Azərbaycan folklorunun toplanması, nəşri, hətta rusca ilk milli tər-
cüməçi kadrların yetişməsi də bu mütərəqqi maarif ocağının adı ilə
bağlıdır. "Rus ictimai fikrinin mütərəqqi tə`siri elm, ədəbiyyat, incəsənət
və s. sahələrdə olduğu kimi, Azərbaycan folklorunun toplanması, nəşri,
öyrənilməsi (buraya tərcüməni də əlavə etmək lazımdır – S.O.) işinə də
öz müsbət tə`sirini göstərdi. Azərbaycanın Rusiya tərkibinə daxil olduğu
dövrə qədər folklorun yığılması, nəşri sahəsində rus elminin müəyyən
təcrübəsi var idi. Bu təcrübə yerli, mütərəqqi Azərbaycan ziyalılarının
fəaliyyəti üçün mühüm bir məktəb idi” (6, 40).
Bunu nəzərə alan folklorşünas haqlı olaraq yazır: “Azərbaycan şifahi
ədəbiyyatının XIX əsr rus mətbuatında nəşri məsələsi ayrıca tədqiqata
möhtacdır” (7, 28).
XIX əsrdə Tiflisdə rus dilində «Тифлисские ведомости», «Кавказ»,
«Кавказский вестник», «Новое обозрение», «CMOMПK» kimi rus
dilli mətbuat orqanları yaradılmışdı. Bu mətbuat orqanlarında digər Za -
qafqaziya xalqlarının folkloru ilə yanaşı, Azərbaycan tatarlarının (türk-
lərinin) folklorundan əksər janrlar üzrə müxtəlif nümunələr toplanıb
bə`zən orijinalda, çox vaxt isə orijinalla yanaşı rus dilində sətri tərcüməsi
ilə dərc edilmişdir.
Bu illərdə adı çəkilən məşhur mətbuat orqanları ilə yanaşı, digər rus-
dilli məcmuələr, sorğu və təqvim tipli mətbuat növlərində də folklor
nümunələri dərc edilirdi. Məsələn, bunların arasında "Tiflis quberni ya sı -
nın təsviri üçün məcmuə", "Qafqazın təqvimi", "Qafqaz arxeoloji komis-
siyasının aktları", "Qafqaz dağlıları haqqında mə`lumat toplusu", "Kənd
təsərrüfatı üzrə Qafqaz İmperator Cəmiyyətinin məcmuəsi" və s. göstər-
mək olar (8, 3).
Azərbaycan folklorunun və poetik nümunələrinin rus dilinə profes-
sional şəkildə tərcümə faktı və tərcüməçilik məktəbinin yaranma tarixi
XIX əsrin payına düşür.
Tərcümə işinin əhəmiyyətini qiymətləndirən prof. Pənah Xəlilov yazır:
"Tərcümə sayəsində bir milli ədəbiyyatın nailiyyəti başqa qardaş
xalqların da mə`nəvi sərvətinə çevrilir" (9, ll).
Folklorumuzun "SMOMPK"da rus dilinə tərcüməsinin janrlar üzrə
qısa xülasəsini versək, maraqlı faktlarla qarşılaşarıq.
Lirik janrlar içərisində bayatıların tərcümə tarixi nisbətən sonralara
gəlib çıxır. Rus müəlliflərindən A.Kalaşev və A.Yakimov 1894-cü ildə
“SMOMPK”-də (“QƏXTMT”) çap etdirdikləri "Tatar nəğmələri" (oxu:
2011/
IV
96
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Azərbaycan nəğmələri – S.O.) içərisində bayatıların layla və ağı növləri
olmuşdur. Bunların rusca şərhi verilir. Bu rus müəlliflərinin bayatı janrı
ilə ilk tanışlıq faktı idi. Mətnlər Nuxadan, Xatınbəyli kəndindən, Gəncə
şəhərindən, Cəbrayıl qəzasından, Şuşadan toplanmışdı (10, 37-74).
Yenə də bu məcmuənin növbəti buraxılışında A.Zaxarovun "Qafqaz
tatarları qadınlarının ev və sosial məişəti" məqaləsində "Beşik mahnıları"
adı altında xeyli layla mətnləri və onların rusca mə`nası açıqlanmışdır
(11, 91-157).
XIX əsrin 90-cı illərinə qədər folklorun lirik janrı kimi xalq mahnı
nümunəsi məcmuədə rus dilinə tərcümə edilməmişdir. 1892-ci ildə
"SMOMPK" məcmuəsinin 13-cü buraxılışında M.Quliyev tərəfindən
Cavanşir qəzasının Mamırlı kəndində qeydə alınmış “Yaylaqla aranın dey-
işməsi” və “Göylə yerin deyişməsi” mahnı mətnləri “Tatar nəğmələri”
başlığı altında verilir. Doqquz bənddən ibarət birinci şe`rin həm orijinal,
həm də hər bəndin rusca tərcüməsi verilmişdir. M.Füzulinin “Meyvələrin
söhbəti”ndə olduğu kimi, bu deyişmədə aranla yaylaq öz üstünlüklərini
sübuta yetirməyə çalışır. İkinci şe`rin də məzmunu belədir və beş bənddən
ibarətdir. "Göylə yerin deyişməsi" mahnı mətninin isə sətri tərcüməsi ver-
ilibdir (12, 173-234).
Adı çəkilən məcmuənin 1910-cu il 41-ci buraxılışında F.B.Köçərlinski
imzası ilə "Sayaçı" mahnısı və "Valehin nəğmələri" mahnı mətnləri oxu-
culara təqdim edilir, rus oxucuları üçün onların sətri tərcüməsi verilir.
"Valehin nəğməsi" adlı ikinci hissədə, məqalənin müəllifi insanın
dünyaya gəldiyi ilk gündən dünyadan köçənə qədərki həyat
mərhələlərindən bəhs edən nəğməni və bunun ruscaya sətri tərcüməsini
oxuculara təqdim edir (13, 1-36). Çox təəssüf ki, S.Zelinski "SMOMPK"
məcmuəsinin 1882-ci il, 2-ci buraxılışında Azərbaycan folklorunun bu
nümunəsini "Erməni xalq aşığı Vartan Xoyskinin (Vartan Xoylunun)" adı
altında təqdim edir. Şe`rin Azərbaycan dilində, ərəb əlifbasında olan 24
bənddən ibarət mətni orijinalda və onun rus dilində tərcüməsi verilir.
Görünür, rus müəllifini yenə də ermənilər aldadıblar. Amma fakt fakt -
lığında qalır. Mətn təmiz Azərbaycan dilindədir və erməni əsilli
Azərbaycan aşığı Vartan Xoylunun dilindən – əzbərdən qələmə alınmışdır
və məzmunca, mövzuca Firudin bəy Köçərlinin aşkar etdiyi mətnlə eyni-
dir (14, 99-106).
Azərbaycan mahnılarının rus dilində səslənməsi P.Vostrikovun da adı
ilə bağlıdır. "SMOMPK" məcmuəsinin 1912-ci il 42-ci buraxılışında
2011/
IV
97
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
P.Vostrikov "Azərbaycan tatarlarının musiqisi və nəğmələri" adlı böyük
bir məqalə yazır. Azərbaycan musiqisi, musiqi alətləri – simli, nəfəsli və
zərb alətləri haqqında geniş mə`lumat verir, musiqi alətlərinin şəkilləri
dərc edilir. Azərbaycan rəqsləri üçün ayrıca bölmə ayrılır. "Sazandələr və
aşıqlar" bölməsində Qarabağ xanəndələri, muğam sənəti, aşıqların el
arasında hörmətindən, uzun qış gecələri çalıb-oxumalardan, de-yiş mə -
lərindən, dastan-nağıl məclislərindən ətraflı mə`lumat verir. Bütün bun-
lardan sonra "Tirmə şal", "Evlərinin altı qaya", "Nəbi" qəbildən onlarla
Azərbaycan mahnısının mətni orijinalda dərc edilir və rus dilinə sətri tər-
cümə olunur, bə`zi mahnıların yaranması haqqında rəvayət və əfsanə -
lərdən misallar gətirilir (15, 1-15).
Azərbaycan nağıllarının, lətifələrinin, tapmacalarının, laylalarının, ata-
lar sözləri və məsələlərinin, digər folklor janrlarının toplanıb "SMOMPK"
məcmuəsində rus dilinə tərcüməsi təcrübəsindən çıxış edərək belə qənaətə
gəldik ki, xalq yaradıcılığının, folklorun tərcüməsi xüsusi səriştə və
iste`dad, bacarıq, fəhm tələb edir.
Ədəbiyyatın yazılı ədəbi tərcüməsindən fərqli olaraq, folklorun tər-
cüməsi daha məs`uliyyətli və çətin bir yaradıcılıq prosesidir. Çünki ədəbi-
bədii materialın müəllifi mə`lumdur və çox vaxt tərcüməçi – müəllif bədii
əsərin müəllifi ilə təkbətək, üz-üzə qalır və onun bədii təfəkkürünə qoşu-
laraq, onun prizmasından hadisələrə yanaşır.
Folklor yaradıcılığında isə belə deyildir. Müəllif – tərcüməçi bütöv bir
xalqın tarixi, ən`ənəsi, dünyagörüşü, psixologiyası, etnoqrafiyası, məişəti,
mədəniyyəti, bədii təxəyyülü ilə təkbətək, üzbəüz qalmağa məcburdur.
Ona görə də folklor janrlarının tərcüməçisi daha böyük və çətin ya ra dı -
cılıq və sənət sınağı qarşısında qalmalı olur. Buraya milli folklor janrının
spesifik, səciyyəvi, özünəməxsus, bənzərsiz məzmun və forma xüsu siy -
yətlərini, orijinal poetikasını, linqvistik xüsusiyyətlərini də əlavə etməli
olsaq, folklor tərcüməsinin gördüyü işin möhtəşəmliyi və vacibliyi, çətin-
liyi, məsuliyyəti müəyyən dərəcədə təsəvvürə gələ bilər.
Folklor yaradıcılığı olduqca özünəməxsus, spesifik xüsusiyyətlərə
malikdir. Yazılı ədəbi janrların, tutaq ki, romanların, poemaların, povest -
lərin, lirik şe`rlərin poetikası, strukturu bütün dünya yazılı ədəbiy-yatında
təxminən eynidir, oxşardır. Burada yalnız müəllif manerası, şəxsiyyəti,
yaradıcılıq psixologiyası, milli mənsubiyyəti fərqlidir. Ona görə də tər-
cüməçi burada folklorda olduğu kimi yaradıcılıq çətinlikləri ilə qarşılaş-
malı olmur.
2011/
IV
98
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |