Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə27/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   23   24   25   26   27   28   29   30   ...   209

İzahlı şəriət hökmləri

       67 

 



-

 

İNQİLAB 

Məsələ  199:  Şərab,  öz-özünə  və  ya  içinə  sirkə  və  duz  kimi 

şeyin qatılması səbəbi ilə sirkəyə çevrilsə, pak olar. 



Məsələ  200:  Nəcis  üzüm  və  bu  kimi  şeylərdən  hazırlanan 

şərab, və ya başqa bir nəcis o şəraba dəyərsə, dəyişib sirkə olsa 

pak olmaz. 

Məsələ  201:  Nəcis  xurma,  kişmiş  və  üzümdən  hazırlanan 

sirkə nəcisdir. 



Məsələ  202:  Əgər  üzümün  və  xurmanın  çör-çöpü  onların 

içində  olsa  və  sirkə  tökülsə  zərəri  yoxdur.  Amma  ehtiyat  budur 

ki,  onların  içinə  sirkə  olmazdan  qabaq  xiyar,  badımcan  və 

bunlara bənzər şeylər tökülməsin. 



Məsələ  203:  Üzüm  suyu  odda  qaynayarsa,  məst  edici 

olmayanadək pak, amma yeyilməsi haramdır. Amma qaynayaraq 

üçdə  ikisi  getsə  və  üçdə  biri  qalsa,  halal  olur.  Əgər  öz-özünə 

qaynayarsa ehtiyata əsasən nəcisdir. Yalnız sirkəyə çevrilmək ilə 

pak və halal olur. 

Məsələ  204:  Əgər  üzüm  suyunun  iki  hissəsi  qaynamadan 

azalarsa,  qalanı  qaynadığı  halda  pak  və  içilməsi  halaldır.  Əgər 

üzüm suyu deyilərsə qaynaması ilə haram olur. 

Məsələ  205:  Qaynayıb-qaynamadığı  bilinməyən  üzüm  suyu 

halaldır,  amma  əgər  qaynayarsa,  insan,  onun  qaynayaraq  üçdə 

ikisinin azaldığını yəqin etməyincə halal olmaz. 

Məsələ 206: Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir 

neçə yetişmiş üzüm dənəsi tapılırsa, ondan alınan suya qora suyu 

deyilərsə  və  üzümün  şirinliyindən  onda  olmazsa,  qaynadığı 

təqdirdə yeyilməsi halaldır. 



Məsələ  207:  Əgər  odda  qaynamaqda  olan  bir  şeyin  içərisinə 

bir  üzüm  dənəsi  düşərsə  və  qaynadığı  halda  yox  olmazsa,  o 

üzüm dənəsini yemək haramdır. 



68        

PAKLAYICILAR 

 

Məsələ 208: Əgər bir neçə qabda şirə bişirmək istəsələr, daha 

yaxşı  olar  qaynanmış  qazana  salınan  kəfgiri,  qaynanmamış 

qazana vurmasınlar. Əgər hamısı qaynasa, üçdə ikisi azalmayan 

qazanın kəfgirini, üçdə ikisi azalan qazana vurmasınlar. 



Məsələ  209:  Qora,  və  ya  üzüm  olduğu  bilinməyən  bir  şey 

qaynayarsa, halaldır. 



6 - 

İNTİQAL

1

 

Məsələ  210:  İnsanın,  yaxud  atıcı  qanı  olan,  yəni  damarı 

kəsildikdə  qanı  sıçrayışla  çölə  çıxan  heyvanın  qanı,  atıcı  qanı 

olmayan heyvanın bədəninə gedib o heyvanın qanı hesab olunsa, 

pak  olur.  Buna  intiqal  deyilir.  Deməli,  zəlinin  insanın 

bədənindən  çəkdiyi  qana  “zəli  qanı  deyil,  insan  qanıdır” 

deyildiyinə görə nəcisdir. 



Məsələ  211:  Əgər  bir  şəxs,  bədəninə  qonmuş  ağcaqanadı 

öldürsə  və  ondan  çıxan  qanın  öz  qanı,  yaxud  ağcaqanadın  qanı 

olmasını  bilməsə,  pakdır.  Həmçinin,  əgər  həmin  qanı  ondan 

əmdiyini  bilsə,  amma  ağcaqanadın  bədənindən  hesab  olunsa, 

yenə  də  pakdır.  Amma  ağcaqanadın  onun  qanını  çəkməsi  ilə 

öldürməsi  arasındakı  zaman  fasiləsi  çox  az  olsa,  insan  qanıdır 

deyilsə,  nəcisdir.  Həmçinin  əgər  insan  və  ya  ağcaqanadın  qanı 

olub-olmaması deyilidiyi məlum olmasa, nəcisdir. 

7 - İSLAM 

Məsələ  212: Əgər kafir şəhadəteyni (yəni Əşhədü ən la ilahə 

illəllah  və  əşhədü  ənnə  Mühəmmədən  Rəsulullah)  desə  və 

şəhadəteynin  mənasına  diqqət  etsə,  müsəlman  olar.  Hətta  hər 

hansı  dil  və  cümlə  ilə,  Allahın  birliyinə  və  Muhəmmədin 

(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  peyğəmbərliyinə  şəhadət  versə 

müsəlman  olur.  Müsəlman  olandan  sonra  onun  bədəni,  ağzının, 

burnunun  suyu  və  təri  pakdır.  Amma  müsəlman  olduğu  zaman 

                                              

1

 Bir yerdən başqa yerə nəql olunma.  




İzahlı şəriət hökmləri

       69 

 

nəcasətin  eyni  onun  bədənində  olsa,  gərək  onu  aradan  qaldırıb, 



yerini suya çəksin. Əgər müsəlman olmamışdan qabaq nəcasətin 

eyni  aradan  qaldırılmış  olsa,  ehtiyat-vacibə  görə  onun  yerini 

suya çəksin. 

Məsələ  213:  Əgər,  kafir  olduğu  zamanda  paltarı  yaş  halda 

bədəninə dəymişdirsə, müsəlman olduğu zaman o paltar üzərində 

olmasa nəcisdir. Əgər paltar üzərində olsa, ehtiyat-vacibə əsasən 

o paltardan çəkinməlidir. 



Məsələ  214:  Əgər  kafir  kəlmeyi-şəhadəti  deyərsə  və  insan 

onun  qəlbən  müsəlman  olub-olmadığını  bilməzsə  pakdır.  Hətta 

qəlbən  müsəlman  olmadığını  bildiyi  halda,  ondan  söylədiyi 

kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə hökm eynidir. 



8 - TƏBƏİYYƏT 

Məsələ 215: Təbəiyyət odur ki, nəcis bir şey, başqa şeyin pak 

olması vasitəsi ilə paklansın. 



Məsələ 216: Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda 

yetişdiyi yerə qədər pak olur. Adətən onun üzərinə qoyulan parça 

və  başqa  bir  şey  də  onun  vasitəsi  ilə  nəcis  olmuşsa,  o  da  pak 

olur.  Amma  qabın  çöl  tərəfinə  şərab  dəymişsə,  şərabın  sirkə 

olmasından  sonra,  ehtiyat-vacibə  əsasən  ondan  çəkinmək 

lazımdır. 



Məsələ  217:  İki  yerdə  kafirin  uşağı  təbəiyyət  yolu  ilə  pak 

olur: 


1-  Bir  kafir  müsəlman  olarsa,  onun  uşağı  da  paklıqda  ona 

tabedir.  Həmçinin  əgər  kafir  uşağın  anası,  ya  baba  və  ya  nənəsi 

müsəlman olarsa, uşaq da pak olar.  

2-  Kafir  bir  uşaq,  bir  müsəlmana  əsir  düşsə,  onun  yanında 

atası  və  ya  babalarından  biri  yoxdursa  pak  olur.  Amma  bu  iki 

halda  uşağın  təbəiyyət  yolu  ilə  pak  olması  üçün,  uşaq 

ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə