Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə19/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   15   16   17   18   19   20   21   22   ...   209

40        

TƏHARƏTİN HÖKMLƏRİ 

 

Məsələ 48: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə 

nəcasət  dəysə,  nəcis  olur.  Amma  yuxarıdan  nəcis  bir  şeyin 

üzərinə  tökülərsə  və  ya  aşağıdan  yuxarı  təziq  ilə  gedərsə  nəcis 

şeyə  dəyən  hissəsi  nəcis  və  qalan  hissəsi  pakdır.  Məsələn,  gül 

suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ 

yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır. 



Məsələ 49: Əgər nəcis olan muzaf su, kürr yaxud axar su ilə, 

daha ona muzaf su deyilməyəcək şəkildə qarışsa, pak olar. 



Məsələ  50:  Mütləq  olan  bir  suyun  sonradan  muzaf  olub-

olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı 

kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun 

da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, 

yəni  nəcis  şeyi  paklamadığı  kimi,  onunla  dəstəmaz  və  qüsl  də 

batildir. 



Məsələ  51:  Mütləq  və  ya  muzaf  olduğu  bəlli  olmayan  bir 

suyun,  əvvəlcədən  də  muzaf  və  ya  mütləq  olduğu  məlum 

olmazsa, nəcasəti paklamadığı kimi, onunla dəstəmaz və qüsl də 

batildir. Ona bir nəcasət dəyərsə və su, kürr miqdarından az olsa 

nəcis  olur.  Əgər  kürr  miqdarında  və  ya  ondan  çox  olarsa,  nəcis 

ona dəyərsə, nəcis olmasına hökm etmək olmaz. Amma nəcasəti 

pak etmir. 

Məsələ 52: Qan və sidik kimi nəcasətin dəyməsi ilə bir suyun 

iyi, rəng və ya dadı dəyişərsə, kürr və ya axar su olsa belə, nəcis 

olur.  Əgər  suyun  iyi,  rəng  və  ya  dadı  onun  xaricində  olan  bir 

nəcasət  vasitəsilə  dəyişərsə,  məsələn;  suyun  kənarında  olan 

murdar  olmuş  heyvan  bir  miqdar  onun  iyini  dəyişdiribsə,  nəcis 

olmur. 


Məsələ  53:  Qan  və  sidik  kimi  eyni  nəcisin  tökülməsi 

nəticəsində  iyi,  rəng  və  ya  dadı  dəyişən  bir  su,  əgər  kürr  və  ya 

axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək yağışı 

ona  çiləyərsə  və  yaxud  yağış  suyu  yağış  yağa-yağa  navalçadan 




İzahlı şəriət hökmləri

       41 

 

onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi 



yox olarsa, həmən su pak olar.  

Məsələ  54:  Əgər  nəcis  bir  şeyi  kürr,  yaxud  axar  suda  suya 

çəksələr, onu çölə çıxartdıqdan sonra ondan tökülən su pakdır. 



Məsələ  55:  Pak  olan  bir  suyun,  sonra  nəcis  olub-olmadığı 

bilinməzsə,  pakdır.  Nəcis  olan  bir  suyun  da  pak  olub-olmadığı 

bilinməzsə, nəcisdir. 

Məsələ  56: İt, donuz və kafirin yeməyindən qalan artığ nəcis 

və  onun  yeyilməsi  haramdır.  Amma  əti  haram  olan  heyvanların 

artığı pak, yeyilməsi isə məkruhdur. 

 

 



 


42        

TƏXƏLLİNİN HÖKMLƏRİ 

 

 

 



 

 

 



TƏXƏLLİNİN HÖKMLƏRİ 

Məsələ  57:  Təxəlli  və  digər  vaxtlarda  insana  vacibdir  ki,  öz 

övrətini


1

 yetkinlik  yaşına  çatmış  adamlardan,  hətta  ona  məhrəm 

olan  ana  və  bacısından,  dəlidən,  yaxşını  pisdən  seçən  uşaqdan 

gizlətsin.  Lakin  ər  və  arvada  öz  övrətlərini  bir-birindən 

gizlətmək lazım deyil. 

Məsələ  58:  İnsanın  övrətini  xüsusi  bir  şeylə  örtməsi  vacib 

deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir. 



Məsələ  59:  Təxəlli  zamanı  bədənin  ön  tərəfi,  yəni  qarın  və 

sinə yaxud arxası qibləyə olmasın. 



Məsələ  60:  Təxəlli  vaxtında  bədəninin  ön  tərəfi  və  ya  arxa 

tərəfi qibləyə tərəf olan bir şəxs, yalnız övrətini qiblədən çevirsə, 

kifayət  etməz.  Əgər  üzü  və  ya  arxası  qibləyə  olmasa  ehtiyat-

vacib budur ki, təxəlli vaxtında övrətini üzü və ya arxası qibləyə 

çevirməsin. 

Məsələ  61:  Ehtiyat-müstəhəb  budur  ki,  bədənin  qabaq  tərəfi 

(hökmləri sonradan açıqlanan) istibrada, həmçinin sidik və ğaitin 

məxrəci yuyularkən üz və arxa, qibləyə tərəf olmasın. 

Məsələ  62:  Əgər  insan,  (ər  və  arvaddan  başqa)  həddi-büluğa 

çatan və həddi-büluğa çatmayan yaxşı ilə pisi anlayan bir adamın 

onu  görməməsi  üçün,  ön  və  ya  arxa  tərəfini  qibləyə  çevirəcək 

şəkildə  oturmağa  məcburdursa  üzü  və  ya  arxası  qibləyə  otura 

bilər.  Həmçinin,  əgər  başqa  səbəblər  üzündən  də  üzü,  yaxud 

                                              

1

 Övrət  kişilərdə  arxa  və  qabaq  və  xayalar,  qadınlarda  isə  göbəkdən  dizə 



qədərdir. 


İzahlı şəriət hökmləri

       43 

 

arxası  qibləyə  oturmağa  məcbur  olsa,  üzü  və  ya  arxası  qibləyə 



otura bilər. 

Məsələ  63:  Ehtiyat-vacibə  görə,  uşağı  təxəlli  halında  üzü, 

yaxud  arxası  qibləyə  oturtmasınlar.  Amma  uşağın  özü  otursa, 

qarşısını almaq vacib deyil. 

Məsələ 64: Dörd yerdə təxəlli etmək haramdır: 

1. Sahibləri icazə verməyən bağlı küçələrdə (dalanlarda)

2. Təxəlliyə icazə verilməyən mülkdə. 

3.  Xüsusi  şəxslər  üçün  vəqf  olan  yerlərdə,  məsələn,  bəzi 

mədrəsələrdə. 

4. Möminin qəbri üzərində ona hörmətsizlik olarsa; həmçinin 

hər  yerdə ki, din və məzhəb müqəddəslərinin hörmətinin aradan 

getməsinə səbəb olsa, haramdır. 

Məsələ 65: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir: 

1-Qaitlə birlikdə başqa nəcasət (qan kimi) çölə gələrsə. 

2-Kənardan bir nəcasət ğaitin məxrəcinə dəymişdirsə.  

3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa. 

Bu  üç  haldan  başqa  qalan  hallarda,  məxrəc  su  ilə  yuyula 

bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara 

bənzər  şeylərlə  də  paklana  bilər,  amma  su  ilə  yuyulması  daha 

yaxşıdır. 

Məsələ  66:  Bövlün  məxrəci  sudan  başqa  şeylə  paklanmır. 

Əgər  bövl  aradan  getdikdən  sonra  kürr  və  axar  su  ilə  bir  dəfə 

yuyulsa,  kifayətdir.  Amma  az  su  ilə  ehtiyat-vacibə  əsasən  iki 

dəfə yuyulsun. Daha yaxşı olar üç dəfə yuyulsun. 



Məsələ  67:  Ğaitin  məxrəci  su  ilə  yuyulduğu  təqdirdə,  orada 

ğait qalmamalıdır. Amma rənginin və iyinin qalmasında heç bir 

maneə  yoxdur.  Birinci  dəfə  yuyulduqda  onda  ğaitdən  bir  zərrə 

belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur. 



Məsələ  68:  Ğaitin  məxrəci  quru  və  pak  olan  daş,  kəsək,  bez 

parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə təsir 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə