İzahlı şəriət
hökmləri
77
olsun. Uzunluğu isə ehtiyat-müstəhəbbə əsasən bir barmaq
uzunluğu qədəri olsun.
Məsələ 257: Məshin başın dərisinə çəkilməsi lazım deyil;
başın qabaq tərəfindən olan tüklərə çəkilsə də səhihdir. Amma
bir şəxsin başının qabaq tərəfinin tükləri çox uzun olsa; məsələn:
darananda üzünə tökülsə, yaxud başın başqa bir yerinə çatsa,
tüklərin dibinə məsh çəkməlidir. Yaxud başının tüklərini ortadan
aralamalı və dəriyə məsh etməlidir. Əgər üzünə tökülən, yaxud
başının başqa yerlərinə çatan tükləri, başın qabağında bir yerə
yığıb məsh etsə, yaxud başın sair yerlərindən qabaq tərəfinə
gələn tükünə məsh etsə, batildir.
Məsələ 258: Başı məsh etdikdən sonra, gərək əldə qalan
dəstəmaz suyu ilə ayaqların üstünə, barmaqlardan birinin
ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh edilsin.
Ehtitat-vacib budur ki, oynağa qədər məsh edilsin, sağ ayağa sağ
əllə, sol ayağa isə sol əllə məsh edilsin.
Məsələ 259: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa
kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni
qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha
yaxşıdır.
Məsələ 260: Ehtiyat-vacibə görə ayaqların məshində, bütün
əli ayağın üstünə qoyub bir az çəkməklə deyil, barmaqların
ucuna qoyulub sonra ayağın üstünə məsh edilsin.
Məsələ 261: Ayağa və başa məsh edərkən, əli onların üzərinə
çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə,
dəstəmaz batildir. Amma əli çəkdiyi vaxtda ayaq, yaxud baş
azacıq hərəkət etsə, eybi yoxdur.
Məsələ 262: Məsh edilən yer gərək quru olsun. Əgər əlin
içinin rütubəti təsir qoymayacaq miqdarda olsa, məsh batildir.
Amma məsh yerinin rütubəti çox az olsa və məsh çəkiləndən
sonra, əlin rütubəti, məsh yerində görünüb, “əlin rütubətidir”
deyilsə, eybi yoxdur.
78
DƏSTƏMAZ
Məsələ 263: Əgər məsh üçün əldə rütubət qalmasa, əlini
başqa su ilə islada bilməz. Gərək dəstəmazın başqa üzvlərindən
rütubət götürüb, onunla məsh etsin.
Məsələ 264: Əgər əlin rütubəti yalnız başın məshinə çatacaq
miqdardadırsa, əldə olan həmin rütubətlə başa məsh çəksin və
ayaqların məshi üçün dəstəmazın başqa üzvlərindən rütubət
götürsün.
Məsələ 265: Corab və ayaqqabının üstündən məsh çəkmək
batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və
bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda
bilməsə corab və ayaqqabının üzərindən məsh çəkməyin eybi
yoxdur. Əgər ayaqqabının üstü nəcis olsa, pak bir şeyi onun
üzərinə salıb, o şeyə məsh etsin; ehtiyat-vacib budur ki,
təyəmmüm də etsin.
Məsələ 266: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək
üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir.
İRTİMASİ DƏSTƏMAZ
Məsələ 267: İrtimasi dəstəmaz, insanın üzü və əllərini
dəstəmaz niyyəti ilə suya salmasına deyilir. Amma o əlin suyu
ilə məsh etmək işkallıdır. Buna əsasən sol əli irtimasi yumaq
olmaz.
Məsələ 268: İrtimasi dəstəmazda da, gərək üz və əllər
yuxarıdan aşağıya doğru yuyulsun. Əgər üz və əlləri dəstəmaz
məqsədilə suya batırsa, gərək üzü alın tərəfdən, əlləri isə dirsək
tərəfdən suya salsın.
Məsələ 269: Əgər dəstəmaz üzvlərindən bəzilərini irtimasi,
bəzilərini isə qeyri-irtiması yolla yusa, eybi yoxdur.
DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR
Məsələ 270: Müstəhəbdir ki, dəstəmaz alan şəxs, suyu
gördükdə desin:
İzahlı şəriət
hökmləri
79
ّللهاّب
َ
و ّللها ّم
ْ
س ّب
ْ
لا
َ
ل
َ
ع
َ
ج ى ّذ
َّ
لا ّلله
ُ
د
ْ
م
َ
ح
ْ
لا
َ
و
َ
و ا
رو
ُ
ه
َ
ط َءا
َ
م
ْ
م
َ
ل
ُ
ه
ْ
ل
َ
ع
ْ
ج
َ
ي
اس ّج
َ
ن
Bismillahi və billahi vəl-həmdu lil-
lahilləzi cəələl-maə təhurən
və ləm yəcəlhu nəcisa.
“Allahın adı ilə. Həmd olsun O Allaha ki, suyu paklayıcı qərar
verib, onu nəcis qərar vermədi.”
Dəstəmazdan qabaq əllərini yuyanda desin:
ّللهاّب
َ
و ّللها ّم
ْ
س ّب
َّ
و
َّ
تلا
َ
ن ّم ى ّن
ْ
ل
َ
ع
ْ
جا
َّ
م
ه
َ
لل
َ
أ
َ
نيّبا
ّن
ْ
ل
َ
ع
ْ
جا
َ
و
َ
ن ّم ى
َ
ني ّر
ه
ه
َ
ط
َ
ت
ُ
م
ْ
لا
Bismillahi və billahi əllahumməcəlni minət-təvvabinə vəcəlni
minəl-mütətəhhirin.
“İlahi! Məni tövbə edənlərdən, pak olanlardan qərar ver!”
Ağzında suyu dolandıranda (yəni məzməzə edəndə) desin:
َ
م
ْ
و
َ
ي ى ّت
َّ
ج
ُ
ح ى ّن
ِّ
ق
َ
ل
َّ
م
ُ
ه
َّ
لل
َ
أ
ّل
ْ
ق ّل
ْ
ط
َ
أ
َ
و
َ
كا
َ
قل
َ
أ
ىّنا
َ
س
َ
كّر
ْ
ك ّذّب
Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.
“İlahi! Səninlə görüşdüyüm gün höccətimi mənə təlqin et və
dilimi Sənin zikrinlə danışdır !”
İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin:
ُ
ه
َّ
لل
َ
أ
َ
ع
ْ
جا
َ
و ّة
َّ
ن
َ
ج
ْ
لا
َ
حي ّر
َّ
ى
َ
ل
َ
ع
ْ
م
ِّ
ر
َ
ح
ُ
ت
َ
لا
َّ
م
ى ّن
ْ
ل
ّم
ا
َ
ه
َ
حي ّر
ُّ
م
ُ
ش
َ
ي
ْ
ن
َّ
م
ا
َ
ه َبي ّط
َ
و ا
َ
ه
َ
ح
ْ
و
َ
ر
َ
و
Əllahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəcəlni mimmən
yəşummu riyhəha və rəvhəha və tiybəha.
“İlahi! Mənə cənnət iyini haram etmə və məni cənnətin iyini
iyləyənlərdən qərar ver!”
Üzünü yuyanda desin:
ْ
ض ِّي
َ
ب
َّ
م
ُ
ه
َّ
لل
َ
أ
ى ّه
ْ
ج
َ
و
ْ
د
ِّ
و
َ
س
ُ
ت
َ
لا
َ
و
ُ
هو
ُ
ج
ُ
و
ْ
لا ّهي ّف
ُّ
د
َ
و
ْ
س
َ
ت
َ
م
ْ
و
َ
ي ى ّه
ْ
ج
َ
و
ّهي ّف
ُّ
ض َي ْب
َ
ت
َ
م
ْ
و
َ
ي
ُ
هو
ُ
ج
ُ
و
ْ
لا