E) Xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edir
Tənginəfəslik tənəffüs hərəkətlərinin çətinləşməsi olub, tənəffüs hərəkətlərinin 
tezliyinin və dərinliyinin dəyişməsi ilə xarakterizə olunur. Tənginəfəslik zamanı tibb 
bacısı xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edilməsindən başqa 
bütün digər göstərilən yardımları edə bilər. Tənginəfəsliyi aradan qaldıran dərmanı 
isə yalnız həkimin təyinatından sonra xəstəyə verə bilər. 
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 84“ 
Çıraq ” 2008. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə